Nüsrət müəllim bankdan külli miqdarda kredit götürüb ölkədən qaçmaq istəyir ? 



Azərbaycanda ən böyük problemlərdən biri, bəlkə də birincisi, inhisarçılıqdır. Əbəs yerə deyil ki, prezident İlham Əliyev cənabları  dəfələrlə inhisarçılıqla mübarizə barədə konkret tapşırıqlar verib. Ancaq vəziyyət hələ də dəyişmir. 
Azərbaycanın qida sektorunun ən böyük inhisarçılarından biri də Veysəloğlu Şirkətlər Qrupudur. Qrup 90-cı illərdən etibarən ölkəyə ərzaq məhsullarının əsas idxalatçılarından, 2000-ci illərdən isə pərakəndə satıcılarındandır. 
Veysəloğlunun  müxtəlif şəhər və rayonlarda marketlərinin sayı 300-ü keçib. Onlarla supermarketlər, minimarketlər, böyük satış anbarları, bir sözlə, Veysəloğlunun  biznes imperatoprluğu. 
Şirkətlər  Qrupunda minlərlə işçi çalışır. Ancaq bircə dəfə də olsun Əmək Müfəttişliyi şirkətdə əmək qanunvericiliyinin pozulması ilə bağlı monitorinq keçirməyib. Əmək müqavilələrinin olub-olmaması ilə maraqlanmayıb. 
QİDA agentliyi, konkret olaraq agentliyin baş direktoru Qoşqar Təhməzli  maraqlanmır ki, yüzlərlə satış mərkəzi olan  Qrupda ərzaq və qida məhsulları  standarta uyğun gəlirmi, ya yox ? 
Niyə, Qoşqar Təhməzli  Veysəloğlunun  “Ulduz” şokolad fabrikindəki məhsullar ilə maraqlanmır ? 
Axı, hər yerdə  sağlam qidalanmadan danışırıq. Nooldu, bəlkə  Veysəloğlu  bu qurumların dilini-ağzını bağladıb, xalqın xəbəri yoxdur. 
Axı, istehlaklçıların bu qədər şikayətləri mediada tirajlanır, yayılır. Bunu dövlət qurumları görmür ? 
Şirkətdə  dollar xırdalanması ilə bağlı mətbuatda kifayət qədər yazılıb. Niyə bir reaksiya verən yoxdur? 
Təsəvvür edirsiniz,  “Veysəloğlu”nun  “Araz” supermarketlər şəbəkəsindən AQTA-ya 563  istehlakçı şikayəti  olub, bunların 59-u vaxtı keçmiş, istifadə müddəti bitmiş qida məhsulları ilə bağlıdır. Bəs, görəsən, AQTA hara baxır ? 
Bəs, görəsən, Dövlət Vergi Xidməti bu işlərə nə üçün reaksiya vermir? 
Ötən il  Dövlət Vergi Xidməti Veysəloğlu Şirkətlər Qrupuna nə az, nə çox – 2 milyon manat maliyyə sanksiyası tətbiq edib. Buna səbəb olaraq şirkətin külli miqdarda vəsaiti vergidən yayındırdığı göstərilirdi. 
Bəs, nəticə nə oldu ? 
Görəsən, şirkətdəki  qanunsuzluqlar  barədə  Veysəloğlu-nun maliyyə bosu  Nüsrət müəllim nə düşünür ?

Söhbət  “Veysəloğlu”  şirkətinin maliyyə müdiri  Nüsrət müəllimdən gedir. 

Nüsrət müəllim, görəsən  dəyəri 100 milyonlarla ölçülən obyektlərini, otel və istirahət mərkəzlərini  hansı pulla əldə edib ? 
Bəlkə, Nüsrət müəllim, aylıq 20 min manat məvacibinə aydınlıq gətirsin. 
Görəsən, Nüsrət müəllim, bu milyonları əvvəlki iş yerindəmi qazanıb, yoxsa, Veysəloğluda ? 
Ümumiyyətlə, maliyyə müdiri Nüsrət  müəllim niyə keçmişini gizlətməyə çalışır?
Nüsrət müəllim nədən ehtiyat edir, nədən daha çox çəkinir ?
Bir də çox maraqlıdır ki, görəsən, Nüsrət müəllim  100 milyon dəyəri olan otel və istirahət mərkəzlərini niyə banka girov qoyub külli miqdarda kredit götürmək istəyir?
Bəlkə Nüsrət müəllim ölkədən qaçmağa hazırlaşır ? 
Suallar çoxdur. Növbəti yazımızda Nüsrət müəllimin milyonluq obyektlərinin xəritəsini təqdim edəcəyik.
P.S. Hörmətli Veysəloğlu müdafiəçiləri qulbeçələrinizə çatdırin ki, biz siz fikirləşdiyiniz adamlar deyilik. /Gundelik-baku.com/скачать dle 12.1