Karantin dövründə  “Qızıl bağ” (Golden Garden)  restoranında şıdırğı  toy gedir...
 
Restoranın  sahibi Sərvər Hüseynovdur...


Koronavirusla bağlı karantin dövründə  toy və hüzr məclislərinin, ümumiyyətlə, kütləvi toplantıların keçirilməsinin qanunla qadağan olunmasına baxmayaraq  tez-tez toy məclisləri  keçirilir. 
Dəfələrlə, televizorda, sosial şəbəkələrdə  belə tədbirlərin video görüntülərinə, şəkillərinə rast gəlirik. Yəni ortada dəlil və sübutlar var. Hətta ad çəkməsək də  belə hallara görə, tanınmış şəxslərin bu səbəbdən polis tərəfindən saxlanılması,  cərimə olunması, hətta həbs edilməsi  halları da baş verib.
Yəni müəyyən şəxslər özlərini  qanundan yuxarı hesab  edirlər.
Təbii, əgər yer  sahibi,  restoranın yiyəsi icazə verməsə, həmən məkanda necə məclis keçirmək olar.    
Həmən bahalı məkanların,restoranların, şadlıq evlərinin sahibləri imkanlı şəxslərdir, icra başçılarıdır. 
Bir daha təkrar edirik ki, zorla kiminsə restoranında məclis qurmaq mümkün deyil. Deməli, restoranın sahibi-xozeyni “xeyr-dua”  verəndən sonra toy sahibi bu qanunsuz addımı atır. 
Belə məkanlardan biri də  “Golden Garden – Qızıl bağ”  restoranıdır. 
Bu restoranda demək olar ki, hər gün toy olur. Hazırda iyul ayının 29-30-u istisna olmaqla bütün günlər tutulub. Yəni açıq-aşkar qanunları, karantin qaydalarını pozmaq birbaşa cinayət və dövlətə meydan oxumaqdır. Bütün dünya karantin rejiminə keçib, amma  bizdə  kimlərsə özünü toxunulmaz hesab edir. Onların bu hərəkətləri nəticəsində  toyda 1 yerin qiyməti 25 manatdan 60 manata, 40 manatlıq yerlər isə 120 manata qalxıb. 
Məlumat üçün   bildirək ki,  “Qızıl bağ”  restoranının əsl sahibi  Hüseynov Sərvər  Əbilfəz  oğludur.  Sərvərin oğlu Sərxan isə rayon ərazisində 90-SB-002 nömrəli 200 minlik avtomobili iləı avtoşluq edir.  
Restoranı isə maştağalı oğlanla , Simran adlı şəxs idarə edir. 
Apardığımız monitorinq zamanı bəlli oldu ki, toy sahibi və restoranın yiyəsi müvafiq orqanlara rüşvət verir və toya razılıq alır.Yəni toy mərasimi əvvəlcədən razılaşdırılır və haqqı çatır. 
Simran kişi bircə onu dedi ki, burada mənlik bir şey yoxdur. 
Bəli, pandemiyanın hələ də canlar aldığı  zamanda bəziləri rüşvət hesabına qanun və qaydaları poza bilirlər.Belə çıxır ki,varlının balası toy edib xoşbəxt ola bilər,kasıbın balası qərarı gözləyib toyunu yuvadmalıdır ?
Hansı qanun bərabərliyindən söhbət gedə bilər ?
Aidiyyatı qurumlar hara baxır ? /Gundelik-baku.com/скачать dle 12.1