Məlumdur ki, “Baku Steel Company” şirkətinin rəhbəri, ölkədə “metal monopolisti” kimi  ad çıxarmış  Rasim Məmmədovun barəsində Səbail Rayon Məhkəməsinin qərarına əsasən 4 ay həbs qəti imkan tədbiri seçilib. 
Qeyd edək ki, Rasim Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Maraqlıdır ki, uzun  müddət  Rasim Məmmədovun şəxsi mühafizəsinin rəisi olmuş, onun “qara əməllərinə” dəstək verən və milyonlar qazanan Şahin Qaçay oğlu Mahmudov nə üçün istintaqa cəlb olunmur?
Yeri gəlmişkən, Şahin  Mahmudov Dövlət Miqrasiya Xidmətinin əməkdaşıdır. 
P.S. Məsələ ilə bağlı araşdırmamız davam edir. Növbəti yazıda Kənan Quliyevə verilən 139 min manatın mənbəyini müəyyən etməyə çalışacağıq.скачать dle 12.1