BakiSesi.com

İngiliscə şeir deyən, bayrağa kəllə atan Əhəd Abıyev- İndi də gandalaşlıqda gizlənirsən...

Tarix:6-04-2021, 13:25 | Oxunub: 7
İngiliscə şeir deyən, bayrağa kəllə atan Əhəd Abıyev- İndi də gandalaşlıqda gizlənirsən...
Daşkəsənin icra başçısı Əhəd Abıyevin hər hərəkəti sözün həqiqi mənasında komediya mövzusudur. Rinqə çıxıb guya Ermənistan bayrağına kəllə atırdı. Sonra məlum oldu ki, bu Ermənistanın deyil, Kolumbiyanın dövlət bayrağıdır. Və az qala Kolumbiya ilə ölkəmiz arasında  diplomatik  skandal yaranmışdı. Adama deyərlər əə, bu sənə lazımdır ? 
Özünü niyə gülünc  vəziyyətə qoyursan ? Ayy, mən deyən, sən böyük bir rayonun rəhbərisən, özünü birazca ağır apar də. 
Həm də əgər sən 2 dövlətin  bayrağını fərqləndirə bilmirsənsə, niyə o boyda postu tutmusan. 
Guya Allah qoymasa, Əhəd Abıyev patriot adamdır və düşünüb ki, Ermənistan bayrağına yumruq atıb özünü reklam edəcək. Ancaq qabağa düşmək əvəzinə, dala düşdü. 
Sonra Əhəd Abıyevin daha bir komediya personajından bəhs edək. 
Rəsmi tərcümeyi-halında qeyd edir ki, guya ingiliscə əməlli-başlı  bülbül kimi cəh-cəh vurur. 
Adama deyərlər, icra başçısının ingiliscə, yaxud moltanıca bilməsinin nə əhəmiyyəti var ? 
Həm də niyə həmişə olduğu kimi gücün çatmayan daşa girişirsən və qaldıra bilməyəndə….ətraf mühiti korlayırsan. 
Ay Əhəd müəllim, hamının qarşısında, lap münsiflər heyəti də gəlsin, sən 4-cü sinifdə oxuyan uşaq səviyyəsində ingiliscə İMLA ( diktant)  yaza bilsən, vallahi onda səndən lap kosmonavt da olar. Amma axı bilirəm bu qabiliyyət, savad səndə yoxdur. 
Sənin savadın ancaq  Təvəkkül-dür, yoxsa Təfəkkür-dür nədir…o universiteti, özü də hüquq fakültəsini bitirməyə çatar. 
Əhəd Abıyev, sən sevdiklərinin canı, oranı necə bitirmisən, diplomun qırmızıdır, yoxsa göy? 
Ümumiyyətlə, sən “Narxoz”da və “Təfəkkür”də neçənci illərdə  oxumusan.  
Əhəd Abıyev, sivil dünyada insanın milli və dini mənsubiyyətini, aldığı əmək haqqını, qazancını və s soruşmaq etikadan uzaq, hətta tərbiyəsizlik sayılır. 
Bir müddət əvvəl vikipediyadakı kraskalı-boyalı şəkilinin altında  ….mənsubiyyət söhbəti var idi. Sənə kim nə dedi ki, onu sildin. O sənə nə üçün lazım idi və nə üçün sildin. 
Görürsənmi, özünü  hər dəfə komediya personajı kimi aparırsan. 
Sənin belə ROL-ların çoxdur ee. Bir deyil, iki deyil…
Əhəd  Abıyev, tarixin ironiyasına bax ee, sən Milli Məclisin üzvü olmusan. Həm də gələcək nəsillər deyəcək ki, Əhəd Abıyev parlamentdə Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub. 
Yəqin ki, sən Portuqaliyalıların dilini, portəgiz dilini də bilirsən. 
Abıyev, sən  düzünü de, portəgiz  sözünü eşitmisən ? Əgər sən bu sözü bilsən, dünyanın 8-ci möcüzəsi olar. 
Hələ sənin o qədər gülməli, lətifə-anekdot  mövzusu olmalı əməllərin var ki...

Sənə  SİYAB qənim olsun, Əhəd Abıyev 

Elmlər Akademiyası tərəfdə “boylana-boylana” qalmışdın. Atalar deyib ki, qırxında öyrənən gorunda çalar. Çala bildinmi, Əhəd Abıyev ? Yoxsa, Siyab qoymadı. Siyabdan qorxduğun kimi heç kimdən qorxmusan? Sən Siyabdan əzrayıldan qorxan kimi qorxursan. Hələ Namiq müəllimi demirik, ayıbdır. Onu görəndə qaçıb kolların dalında  gizlənirdin. 
Deyirlər indi də Daşkəsəndə eyni aqibəti yaşayırsan. Hərdən kimisə görəndə qaçıb gandalaşdığa girirsən. Darıxma, lap az qalıb. Yaxın zamanda əsas girməli yerə səni aparacaqlar. 
Qəzan mübarək, Əhəd Abıyev. Qapı döyülür, aç. Bizdən yazdığın şikayətlər, giley-güzarla dolu taxta çamadanını da götür. Orda oxumağa vaxtın çox olacaq.скачать dle 12.1