Azərbaycan vətəndaşları  uzun illər vəzifə kreslosunu zəbt etmiş, insanların gözünü az qala “mazol”  etmiş məmurlardan, icra başçılarından  bezmişdi. 
Cəmiyyətdə bir ictimai sifariş var idi. Yəni cəmiyyət kadrların gəncləşməsini, qocalarla vidalaşmasını arzu edirdi. Əslində bütün dünyada olduğu kimi, bizim cəmiyyətdə də  kadrların gəncləşməsi istəyi var idi. Yəni bu zamanın və cəmiyyətin sifarişi idi. 
Ta qədimlərdən cəmiyyətlərdə  “Atalar və oğlullar” problemi olub. Yəni söhbət konkret ata və oğuldan deyil, gənclərin yaşlı nəsli əvəz etməsindən gedir. 
Və son 2-3 ildə xeyli sayda  yaşlı kadrlar  cavan kadrlarla əvəz olundu. Bu icra hakimiyyəti sferasına tətbiq olundu. 
Belə gənc icra başçılarından biri də Ağstafanın 34 yaşlı icra başçısı Seymur  Orucovdur. 
Seymur Orucovun  “siftəsi”  uğurlu alınmadı. 
Belə ki, xarici müxbirlə ingilis dilində “konuşmağa”  cəhd edən gənc icra başçısı  gülünc vəziyyətdə qaldı. Sanki “kitay”lar azərbaycan dilində danışırmış kimi gülməli idi. 
Adama deyərlər, ingiliscə danışmağın  heç yeri idi ? 
Məşədi İbad demişkən, heç hənanın yeridir ?
Ümumiyyətlə, gənc icra başçıları özlərini guya ingilisdilli kimi göstərməyə, Avropada təhsil aldıqlarını nümayiş etdirməyə çox meyllidirlər.
Birincisi, Ağstafanı, eləcə də digər rayonları idarə etmık üçün ingilis, ya da yapon dilini bilməyə ehtiyac yoxdur. Xalqın dilini, kəndlinin, fəhlənin dilini bilsəniz yetər. 
İkincisi, özünüzü avropasayağı  göstərməyə də ehtiyac yoxdur. Azərbaycan balaca ölkədir, kimin kim olduğu, kimin əlinin kimin cibindən çıxdığı az qala hamıya bəllidir. 
Atalar demişkən, “Atan sarımsaq, anan soğan, haradan oldun gülməşəkər”  məsəli. 
Bizim ingiscə konuşmaq istəyən, çatmaqaş, gözəl-göyçək icra başçımızın vur-tut 34 yaşı var, dayısı deputat, Həmkarların əbədi sədri Səttar Mehbalıyev, qaynatası isə, sabiq deputat, Narxoz-un keçmiş rektoru Şəmsəddin Hacıyevdir.
Mövzudan kənara çıxmadan onu da qeyd edək ki, Səttar Mehbalıyevin kabinetinin ağzında bir neçə il əvvəl Qarabağ qazisi özünü yandıraraq intihar etmişdi. 
Narxoz-un rektorundan isə danışmağa dəyməz. Narxoz  sözü hər şeyi deyir. 
Əbəs yerə  soğan-sarımsaq misalını çəkmədik.
İndi özünüz deyin, dayaqları, ağsaqqalları belə olan  Seymur Orucov necə islahatçı ola bilər ?
Dayısı putyovka sata-sata milyonçuya çevrilib. Qaynatası isə Narxoz-un binasının təmiri adı altında yüz minləri mənimsəyib. Biz hələ imtahanlardan qazandıqlarını, keçmiş nəqliyyat naziri  Ziya Məmmədovla şərikli biznesini demirik. 
Hələ təzə icra başçısının xanımı, yəni sabiq rektorun qızı Çeşmi xanım Hacıyevanın 350 minlik xarici avtomobildə Maştağaya gedib-gəlməsini demirik. 
Bəli, Çeşmi xanım Maştağada uşaq bağçasının müdirəsi idi, həm də biznesmen xanımdır, “parnik”ləri, istixanaları var. Hətta Azəriqaza  115 min manat borcu da var idi. Mətbuat hay-küy salandan sonra bir hissəsini ödədi. 
Təsəvvür edirsiniz, vətəndaşın 1 manatı olmasa qışın soyuğunda evində donub ölər. Amma Çeşmi xanımın 115 min manatlıq  borcuna görə qazını da kəsməyə cürət etmirlər. 
Hələ bu harasıdır ?
Çeşmi xanımı bu yaxınlarda Azərbaycan Dillər Universitetində rektoru  Kamal Abdulla özünə mırtıkulturalizm məsələləri üzrə müşavir təyin etdi.
Bərəkallah. Bağça müdirəsi, biznesmen, müşavir və s. 
Gənc icra başçısı isə özündən əvvəlki icra başçısının yolunu davam etdirir.  
Ağstafalılar əvvəl düşündülər ki, gənc icra başçısı onların problemləri ilə maraqlanacaq, onlara dəstək olacaq. Ancaq qısa vaxt  sonra gördülər ki, Seymur Orucov idarəetməni ümumiyyətlə bacarmır. Həm də bu adamın  1 günlük idarəetmə təcrübəsi yoxdur. 
Bu azmış kimi  Seymur Orucovu rayonda tapmaq müşkül olub. Qaranlıq düşən kim  avtosunu minib Bakıya, arvad-uşağın yanına tərpənir. Başa düşmək lazımdır ki, bu adamın göbəyi Bakıda kəsilib, nə bilir kənd nədir, əkin nədir, biçin nədir, mal-qara nədir...
Üstəlik, təzə icra başçısı köhnə rüşvətxor məmurlarla, idarə rəsiləri ilə işləməyə üstünlük verir, özünü komandası yoxdur. 
Komandası olmasa da, zəhrimar rüşvətin yolunu yaman tapıb Seymur Orucov. 
Bəli,  Seymur Orucov da  Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli  keçirir, tenderdə özünə yaxın şirkətlər qalib olur, daha doğrusu, qalib elan edilir. 
Bu günlərdə Ağstafada belə bir tenderə yekun vurulub. Və tenderin qalibi “Meqa An İnşaat” MMC  325 min 727 manat 39 qəpik  vəsait əldə edib. 
Ən dəhşətlisi odur ki, bir müddət əvvəl Ağstafada  2 milyon  227 min  692 manatlıq  tenderi udan  “Səma MM İnşaat”la  “Meqa”  şirkəti  eyni adamlara məxsusdur. 
Bəli, siçan-pişik oyunu, şirkətlər dəyişsə də sahiblər dəyişmir. 
Cənab Seymur Orucov ! Dəvəquşu məsəlini yada sal. Başını soxur quma, elə bilir görən yoxdur. 
Amma vacib dövlət qurumları sizin əməllərinizi yaxşı görürür. Zamanı çatanda gələcəklər… /Gundelik-baku.com/скачать dle 12.1