Çalışın, xəstələnməyin, indi həkimlər sağ əvəzinə sol ayağı, öd əvəzinə dalağı kəsir, yaxşı ki başqa şeyi  kəsmir.  

Son aylarda  neçə  baş həkim vəzifəsindən qovulub, neçə baş həkim həbs edilib. Saymaqla, adları sadalamaqla oxucunu nə üçün yoraq ? 
FHN-nin modul tipli xəstəxanasının baş həkimi, “Yeni Klinika”nın direktoru və daha kimlər..
Elə bu günlərdə oxuduq ki,“Həkim ər-arvada qarşı ağır ittiham”, “Bakıda baş həkim  280 min manat pulu mənimsəyib”, “Biləsuvarda həkim xəstənin kor bağırsağının əvəzinə nazik bağırsağını kəsib… yaxşıki  başqa yerini kəsməyib”  və s. 
Demək olar ki, hər gün  bu tipli xəbərləri oxuyuruq. Nə dəyişir ? 
İndi haqqında bəhs edəcəyimiz  tibb ocağı Bakının məşhur 5 saylı Klinik Xəstəxanasıdır.
Xəstəxana  ilə əlaqə saxlamaq üşün Klinikanın yerləşdiyi Nərimanov RİH-nin rəsmi saytına http://narimanov-ih.gov.az/ daxil oluruq. Və saytda rayon ərazisində yerləşən müalicə mərkəzləri siyahısı  olan  SƏHİYYƏ  bölməsinə daxil oluruq. 

Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa və
Təbii Amillərlə Müalicə İnstitutu
Ş.İ.Xətai prospekti  3

Faks: (+99412) 496-07-40
 
 
Musayev Əlişir Veys oğlu                                    Direktor                          496-07-06
Nəsrullayeva Sevda Nəsrulla qızı                        Direktor müavini               496-07-41
Həsənov Abdulla Həsən oğlu                               Baş həkim                       496-07-97
 
 
 
Azərbaycan Elmi Tədqiqat Kardiologiya İnstitutu
F.X.Xoyski prospekti 101a
 

 
Baxşəliyev Adil Baxşəli oğlu                 Direktor                   564-49-84
Babayev Əhməd Məmməd oğlu          Baş həkim                564-18-84
 
 
Bakı Şəhər 5 saylı Kliniki Xəstəxanası
F.X.Xoyski prospekti 101 a
 

 
Əsədov Ziya Hüseyn oğlu                              Baş həkim                        465-63-91
Mövsümov Firuz Yunis oğlu                          Baş həkimin müavini         564-16-10

 
Bizə lazım olan  5 saylı klinikanı  seçirik. Qoy oxucular da baxsın: 

 Bakı Şəhər 5 saylı Kliniki Xəstəxanası
F.X.Xoyski prospekti 101 a
 
 
Əsədov Ziya Hüseyn oğlu             Baş həkim                        465-63-91
Mövsümov Firuz Yunis oğlu          Baş həkimin müavini         564-16-10


5 saylı Kliniki Xəstəxananin  Baş həkimi, rəhmətlik Ziya Hüseyn oğlu Əsədov, mərhum xalq şairi Bəxtiyar Vahabzadənin kürəkəni 2017-ildə rəhmətə gedib. Bu rüsvayçılıqdır ee..
Yeni Baş həkimin kimliyi ilə maraqlanırıq və 465-63-91 saylı telefona zəng edərək Gundelik-Baku.com-dan olduğumuzu bildirib   yeni baş  həkimin kimliyini soruşuruq. Bəlli olur ki, 4 il əvvəl ozamankı səhiyyə naziri Oqtay Şirəliyev  dostu Fazil Alməmmədovu baş həkim təyin edib. Ağzımızı açıb ikinci sualı vermək istəyərkən, cavab gəlir: “ Mənim vaxtım yoxdur, sənin (!) suallarına cavab verməyə”. 
Naəlac qalıb baş həkimin müavini olan Firus Mövsümovun telefon nömrəsinə ( 564-16-10 )xeyli zəng edirik, cavab verən olmur. 
Bəli, rayonun icra hakimiyyəti bu gündə, xəstəxanaları bu vəziyyətdə, indi nə yazasan. 
Bəllidir ki, hələ mərhum baş həkim Ziya Əsədovun zamanından bura  rüşvət ocağı olub.
Respublika prezidenti İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verir, xeyli dövlət vəsaiti ayırır, amma baş həkimlər rüşvət almaqdan əl çəkmir. 
5 saylı Xəstəxanada tibbi xidmətlərin əksəriyyəti pul ilə həyata keçirilir. xəstəxanada çalışan həkim və tibb bacılarının əksəriyyəti xəstə sahiblərindən açıq-aşkar pul istəyirlər.
Xəstəxanada "UZİ"-nin, ağciyərlərin rentgeninin, ürəyin kardioqrammasının, bir sözlə, hər şeyin hətta “kate eləməyin”  öz qiyməti var. Burada tualet də  pulludur. Ta bunun harası oldu  dövlət xəstəxanası. Hətta  palataların təmizlənməsi üçün  xəstələrdən  pul yığılır.  Sonda bütün pullar cəmləşir və baş həkimə  verilir. Baş həkim də dilənçi payı kimi həkimlərə bölür. 
Bir sözlə, rəzalət. 
Yaxşı keçmiş baş həkim dünyasını dəyişdi və yeni baş həkim Fazil Alməmmədov gəldi.  Nə dəyişdi yaxşılığa doğru.?
Familyaslndan  görünən kimi bununku ancaq AL-maqdır, verməklə işi yoxdur. 
Alməmmədov  baş həkim olan kimi köhnə, təcrübəli işçiləri gözümçıxdıya salaraq işdən uzaqlaşdırır və yerlərinə yeni “kadro”  götürür. 
Bircə cümlə ilə yazını  bitirək:  1200 manat  pul verib işə girmişəm, heç kim mənə heç nə deyə bilməz”. Qarabağ qazisinə qapını göstərirlər. 
Çalışın xəstələnməyin, salamat qalın. Yoxsa cibinizi  dibdən kəsərlər. /Gundelik-baku.com/скачать dle 12.1