Coğrafiya müəllimi necə “raypo”  sədri oldu ? 

Atalar deyib ki, köç geri qayıdanda  axsaq-uxsaq qabağa düşər. Lətifəsi  Mərdan Camalovdan uzaq olsun. 
Vallah əsl komediya mövzusudur. 
100 il əvvəl Çar Rusiyası dağılanda  Qotur Məmmədlər qabağa düşdü, xalq qəhrəmanı kimi ad çıxardılar. Ancaq çoxu quldur, yolkəsən, bandit idi. 
SSRİ dağılanda da  eyni proseslər baş verdi. Bu dəfə Qotur Məmmədlər deyil, “svarşik”  Mərdan Camalovlar icra başçısı oldu. 
Bəli, bu bizim cəmiyyətin acı talehidir. 
Əgər  başqa cür olsa idi,  ixtisasca coğrafiya müəllimi olan Mərdan Camalov ən yaxşı halda kolxozda ot briqadiri ola bilərdi. Amma Mərdan Camalov əvvəlcə Şirvanın başçısı, indi isə Zərdabın icra başçısıdır. 
Bu adamın  “suratına,  şikilinə” baxanda adam dəhşətə gəlir ki, Şirvan kimi sənaye şəhərinə uzun illər bu adam necə rəhbərlik edib ? 
Axı, bu dünyada zəhrimar məntiq deyilən bir şey var. İcra başçısı  olmazdan qabaq bu adam, yəni  coğrafiya müəllimi necə  rayonda “raypo sədri”  olub ?
Bilənlər bilir ki, adına “raypo” dediyimiz qurum kooperasiya əmlakına sahib olanların konfransında seçilirdii, loru dildə desək, şəhər ticarətinə Ticarət Nazirliyi, kənd ticarətinə isə “raypo”lar baxırdı. 
Axı, coğrafiya müəllimi hara, “raypo sədri”  hara ? 
Hələ bu harasıdır ? 
Mərdan müəllim, bir müddət coğrafiya müəllimliyinin daşını atıb, “svarşik, slesar” da işləyib. Bu adam müəllim peşəsini  “svarşik”liyə  dəyişibsə, beləsindən hər cürə əməl gözləmək olar. 
Yuxarıda qəhrəman Qotur Məmmədlərdən bəhs etdik.
Mərdan müəllimin də qəhrəmanlığı  barədə Şirvan aşıqları dastan yazacaq.
Bəli, Mərdan Camalov icra hakimiyyətinin binasında Qarabağ şəhidinin atasına kəllə atıb. Yazıq şəhid atası deyir ki, orada adamlar olmasaydı, Mərdan müəllim məni təpiyin altına salacaqdı. Vayy, bəə, haradan hara gəldik ee, icra başçısı şəhid atasını, qazini döymək istəyir. 
Belə yerdə deyirləır ki, dağıl, a dünya. 
Vallah, dünyanı bilmirəm, amma Mərdan müəllim, Şirvanı əməlli-başlı dağıdıb, indi də keçib Zərdabı dağıtmağa.  
Bəli, Mərdan Camalov Şirvana icra başçısı qoyulan kimi gözü düşüb rayon ərazisində olan 3 min metr uzunluğunda QAZ turbalarına. Bəli, Mərdan Camalov rayon ərazisində olan 3 min metr qaz turbalarını kəsdirib “metallom” kimi satdırıb. Bu cinayət işi ilə ölkədə  hamı məşğul olub, amma Mərdan müəllimin heç tükü də tərpənməyib. Hətta Azəriqaz da heç nə edə bilməyib. 
Təsəvvür edirsiniz, adam rayon ərazisindəki 3 min metr qaz turbalarını kəsdirib satdırıb. 
Bunu ağlı başında olan adam edə bilməz. 
Amma bu ağılın sahibi düz 14 il Şirvan şəhərinə rəhbərlik edib. Rayondakı bütün idarələrdən hər ay rüşvət yığıdırıb. 
Əlbəttə, lətifəsi yenə də  möhtərəm Mərdan müəllimdən uzaq olsun, atalar deyib ki, arxalı köpək qurd basar. 
Mərdan müəllimin arxasında qardaşı, Müdafiə Sənayesi naziri  olmuş mərhum Yavər Camalov  olmasaydı, Mərdan Camalov indi də “svarşik” idi. 
44 günlük  müharibə zamanı camaat yas içində olanda Yavər  Camalova məxsus  Montenapaleonebaku  restoranında Mərdan Camalovun oğlanları kef məclisləri qurur və 44 günlük müharibə zamanı bu kef məclisləri sosial şəbəkələrdə böyük REZONANS doğurmuşdu.
Mərdan Camalov əsl kommersantdır. Bir idarə müdiri ona 1 manat ata bilməz. Atmaq istəsə isə...
Mərdan Camalov  ayda aldıqlarının miqdarını müəyyən etmək üçün birbaşa  rayondakı xəstəxanaya gedib  xəstələri sayırmış və vururmuş konkret rəqəmə və aylığı hesablayırmış. 
Belə bir adam  rayona necə rəhbərlik edə bilər ? 
Şirvanı kor qoyan Mərdan Camalov indi də  Zərdabda  qoçuluq edir.  
Mərdan Camalov  Zərdabda  abadlıq, yol tikintisi, park təmiri  adı altında öz qohumlarının adına açılan şirkətlər vasitəsilə dövlətin milyonlarını mənimsəyir. Hətta o qədər həddini aşıb ki, rayon ərazisində faəliyyət göstərən müxtəlif nazirliklərin rəhbərlərinə deyir ki, mənimlə hesablaşmalısınız, öz nazirinizlə yox. 
Təsəvvür edirsiniz, Mərdan Camalov rayon Təhsil şöbəsinin müdirinə deyir ki, sənin nazirin Emin ƏMİRullayev deyil, mənəm…mənə verməlisən. 
Sözün qısası, Mərdan Camalov əməlli-başlı yetişib. 
Yəqin ki, yaxın zamanda  maskalılar Mərdan müəllimi dərməyə, qopartmağa gələcək. Yoxsa, o, kreslodan qopan deyil.. /Gundelik-baku.com/скачать dle 12.1