Yolçuyev, bu sənin üçün  futbol “meydan”çası  deyil ee...

Bacanağını mənə göstər, sənin kim olduğunu deyim, Meydanəli


Son 1 ildə dalbadal icra başçılarının, nazir müavinlərinin, generalların, hətta nazirlərin  həbs olunması, bəzi məmurların, el dilində desək “kürkünə birə salıb”. 
Yəni düşünürlər ki, belə bir qara gün onlar üçün də var. Ona görə də hansısa yolla, xəstəlik adı ilə, əlillik kağızı düzəltməklə və digər yollarla  “meydanı” tərk etmək istsəyirlər ki, bəlkə “xatadan sovuşalar”. 
Belə məmurlardan biri də Daşkəsən  rayon İcra Hakimiyyətinin “Ərazi idarəetmə və yerli özünüidarəetmə  orqanları ilə iş şöbəsi”nin müdiri Yolçuyev  Meydanəli  Binəli oğludur. Meydanəli müəllim  həm də 20 ildir ki, Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının sədridir.
Görəsən, Meydanəli  Yolçuyev  20 il  “ləzzətini”  gördüyü partiya kreslosundan niyə qaçıb Əli İnsanovun  Haqq və Ədalət partiyasına minmək istəyir. 
Məşhur misalda deyiir ee, gəmi batanda birinci siçovullar gəmini tərk edir. 
Ay Meydanəli müəllim, axı hazırda rayon şöbəsində sədr olduğun YAP bayram ovqatındadır, Qarabağımızın Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad olunmasını bayram edir, yəni YAP  gəmisi siyasi okeanda sürətlə irəliləyir. Yəni sənin qaçıb Əli İnsanovun ətəyindən yapışmana ciddi səbəb yoxdur. 
Bəlkə səbəbi özündə axtaraq. 
Deyəsən  ipin ucunu tapmışıq. 
Bəli, bacanağın, həm də sənin şərikin Bəxtiyar İsmayılov Gəncə Ağır Cinayətlər Məhkəməsində saxta əlillik dərəcəsi verilməsi, digər vədlərlə vətəndaşlara qarşı dələduzluqda və rüşvətə təhrikdə təqsirləndirilərək  6 il  müddətinə azadlıqdan məhrum edilib. 
Bax, səni qorxuya, daha doğrusu, qarın ağrısına salan budur. 
Elə bilirsən ki, həmyerlin, doktor Əli İnsanov sənin qarnını sağaldacaq ? Ayy-hay. 
Əli İnsanovun özünün  başını sağaldan lazımdır. 
Yaxşı, bacanağın Bəxtiyar İsmayılov çoxsaylı vətəndaşların şikayəti əsasında  Abşeron rayon məhkəməsinin hökmü ilə  2 il 8 ay müddətinə həbs ediləndə  qohumunu başa sala bilmirdin ki, cinayət cəzasız qala bilməz. 
Qeyd edək ki, cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. 
“Azərbaycan  Qarabağ  Müharibəsi  Əlilləri, Veteranları və Şəhid  Ailələri”  İctimai Birliyinin Daşkəsən rayon filialının sədri  işləmiş Bəxtiyar İsmayılov ayrı-ayrı dövlət orqanlarında işə qəbul olunmaları, eləcə də “Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadıb onlara məxsus 14 min 700 manat pul vəsaitini ələ keçirməkdə təqsirləndirilib.
Aparılan araşdırmalarla qeyd edilir ki, Bəxtiyar İsmayılovun öz qulluq mövqeyindən sui-istifadə etməklə 26 nəfərdən ibarət ayrı-ayrı vətəndaşları vəzifəli şəxsə rüşvət verilməklə sosial evlərin verilməsi, sosial yardım təyin edilməsi, əlillərə dövlət tərəfindən avtomobil verilməsi, habelə əlillik dərəcəsinin təyin edilməsini təşkil edəcəyi barədə yalan vədlər verərək, ümumilikdə, 119 min 600 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, istintaq zamanı Bəxtiyar İsmayılovun Gəncə şəhər 1 nömrəli Birləşmiş  Uşaq  xəstəxanasının poliklinika bölməsinin sahə həkim pediatrı Mənzər Nəzərəliyeva ilə cinayət əlaqəsinə girərək 4 nəfərə əlillik dərəcəsinin təyin edilməsi üçün, ümumilikdə, 8500 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bütün bunlar  sənin gözünün qarşısında baş verib, ay Meydanəli bəy. Sən bunları görmürdün, bilmirdin ? 
Əlbəttə, görürdün və bilirdin. 
Bacanağın hətta sənin vəzifədə olmağından da istifadə edirdi. Deməli, əlahəzrət məntiq deyir ki, şərik olmusunuz və əməlli-başlı qazanmısınız. Hətta sizin əlillik “dınışka”nızı  da  bacanağın  Bəxtiyar düzəldib. 
Sən bilərəkdən  cinayətə  şərait yaratmısan. Hətta zərərçəkənləri xidməti kabinetinlə qonşu otaqda dilə tutmusan, aldatmısan ki, hər şey yaxşı olacaq. 
Bəli, sənin üçün yaxşı olub, həmən pullarla özünə mülklər almısan. Təkcə Abşeron rayonunun Saray qəsəbəsindəki villanın 800 min manat dəyəri var. İndi Bəxtiyarla aranızda münaqişə yaranıb. Bacanağın həmən villanı satmaq istəyir, sən isə baldızın Aynur Xurşud qızının vasitəsilə imkan vermirsən. Axı, şəriksiniz. 
Sən cinayətkar Bəxtiyar İsmayılovun sənə  düzəltdiyi III dərəcəli əlilliklə  istintaq zamanı cinayət məsuliyyətindən yayına bildin. 
Meydanəli Yolçiyev, təzə bir misal var:  Deyir bacanağını göstər, sənin kim olduğunu deyim. 
Bacanağını həbsxanada bit basıb yeyir, sən də Saray qəsəbəsindəki villada kef edirsən. Özünü xəstəliyə vurub, III dərəcəli əlillik sənədindən sui-istifadə edirsən. 
Müharibənin dəhşətli bir vaxtında Qarabağ müharibəsi əlillərinin əlillik dərəcəsi ləğv olunduğu halda Daşkəsən rayonunun İcra Hakimiyyətinin şöbə müdiri  Meydanəli Yolçuyev  bir neçə yerdən məvacib alsa da əlillik dərəcəsinə düşən pulu da alır. 
Ay Sahil Babayev, sən  4-5 təşkilatdan pul  alan Meydanəli  Yolçuyevi görmürsən, təkcə  veteran təqaüdü ilə dolanan Qarabağ  döyüşçülərini görürsən. Deyəsən, Yolçuyev səni də tora salıb. 
Yolçuyev necə III qrup əlildir ki, təqaüd yaşında özünün şəxsi Prado markalı 90-UK-111 dövlət qeydiyyat nişanlı avtomobilini  saatda  150 ilə sürüb aradan çıxmaq istəyir. 
Meydanəli Yolçuyevə verillən bu əllillik dərəcəsi araşdırılıb yoxlanılarsa onun əllilliyinin saxta olması öz təsdiqini tapacaqdır. 
 P.S Sahil Babayev,  biz dedik, konkret ünvanı göstərdik.. Komissiya təşkil edib yoxlamaq isə  sizlikdir. /Gundelik-baku.com/скачать dle 12.1