Çeşmi  hara, multikulturalizm hara ? 

Ağstafanın icra başçısının xanımı alim olmağa hazırlaşır 

Kamal Abdullanın  adının  qabağında yazılan  bu “sijimləmə”ni görəndə adam dəhşətə gəlir:
Bakı Slavyan Universitetinin ilk rektoru (2000–2014), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsəslələr üzrə Dövlət müşaviri (2014–2017), Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Mədəniyyət Fondunun (Azərbaycan Yaradıcılıq Fondu) sədri, Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Moskva Şəhər Pedaqoji Universitetinin və Ural Federal Universitetinin fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professor, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, akademiki, Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvü  və s  və i…
Hələ məşhur yazıçı, romanlar müəllifi və s olmağı da var. 
Bir adamın bu boyda işlərin öhdəsindən  gəlməyi başqa söhbətdir. 
Ancaq  bu boyda titulların, vəzifələrin içində biri diqqətimizi xüsusi olaraq cəlb etdi. 
Kamal  Abdulla bir neçə il  Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri  olub. Adama deyərlər  dini məsələlərin, millətlərarası münasibətlərin sənə nə dəxli var ? 
Hələ multi-mırtı-kulturalizmdir, nədir onu demirik. 
Kamal müəllim həqiqətən də mırt tutmaqla məşğuldur. 
Əgər belə olmasaydı, o boyda  Azərbaycan Dillər Universitetində   “Narxoz”un sabiq rektoru, keçmiş deputat Şəmsəddin  Hacıyevin  “zakazı” ilə  rektorun  mırtı-kulturalizm üzrə müşaviri   ştatını açardımı ? 
Bəli, Şəmsəddin Hacıyevin qızı, Maştağada bağça müdirəsi işləyən Çeşmi  xanım üçün  ADU-da müşavir ştatı açılıb. Onadək  ADU-da belə bir ştat olmayıb. Sadəcə, Şəmsəddin Hacıyevin Kamal Abdullaya “göstərdiyi” nə olubsa, rektorun gözləri qamaşıb və Çeşmi xanımı özünə müşavir təyin üdib. Özü də mırtı-kulturalizm üzrə. 
Onu da qeyd edək ki, dilimizdə “mırt” sözü məzələnmək mənasını verir. 
Bəli, bunlar cəmiyyətlə məzələnirlər. Yoxsa, Çeşmi hara, kulturalizm hara ? 
Çeşmi xanımınkı  bahalı MALL-dır, əyləncə yerləridir, salonlardır. 
Çeşmi xanım müşavir olandan sonra cəmi 2 dəfə  rektorun “yanında” olub, onda da müşaviri rektordan başqa heç kim görməyib. Çeşmi xanım da  universitetlə belə məzələnir. 
Yəqin ki, 1-2 ilə Kamal müəllim ona da “zakaz”la  mırt mövzusunda elmi iş yazıb  təzə müşavirdən alim qayıracaq. 
Hörmətli Kamal müəllim, təzə müşavirinizin multikulturalizmdən başqa hər şeydən başı çıxır. Məsələn, parnik-istixana sahibidir. Yaxşı, “pamador-xiyar”  becərir. Hətta Azəriqaza-a  115 min manat qaz borcu var idi. 
Kamal Abdulla, müşaviriniz 350 minlik zirehli avtoda işə gəlib-gedirmi ?
İxtiyarınız  çatarmı, soruşasınız, bu pullar haradandır ? 
Əlbəttə, hətta soruşmağa cəsarətiniz çatmaz.
Axı, Çeşmi xanım həm də Ağstafanın  cavan icra başçısı Seymur Orucovun xanımıdır.   
Bəli, cənab rektor, çalışın Çeşmi xanımdan ehtiyatlı olun. 
Bir də gördünüz, qaz, işıq, su borcu milyonu keçdi, gəlib yaxanızdan yapışacaqlar. 
Yəqin yaxın zamanlarda Çeşmi xanım da alimlər dəstəsinə qoşulacaq. 
Elmin mübarək, Azərbaycan ! /Gundelik-baku.com/скачать dle 12.1