AXC-yə sponsorluq edən “Qozbel” sonradan “siyasi çətir”ini dəyişdi 


Ötən əsrin 90-cı illərində Azərbaycanda  xeyli sayda iş adamları, sahibkarlar, biznesmenlər, bank sahibləri parlamağa başladı. Düzdür, onların bir çoxu rəqabətə davam gətirməyib sıradan çıxdı, ya da  siyasi burulğanlarda yox oldular. 
Digər bir maraqlı cəhət odur ki, həmin biznesmenlər özlərini  reklam etməyi çox sevirdilər. Ancaq onların arasında biri  özünü “reklamdan uzaq saxlamağa” çalışırdı, yəni “gözdən uzaq olmaq”  taktikasını seçmişdi. 
Bu adam öz çevrəsində  “Qozbel İman” kimi tanınan İman Quliyevdir. 
İman Quliyev əslən Naxçıvanlıdır və 90-cı illərdən öz biznes şəbəkəsini  qurmağa başlayıb. 
Yeri gəlmişkən, onu da qeyd edək ki, İman Quliyev zamanında AXC hakimiyyətinin sevimli şəxslərindən və maliyyə dayaqlarından biri olub. Və daha çox AXCP sədri  Əli Kərimli ilə  yaxın olub. Ancaq sonradan  siyasi burulğanda səmti düz tutaraq  hakimiyyətin çətiri altına keçib. 
Qısaca onu bildirək ki, İman Quliyevin bir neçə nazirlə qohumluq əlaqələri olub, hətta İman Quliyevin qardaşı  Telman Quliyev  2009-2010-cu illərdə  Qax Rayon İcra Hakimiyyətinin başçısı işləyib. Hal-hazırda Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.
Sözün qısası, biznesmen İman Quliyev  mətbuatdan və  cəmiyyətdən nə qədər gizlənməyə çalışsa da, İsmayıllıdakı 3 nəfərin faciəli ölümündən sonra media  İman Quliyevi tapıb, aşkarlaya bildi. 
Belə ki, İsmayıllıda 3 nəfərin faciəvi şəkildə öldüyü “Green House” istirahət mərkəzinin sahibinin kim olduğu araşdılırakən  bəlli oldu ki, istirahət mərkəzi  İman Quliyevə məxsusdur. Sonra bəlli oldu ki,  “Green House” istirahət mərkəzi “Nyu Sfera-Turizm” MMC-yə məxsusdur. “Nyu Sfera-Turizm” şirkəti  isə nəhəng  “Nyu Sfera” şirkətlər qrupuna daxildir. 
Şirkətlər qrupunun prezidenti isə  “Qozbel İman”dır. 
Beləcə  böyük bir biznes imperiyasının sahibi üzə çıxdı. 
Bəli,  “Xalqlar Dostluğu” yarmarkası, “Romance palace” şadlıq evi, “Şərq Saray”  restoranı, Xətai və Nizami rayonlarının ərazisində çoxsaylı ticarət obyektləri  İman Quliyevə məxsusdur.  
Bundan əlavə İman Quliyev  Xətai rayonu, İnqilab İsmayılov küçəsi 4, 5, 6 saylı binaların həyətində yerləşən, təqribən 60 sot yaşıllıq zonanın məhv  edərək  öz  şəxsi əmlakına çevirib. 
Görəsən, həmişə iş otağında  mərhum Heydər Əliyevin və cənab İlham Əliyevin şəkillərini asan İman Quliyev niyə Ulu Öndərin  yaşıllıqlarla bağlı tarixi sözünü unudur: ”Bir ağacın budağı kəsiləndə, elə bil qolumu kəsirlər”. 
Bəli, Bakıda  “tolkuçka” biznesi ilə fəaliyyətə başlayan İman Quliyev sonradan  Bakıda, Nizami rayonu ərazisində  xeyli yaşayış binaları tikib. 
Azərbaycan  İman Quliyevə darlıq etdiyi üçün sonradan biznesini Ukraynada davam etdirib. Və Kiyevdə  Svyatoşinski rayonu, Sofiyevskaya Borşaqovka kəndində “Sofievskaya Sfera” Yaşayış Kompleksini inşa etdirib. 

Hazırda İman Quliyevin mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda  3 şadlıq sarayı (“Romance Palace-1”, “Romance Palace-2”, “Şərq Saray”, “Yay” restoranı, İsmayıllıda  “Green House”, rayonun ərazisində  Sumağallı kəndi yaxınlığında 2 hektar ərazisi olan istirahət və turizm mərkəzi, kompleksdə 3 ədəd üçmərtəbəli kottec tipli ev, 6 ədəd birmərtəbəli taxta kottec, eləcə də 180 yerlik restoran, açıq hovuz, idman və əyləncə qurğuları var.
Bundan əlavə  İman Quliyev  Bakının Suraxanı rayonu ərazisində 1050 mənzildən ibarət “Yeni Zığ Yaşayış Kompleksi” inşa etdirib. 
Ukraynada eyni zamanda İman Quliyevin 180 tonadək taxıl üyüdə bilən dəyirmanları, bağçaları var. 
Ukraynadakı biznesini oğlu  Araz Quliyev idarə edir. 
Sözün qısası, İman Quliyev nə qədər gizlənməyə çalışsa da, gözdən uzaq olmaq istəsə də media İmanı tapıb ortaya çıxardır. 
Görəsən, Vergilər Dövlət Xidməti niyə bircə dəfə İmanın biznes imperiyasını  yoxlamır? Bu boyda şəbəkə görəsən vergidən hər il neçə milyonu gizlədir ?  
Bəli, bircə qalır  İmanın qozbelini düzəltmək. O isə bizlik deyil. Yəqin ki, milyonlarla vergidən yayınan İmanı maskalılar gəlib aparıb belini düzəldəcək. /Gundelik-baku.com/скачать dle 12.1