Abşeronun icra başçısı İradə Gülməmmədovanın bacısı, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın  500 COVİD  vaksini ilə bağlı  bağışlanmaz cinayəti 
 

Koronavirus  pandemiyası bütün dünyada  ciddi problemlər yaratdı. Ö cümlədən, dünyanın bir parçası olan ölkəmizdə. 
Təsəvvür edirsiniz, son 1-2 ildə dünyada COVİD virusundan yüz minlərlə insan dünyasını dəyişib. Amma hələ də insanlar bunu oyun, yalan hesab edirlər. 
Hətta COVİD əleyhinə baha başa gələn  peyvəndləri bəzi insanlar, hətta təhsilli insanlar vurdurmaq istəmir. 
Sözün qısası, koronavirus məsələsi çox qəliz məsələdir. 
Hətta bu virusdan milyonlar qazananlar da var. 
Bəli, bir müddət əvvəl  Səhiyyə nazirliyinin rəhbərliyinə daxil olan şəxslərdən birinin qardaşı ölkədən neçə yüz min maska çıxararkən saxlanıldı. 
Bəli, bu gün virus əleyhinə preparatlardan pul qazananlar da az deyil.  
Gundelik-baku.com  saytına daxil olan məlumata görə, Suraxanı rayonunda 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyeva  vətəndaşlar üçün nəzərdə tutulan 500 vaksini, hər adamdan 100 manat alaraq, xəstələrə vurmaq adı ilə kənara  töküb. Yəni koronavirus peyvəndindən pul qazanıb. Cənab Prezidentimiz öz şəxsi əlaqələrindən istifadə edərək, minbir əziyyətlə, böyük maliyyə vəsaiti hesabına  ölkəyə COVİD üçün vaksin  gətirir, siz isə bunu pul qarşılığında  kənara atırsınız. Yəni  həm insanları aldadırsınız, həm də sizin bu əməliniz birbaşa dövləti cinayətdir, xanım Quliyeva. 
Çünki  bu adi kompaniya deyil, dövlət səviyyəsində, Prezidentin və Dünya Səhiyyə Təşkilatlının nəzarəti altında olan bir məsələdir. 500 vaksini 100 manatdan satmaq qoy sənə 50 min manat qazanc gətirsin. 
Bəs xalqımız, millətimiz və ən əsası sən Prezidentin etimad göstərdiyi, inandığı bir ailənin üzvüsən. 
Bizdə olan məlumata görə, ölkənin  hüquq-mühafizə orqanları tərəfindən həmin xəstəxanada  araşdırma aparılır, çox güman ki, yaxın saatlarda Ramella Quliyevanın həbsi ilə bağlı qərar qəbul olunacaq. 
P.S. Biz bir media olaraq bu məsələ ilə bağlı ciddi araşdırma apararaq  bütün faktları ortaya qoyacağıq.скачать dle 12.1