Suyun  həyat olmağı hamıya bəllidir. Ancaq az sayda insanlar bilir ki, gələcək müharibələrin neft, yaxud qaz uğrunda deyil, MƏHZ SU uğrunda olacağı proqnozlaşdırılır. 
Bəli, su  bəşəriyyət  üçün ciddi problemə çevrilir. 
Əbəs yerə deyil ki, ötən ay möhtərəm Prezidentimiz su təsərrüfatının vəziyyətinə dair keçirdiyi videokonfransda bunları qeyd etmişdi: “Əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir”.
Bəli, cənab Prezident son vaxtlar onu da qeyd edib ki, son illər  bütün vaxtımı  Qarabağ  probleminin həllinə yönəltmişdim. 
Haqlı sual doğur ki, Prezident  su ilə də məşğul olmalıdır?
Bəs Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev, Rafiq Aslanov, Aparat rəhbəri Cahan Məmmədov və digərləri hara baxırlar ? 
Cənab Prezident müxtəlif vaxtlarda deyib ki, bəzən mənə səhv informasiya verirlər. Bəli, tam məsuliyyətlət demək olar ki, su itkisinin 40 faiz, bəzən 50 faizə çatmasının arxasında ciddi məqamlar var. 
Əslində su itkisinin belə dəhşətli rəqəm olmasının səbəbi odur ki, bu qədər su itməyib, sadəcə bu miqdarda su satılaraq  Zakir Quliyevlərin, Rafiq Aslanovların, Cahan Məmmədovların  cibinə axıb. 
Bəli, bunun tam əminliklə demək olar. 
Adlarını yuxarıda çəkdiyimiz  vəzifəli şəxslər  40-50 faiz göstərilən suyu  sahibkarların  balıqyetişdirmə  göllərinə, müxtəlif fermer təsərürfatlarına, biznes sahələrinə verib milyonlar qazanırlar. Adını da qoyurlar ki, 40-50 faiz su itkisi olub. 
Əgər həqiqətən də su itibsə, Londondakı villalar hansı pulla alınıb ? 
Bəli, ASC-nin sədr müavini Rafiq Aslanov Londonda yaşayan oğluna 1 milyon dollar dəyərində mənzil alıb. 
 Təsəvvür edin, ASC-nin bütün idarələrinə hər ay 50 min manat vəsait xətti açılır, həmin vəsait Rafiq Aslanov və Zakir Quliyevin faktiki ortaq olduqları şirkət vasitəsilə nağdlaşdırılır.
Müavinlərin  himayəsi altında olan “Hidro-Kaskad” MMC  üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi, maxinasiyalar  dəhşətli dərəcədədir.  2020-ci ildə ASC ilə sözügedən şirkət arasında "Nasos aqreqatlarının və digərlərinin satınalınması" üçün nəzərdə tutulan tender müqaviləsi üzrə qiymətlər faktiki olaraq 500 min manat şişirdilməklə ümumi məbləğ 2 milyon 440  min 404 manat göstərilib. Hansı ki,  alınan məhsulların qiyməti 2-3 dəfə şişirdilib. 
Bir nasosun zavod dəyəri maksimum 45 min manat təşkil etdiyi halda tender müqaviləsində 79 min manata rəsmiləşdirilib. Nasos aqreqatlar əsasən Rusiyanın Voronej şəhərindəki "Elmaş-İnter" şirkətindən, eləcə də Ukraynanın “Sum” Maşınqayırma Zavodundan ucuz qiymətə alınır.
Bütün bunların nəticəsində  Rafiq Aslanovun, Zakir Quliyevin və digərlərinin  “biznesmen” övladları İngiltərədə, Çexiyada, Türkiyədə çoxsaylı şirkətlər açır, Londonda bahalı mənzillər, avtomobillər alır, gözqamaşdıran həyat tərzi keçirirlər.
Əgər ölkə üzrə sərf olunan suyun 40-50 faizi itibsə, 
ASC-nin sədr müavini Rafiq Aslanovun oğlunun milyonluq  avtomobil kolleksiyası haradandır ? 
Kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla xeyli sayda avtomobil var. 
Əgər  40-50 faiz faiz su itkisi olsaydı, ASC-nin sədr müavini Zakir Quliyev  Sabirabadın Bəciravan kəndində böyük qum-çınqıl karxanasını hansı pulla alardı ? 
Zakir Quliyev  rayonun  Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsini, villalarını, bahalı müklərini dədəsinin pulu ilə alıb ? 
Əlbəttə, yox. Həmən 40-50 faiz su itkisinin hesabına milyonlar qazanıblar. 
Təsəvvür edirsiniz, ASC-nin tabeliyində olan qurumların siyahısına baxanda adam məəttəl qalır. Çox nəhəng bir qurumdur. 
Bu qurumun təkcə bir idarəsinin - Abşeron Suvarma Sistemləri idarəsinin fəaliyyətinə nəzər salsaq  AYSBERQ-i  az da olsa görə  bilərik. 
Məlumat üçün qeyd edək ki, idarənin rəisi Yusif Ələsgərovdur. 
Məlumat üçün qeyd edək ki,  Yusif Ələsgərov ötən əsrin 90-cı illərində “Bakıelektrikşəbəkə”nin rəisi olub, indiki  ”Azərsu” ASC-də məsul vəzifədə çalışıb. İşlədiyi vəzifədə yol verdiyi  nöqsanlara görə tutduğu vəzifələrdən azad olunub.
İndiki vəzifəsində isə 15 ildən artıqdır ki, çalışır, daha doğrusu milyonlar qazanır. 
Deyilənə görə, bu adam sabiq səhiyyə naziri Əli İnsanovla çox yaxındır, hətta həbsxanaya “peredaça” göndərirmiş. 
Təkcə nasosxanaların təmirindən Yusif Ələsgərov yüz minlər qazanır. 
Onu da qeyd edək ki, Yusif  Ələsgərov ASC-nin bəzi rəhbər  şəxslərini saymır. 
Sonda bir maraqlı məsələyə toxunaq. 
ASC-nin sədr müavini Zakir Quliyev uzun müddət sabiq baş prokuror  Zakir Qaralovun çətiri altında fəaliyyət  göstərib. 
Bəs bu gün  Zakir Quliyevin  “krışası” kimdir ?
Bu barədə növbəti yazıda. 
Sonda üzümüzü ASC-nin yeni sədri Zaur Mikayılova tutub soruşuruq ki, nəyi gözləyirsiniz ?
Niyə islahatlara başlamırsınız ?
Bu rüşvətxor və korrupsioner müavinlərinizdən niyə qurtarmırsınız ? /Gundelik-baku.com/скачать dle 12.1