Özünü blogger, öz təbirincə desək "zurnalist",guya içtimai nəzarətçi  hesab edən  Bayram Hacıyev adlı birisi Gündəlik Bakı qəzetinin ünvanına  başından yekə ittihamlar, daha çox qeybət  tipli sözlər işlədir.

Sözün düzü, Gündəlik Bakı ilə Bayram Hacıyevin kalibri o qədər fərqlidir ki, cavab verməyə ehtiyac görmədik.

Ancaq  ittihamları cavabsız qoymaq da olmur.

Hacıyev, simi qırılmış köhnə patefon  kimi bütün  çıxışlarında bizi ittiham edirsən ki, guya    sənin  villandan yazmışıq. Sən isə ciddi-cəhdlə yataqxanada qaldığın  kasıb evi   göstərirsən...

Hacıyev, biz istəyərik ki, bütün azərbaycanlılar, o cümlədən sənin  ailən  kasıb daxmalarda deyil, rahat, geniş mənzillərdə  firavan yaşasınlar. Bunu başa düşürsənmi ?

Bax, səninlə bizim fərqimizi, KALİBRİMİZİN fərqini başa düşdünmü ?



Hacıyev , öz dilinlə Gündəlik Bakı  qəzetinin təsisçisi Habil Vəliyev haqqında şər-böhtan  danışırsan və sonda deyirsən: " Kül mənim başıma, Habil Vəliyev türmədən çıxanda sevinirdim və  onun barəsində  ƏDALƏTLİ OĞUL məqaləsi yazdım". 

Hacıyev, sən 1 ildə 5 dəfə mövqeyini dəyişən birisən, biz isə öz yolumuzdayıq. Kalibrin fərqini anladınmı ? 

HACIYEV,  tez-tez  ASLAN oğlanlardan, Prokurorluqdakı KİŞİ  ADAMLARDAN  danışırsan.

Hacıyev, həmən Aslanlar, Kişi adamlar sənin kimi 1 ildə  5 dəfə mövqeyini dəyişən kəsə güvənərmi ? 

Hacıyev, təvazökarlıqdan uzaq olsa da Habil Vəliyev 3 ali məktəb bitirib.  Sən  uşkola-zada getmisən ? 

Habil Vəliyevi debata çağırırsan. Sənlə mənim nə  debatım. Kalibrin fərqini görmürsənmi ? 

Hacıyev, yutubda saatlarla məntiqsiz, rabitəsiz çıxışlar edirsən, bir normal cümləyə rast gəlmək olmur. Kənd toylarındakı tamadalar səndən çox savadlıdır. Sən hara, media hara ? Get fermada-zadda uyğun iş tap.

Hacıyev, o kitabı təkrar-təkrar öpməyin, hələ yalamağın sənin kim olduğunu göstərir. Ayə, o adicə telefon  kitabçasıdır ee

Nə isə  Hacıyev, sənin öz aləmində bəlkə də Gündəlik Bakı ilə davan  var. Bunu harasa bəlkə də yozmaq olar.

Bəs Qarabağ veteranı, gənc bacısını itirmiş,  anası  dözməyib intihar etmiş, faciəli ailənin başçısı qaçqın Nəsimi ilə davan nədir. Bu artıq insanlıq məsələsidir, yoldaş Hacıyev. 

Sən kimin  əmisi oğlusan,Hacıyev: Ayının, yoxsa....

Kasıb, faciəli ailənin başçısı olan veteran, ali təhsili olmayan, veteran Nəsimi Vəliyevi JEK-in müdiri Yusif və köməkçisi Səidə aldadaraq  5 min manatını alıblar. İndi binəva, qaçqın, didərgin Nəsimi pulunu tələb edir.

Bəs  sənin niyə  qarnın ağrıyır, yoldaş Hacıyev?

Bayram, biz namərd, fürsətcil deyilik. Bir çıxışında  5 dəfə  siyasi minaya toxunursan.  Bilmirsən ki Dövlət etdiyin əməllərə görə səni cəzalandırar ?

P.S. Musiqi məktəbindən alınan 500 manat deyəsən görünür…



скачать dle 12.1