Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın ilk medalının əyarı müəyyənləşib.

“Bakisesi.com” xəbər verir ki, 79 kq çəkidə yarışan güləşçimiz Cəbrayıl Həsənov bu gün final oyununa çıxıb. O, həlledici görüşdə ABŞ idmançısı  Kayl Duqlas Deyklə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüş rəqibin qələbəsi ilə başa çatıb - 2:0. Beləliklə, C. Həsənov DÇ-də gümüş medalla kifayətlənib.

Qeyd edək ki,  Cəbrayıl Həsənov karyerasında ilk dəfə finala yüksəlmişdi.скачать dle 12.1