“Evrostroy” MTK adını dəyişib  “Sipark”  MTK qoyub...  

 “Sipark”  MTK QANUN qarşısında cavab verəcək ?
 
  Seymurun məmur ''krışası'' kimdir ?


Müstəqiliyin gətirdiyi problemlərdən biri də  tikinti bumudur. 
Heç bir tikinti  qaydalarına, sanitar normalara riayət etmədən tikilən binaların sayı durmadan artır. 
Əslində bu əhalini mənzillə təmin etmək deyil ee, məmur və oliqarxlarda  toplanmış çirkli pulların realizasiyasıdır. 
Bakıda bəzən bütöv mərtəbəni alan  məmurlar var. Hətta elə məmurlar var ki, artıq  kirayə evlər  kralına çevrilib. 
Ancaq 2 gün öncə şəhid mayorun xanımı, iki uşaq anası mətbuata bəyan etdi ki, 2 aydır  kirayə pulunu verə bilmirəm. 
Bəli, bu göydələnlər heç də vətəndaşların mənzillə təmin olunmasına yönəlməyib. 
Amma  borc-xərc, çətinliklə də olsa müəyyən əhali təbəqəsi öz mənzil problemini həll etmək istəyir. Bunun üçün özləri də bilməzdən fırıldaqçı iş adamlarına, MTK sahiblərinə tuş olurlar. 
Belə MTK-lardan biri də  “Evrostroy” MTK-dır. Yəni  “Sipark”  MTK...

Müxtəlif vədlərlə vətəndaşların pullarını alan, bina tikəcəyini vəd verən MTK  illərlə aldatdığı müştərilərdən qopmaq üçün hətta adını da dəyişib. Yəni  “Evrostroy” MTK  gecənin birində dönüb olub  “Sipark” MTK. 
Avamın biri ADINI dəyişib Əzrayıldan gizlənmək istədiyi kimi, bunlar da adını dəyişib aradan çıxmaq istəyiblər. 
İndiki adı Sipark olan MTK paytaxtımızın Yasamal, Nəsimi, Əhmədli adlı məkanlarında, hətta Türkiyədə  bina tikintisi ilə məşul olur.
Təsəvvür edirsiniz  MTK 2015-ci ildə vətəndaşlardan  pul yığıb və 2 ildən sonra binanı təhvil verəcəyini müqavilədə göstərib. 
Alınmayanda yenidən müddəti 2 il artırıblar. Sonra hər müştəridən işıq, qaz və su sayğaclarına görə əlavə 1200 manat pul alıblar. Hansı ki, müqavilədə yoxdur. 
 2021-ci ildə  hələ  bina tam təhvil verilməyib. 
Bunun bircə adı var qanunsuzluq, “bespredel”. 
Vətəndaşa  2 ilə söz vermisən ki,  evin hazır olacaq, vətəndaş 5-6 ildir kirayədə yaşayır,  bəs bunun pullarını kim verəcək ? 
Axı, belə müqavilə, qanun-qayda olmur. Ölkəmizdə məhkəmə sistemi də bərbad vəziyyətdədir. 
Bu şirkət haqqında saytlar, qəzetlər yazır. 
Şirkətin sahibi isə açıqlama verir ki, yazılanlar hamısı qərəzdir. 
Atalar belə yerdə deyib ki, indi vur, eşşək  palçıqdan çıxsın. 
Yazılanların nəyi qərəzdir ? 
Şirkətin sahibləri  qaçıb gizlənir, insanları qəbul etmir. 
Yüzlərlə vətəndaş  cana doyub Prezidentə müraciət edir, kömək istəyir. Bu da qərəzdir..? 
Sözün qısası, Qanun qarşısında cavab verəcəksiniz.
Növbəti yazımızda Seymur və onun məmur ''krışası'' haqqında geniş yazı dərc edəcəyik... /Gundelik-baku.com/скачать dle 12.1