Biz  “Sobsan”  boya fabriki  ilə  bağlı  yazdıqca, gundelik-baku.com-un redaksiyasına  müxtəlif şikayətlər daxil olur. 
Ötən yazılarımızda şirkətin  ətraf mühit üçün  ziyanlı olan  xeyli kimyəvi maddələri  su hövzələrinə axıtmasından, Şamaxıda onlarla vətəndaşı aldadaraq  onlara məxsus torpaqları saxta sənədlərlə mənimsəməsindən, hətta vəfat etmiş şəxslərin adına olan torpaqları da ələ keçirməsindən bəhs etmişdik. 
Digər yazımızda “Sobsan Boya”nın şefinin   Səhiyyə naziri  Oqtay Şirəliyevlə bazarlıq edərək  Dadaşova Gülnaz Mahir qızını  Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru  vəzifəsinə təyin etdirməsi barədə yazmışdıq. 
Başqa bir yazımızda 2020-ci il iyulun 5-də  “Sobsan”  boya fabrikində baş verən güclü yanğın zamanı  zərərçəkənlərin hələ də onlara çatacaq kompensasiyanı ala bilməməsindən  bəhs  emişdik. 
Təsəvvür edirsiniz  FHN-nin rəsmi sənədində qeyd edilir ki:
“Rəmzi-S” MMC-yə məxsus “Sobsan “ boya fabrikində baş vermiş  yanğın hadisəsi nəticəsində 14 milyon 243 min 126 manat 49 qəpik ziyan dəymişdir. Dəymiş maddi ziyan SOBSAN üçün əhəmiyyət kəsb etmir. Odur ki, fabrikin  hadisə ilə əlaqədar şikayəti və iddiası yoxdur ”.
Deməli, 12 milyon manat SOBSAN boya üçün əhəmiyyət kəsb etmir. Bəs görəsən, onda fabrik  zərərçəkənin pulunu  niyə vermir? 
Burada daha maraqlı məqamlar var. 
Şikayətçilər bildirir ki, şirkətin 75 manata satdğı 10 kiloluq bir vedrə  boyanın real çəkisi  6 kiloqram olur. 
Yəni  12 milyonu almaq istəməyən şirkət  alıcıları çəkidə aldadır.
Qeyd edək ki,”Sobsan Boya” şirkətinin rəhbərləri Zöhrab Səbzəliyev və Cavid Səbzəliyevdir. Və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz  Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbərləri olan Cavid Səbzəliyevin və Zöhrab Səbzəliyevin əmisi qızıdır. скачать dle 12.1