Onun milyonluq arabası və 28 min 500 dollar  dəyərində motoskleti var…

Ədalət Şükürov  müsahibələrində mətbuatı, medianı, jurnalistləri, saytları əməlli-başlı  yıxıb-sürüyür, qələm əhlini peşəkar olmamaqda, savadsızlıqda günahlandırır. 
Bu adamın özünə deyən lazımdır ki, sən özünü peşəkar hesab edirsənmi ? 
Bir anektod var ee…deyir, Alış, nəyinən..
Onun sözü olmasın, ay Ədalət, sən hansı səsinlə, hansı mahnınla özünü peşəkar hesab edirsən ?
Hələ üstəlik mətbuatı da topa-tüfəngə tutursan. Adam da bir ayıb hissi olar. 
Sözün qısası, bu adam özünü alim hesab edir. Bəli, kağız üstündə  Ədalət Şükürov   Baltik Turizm və Biznes Akademiyasında aspirantura oxuyub, hətta elmi iş müdafiə edərək iqtisad elmləri namizədi, alim olub. Belə məqamda deyirlər, dağıl, ay dünya. 
Görəsən, iqtisad alimi olan Ədalət Şükürov, elementar iqtisadi teminləri bilirmi ? 
Bu adam özünü rejissor hesab edir. 
Hanı  sənin bir alababat əsərin, ay Ədalət ? 
Bu adam haqqında söhbət düşəndə, nəsə adamın yadına, “Kişidi bu…buğları da var”  sözləri düşür. Niyə..?
Bu adam  sosial şəbəkədə bir fikir paylaşıb. Deyir ki, fb  səhifələrinizdə uşaqlarınızın şəklini qoymayın, ayıbdır, mən belə adamları qınayıram.
Birincisi,  sosial şəbəkə bütün dünyanın reallığıdır və həyatımızın bir parçasına çevrilib. Və atanın, yaxud ananın öz övladının şəkilini öz səhifəsinə qoyması, nə vaxtdan ayıb hesab edilir ? 
Ayıb sənə olsun, ay Ədalət Şükürov. 
Sən guya millətə kişilik, mənəvi dəyərlər dərsi keçmək istəyirsən ? 
Yığışdır, bu boş, mənasız söhbətlərini.
Ümumiyyətlə, sənin bu yekəbaş hərəkətlərin cəmiyyətdə ikrah hissi doğurur. 
Təsəvvür edirsiniz, Bakı Nəqliyyat Agentliyi ( BNA) bu adam haqqında rəsmi məlumat yayır ki, 11 dəfə qaydaları kobud şəkildə pozub. 
Ədalət Şükürov isə dövlət qurumunu necə gəldi təhqir edir. 
Adam, sən kimsən ki, qurumu fəaliyyətsilikdə ittiham edirsən ? 
Bu adamda özündən bir razılıq, müştəbehlik var. 
Səsi olmaya-olmaya, şit, bayağı səsi ilə toylar müğənnisinə dönüb. Özü də toylara nə az, nə çox, 5-12 min manat  qiymətinə gedir. 
Birincisi, görəsən öz şad gününə Ədalət Şükürovu dəvət edib, 10 min manat verənlər nə düşünür ?
Görəsən bu adamların elementar musiqi zövqü varmı ? 
Yaxşı, adamlar bunu başa düşmür. Bəs özünü sənətkar-ustad hesab edən Ədalət Şükürov başa düşmür ki, insanların musiqi zövqünü korlayır ? 
Ədalət Şükürov deyir ki, BNA ancaq pul yığmaqla məşğuldur . 
Bəs, sən nə yığırsan toylardan, ay Ədalət Şükürov ?
Ədalət Şükürov  koronavirusla bağlı Operativ Qərargahın üzvlərinə də  ağıl öyrədir, dərs keçir. 
Bu adam başa düşümr ki, Operativ Qəragah ölkə başçısının birbaşa nəzarətindədir və xalqımızı  pandemiyadan xilas etmək üçün çalışırlar. 
Bu adam öz məlahətli səsi, mahnıları ilə deyil, ancaq bahalı avtomobilləri ilə gündəmdə qalır. 
Bu yaxınlarda təzə aldığı, 28 min 500 dollar qiyməti olan motosikletini  sosial şəbəkədə nümayiş etdirib. 
Adama deyərlər, bu motosikleti hansı pulla almısan ? 
Ümumiyyətlə, hər toydan 10 min qazanan Ədalət  nə qədər vergi ödəyir ? 
Ədalət Şükürov deyir ki, mən öz halal zəhmətimlə pul qazanıram, kiminsə pulunu oğurlamıram, haram yolla pul əldə etmirəm, KÜTLƏ elə bilir mən səhər yuxudan durur, bəzənib-düzənib çıxır efirə...
Xalqa KÜTLƏ demə, KÜT sənin özünsən ki, millətin musiqi zövqünü korlayırsan, ey Ədalət Şükürov. /Gundelik-baku.com/скачать dle 12.1