Yazının başlığından da görünür ki, söhbət 15 il sərasər Ağcabədinin icra başçısı işləmiş  Şahin Məmmədovdan gedir. 
İndi Şahin Məmmədovun mübarək avtobioqrafiyasına nəzər salaq: 
1975–1983-cü illərdə "Azelektromontaj" idarəsində müxtəlif vəzifələrdə işləyib.
Şahin Məmmədov, sən 1975-83-cü illərdə  nəinki ali məktəb, heç  texnikum, hətta peşə məktəbini bitirməmişdin. Bəs belə olan halda sən hansı vəzifələrdə işləyə bilərdin ? 
Sən  1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmisənsə,  1983-cü ildə necə Bərdə LKGİ-də ikinci katib işləmisən ? 
Yəni  bu adamın tərcümeyi-halı  suallarla doludur, özü bu suallara aydınlıq gətirməlidir. 
Sonra Şahin Məmmədov  1996–2000-ci illərdə Bərdədə Əmanət Bankda şöbə  müdiri, 2000–2004-cü illərdə isə Universal Bankın Bərdə rayon filialının müdiri olmuşdur.
Yəni köhnə bankirdir. 
Şahin Məmmədov  2004-cü ildə Samuxun, 2005-ci ildə isə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı olub. 2019-cu ildən isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Şahin Məmmədovla bağlı  Prezidentə  ünvanlanan bir şikayət diqqətimizi cəlb etdi.
Həmin məktubda deyilir: “Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 13 aprel 2015-ci il tarixdə 120 sahibkarın qarşısında çıxışında deyib ki, 2008-ci ildə ona 5 diplomat pul təklif olunub. Başçı deyib ki, ona həmin pul qarşılığında Haramı və Ergi torpaqlarını satması təklif olunub. Lakin başçı bundan imtina etməyib. Belə görünür ki, pulu veriblər. Ona görə Şahin Məmmədov 12 min hektar torpağı satmaq istəyir”. 
Görəsən Prezidentə ünvanlanmış bu şikayət məktubu niyə araşdırılmayıb ? 
Cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, şikayət məktublarının çoxunu məndən gizlədiblər, mən sonra bu barədə mətbuatdan xəbər tutmuşam. 
Bəli, Şahin Məmmədovun PA-dakı dostları uzun illər şikayət məktublarını ölkə başçısından  gizlədiblər. 
Şahin Məmmədov uzun illər  prezidentin abadlıq işlərinə, sahibkarlara, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara ayırdığı milyonları mənimsəyib. 
Şahin Məmmədov  tender yolu ilə külli miqdarda vəsaitə saxta sənədlər tərtib edərək  həzm-rabedən keçirib.  
Şahin Məmmədov onun barəsində şikayət edən vətəndaşları polis vasitəsilə izlədib, sahibkarları məhkəmə vasitəsilə cəzalandırıb. 
Bu gün Şahin Məmmədovun biznesinin sərhədləri  Batumi, Dubay, Almaniyaya qədər uzanır. 
Onun Ağcabədidə, Bərdədə, Gəncədə, Daşkəsəndə Xoşbulaq yaylağında  villaları, Bakı şəhərində isə sayı məlum olmayan evləri və  obyektləri vardır. 
Şahin Məmmədov  neçə-neçə artezian quyusunun pullarını mənimsəyib, su kəmərlərinin pulunu yeyib, yerin altında qalan 16 km çuqun turbanı çıxartdırıb 1 milyon dollara satıb. 
Saymaqla bitən, qurtaran deyil. 
Bəs onda haqlı sual doğur: bütün bunları neçə illərdir hüquq-mühafizə orqanları niyə araşdırmır ?
Amma  cəmiyyət əsas diqqəti Şahin Məmmədovun  keçmişinə, təriqət söhbətinə “fokuslamalıdır”. 
Şahin Məmmədovun ən çox qorxduğu “Axilles dabanı” budur...
Qalanı detallardır.
скачать dle 12.1