Yol polisinin işi kolluqda gizlənib sürücünü pusmaq deyil... 

Dubinka ilə nəqliyyatı idarəetmək söhbəti çoxdan bitib...

Ölkəmizə 3-4 günlüyə gələn əcnəbilər gözəl Bakımıza heyran  olur, ancaq nəqliyyat sistemini  görəndə…

Dislokasiyadan çıxmağa  ixtiyarı olmayan  QAİ  sürücünü çıxdığı deşiyə qədər qovur...  


Öncə onu qeyd edək ki, hörmətli Vilayət Eyvazovun Daxili İşlər Naziri ( DİN ) təyin olunması Daxili İşlər Orqanlarında ( DİO ) ciddi müsbət dəyişikliklər yaratdı. Biz keçmişi qaralamağın tərəfdarı deyilik, ancaq  mühüm vəzifəyə gələn şəxs də özü ilə bərabər müsbət yeniliklər gətirməlidir. Bunu hamı cənab Vilayət Eyvazovun gəlişində hiss etdi. 
Amma  nazirin  sehrli çubuğu yoxdur ki,  qısa vaxtda bütün problemləri həll etsin. Ona görə də mövcud problemləri media yazmalı və ictimailəşdirməlidir ki, cənab nazir də həmən problemlərin aradan qaldırılmasına çalışsın. 
Düzdür, hansısa sahədən yazan kimi müxtəlif səbəblərlə məhkəmələrə müarciət edir, vaxtımızı almağa çalışırlar. 
Ancaq neçənci  dəfədir ki, qeyd edirik ki, Gündəlik Bakı olaraq biz DÖVLƏT-in maraqlarını nəzərə  alaraq yazırıq və bu yolda məhkəmə, digər məsələlər önəmli deyil. Bir də  cənab Prezidentimiz İlham Əliyev cənabları deyib ki, Ali Məhkəmənin binası Ədalət Sarayı olmalıdır. Belə olan halda niyə çəkinməliyik. 
Nə  isə, keçək günümüzün mövzusuna. 
Sözün düzü, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin vətəndaşlar üçün yaratdığı problemlər  artıq  hər yerdə səslənir, hətta Milli Məslisin  tribunasından dəfələrlə eşitmişik. 
Bunu hansısa  narazı sürücü demir e, parlamentin üzvü deyir, özü də tribunadan. 
Bəli, parlamentin üvzü  tribunadan deyir ki,  xarici ölkələrin hamısında cərimələr dövlətin büdcəsinə keçirilir. 
Deputat deyir ki, dünyada təkcə Azərbaycanda cərimələr “əməkdaşların sosial-müdafiəsini gücləndirmək” məqsədi üçün istifadə edilir. Polis dövlətdən yüksək əmək haqqı alır, hansı sosial müdafiədən danışırsınız ? 
Yəni yol polisi  bilir ki, nə qədər çox cərimə etsə maaşına mütənasib məbləğ əlavə olunacaq. 
Vəssəlam, şüttamam. Problemin kökü budur. 
Buna görə də, yol polisi yerli-yersiz  sürücünü qovmaqla məşğul olur. Ya da kolluqda gizlənib  sürücüləri pusur. Ki, cərimə eləsin ki, maaşına əlavə gəlsin. 
Digər tərəfdən rəhmətlik Sabir demişkən, 
Əcnəbi seyrə balonlarla çıxır, 
Biz hələ avtomobil minməyiriz…
Ey səlahiyyət sahibləri, dünyada nəqliyyatda intellektual idarəetmə yaranıb, Allaha şükür kosmosda peykimiz var. 
Dubinka ilə nəqliyyatı idarəetmək söhbəti çoxdan bitib. Camaat kosmosdan nəqliyyatl müşahidə edir. Bizim yol polisləri isə sürücünü çıxdığı deşiyə qədər qovur. Vallah ayıbdır. 
Sivil ölkələrdə vətəndaşların il ərzində tıxacda qalmaları ilə bağlı statistika var, baxın də: ildə cəmi 1 saat, lap iki saat. 
Bəs bizim  zavallı insanlar hər gün hər həftə saatlarla tıxacda, probkada qalır, infarkt olur. Axı, niyə ? 
Konkret olaraq, birmənalı demək olar ki, Bakıdakı tıxacların səbəbi yol polisinin  qanunsuz hərəkətləri , Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin yarıtmaz fəaliyyyəti və BŞDYP-nin  artıq  TAMAH-ıdır. 
Ona görə də BŞDYP ləğv olunmalıdırƏgər  Respublika QAİ-si varsa, BŞSDYP-yə nə ehtiyac var ? 
Ötən zaman göstərdi ki, Nuşirəvanın bayquşlarını qovub yerinə Rəşid Piriyevin kadrlarını gətirməklə heç nə dəyişmədi. 
Əksinə durum daha da  pisləşdi. 
Bir daha qeyd etmək istəyirik ki, nə qədər  ki, yuxarıda qeyd etdiyimiz  qanun-qayda, yəni cərimələr məsələsi qalacaqsa, vəziyyət düzələn  deyil. Ancaq yenə çıxış yolları aramaq lazımdır. 
Axı, nə vaxta qədər Rəşid Piriyevlər, Vaqif Əsədovlar, Nahid Bağırov və başqaları yol hərəkətinə şəxsi biznes kimi baxacaqlar. Sual oluna bilər ki, QAİ işçiləri  milyonluq mülkləri necə alır ? Hansı pulla ? 
İnanın ölkəmizə 3-4 günlüyə gələn əcnəbilər gözəl Bakımıza valeh olurlar, ancaq nəqliyyat sisteminin bərbad olduğunu görəndə….
Yollarda nə qədər  RADAR olar ? 
Şəhər QAİ-sində hər polisin öz dislokasiya ərazisi-sahəsi var. Belə olan halda polisin sürücünü çıxdığı yerə qədər  qovması cinayətdir, qəzalara səbəb olur. 
Rəşid Piriyev özü deyir ki, Bakı şəhəri tam kameralaşdırılıb. Belə olan halda yolların qırağı niyə polislə  dolub-daşmalıdır ? Hər şeyə kameralar nəzərət edir də. 
Bir daha deyirik ki, Azərbaycan polisinin gördüyü işləri təqdir edirik, amma  QAİ probleminə son qoymaq lazımdır.
/Gundelik-baku.com/скачать dle 12.1