Bu gün, dünyanın dəhşətli mənzərələrlə üzləşdiyi bir zamanda, bizim məmləkətimizdə də xoşagəlməz hadisələr özünü biruzə verməkdədir.Elə bir zamanda yaşayırıq ki,onsuz da bu gündən sabaha nələr baş verəcəyini bilməsək də hal hazırkı dövrdə saniyədən saniyəyə fərqi tuta bilmirik.Xəstəliklərin baş alıb getdiyi bir zamanda Hippokrata and içmiş bəzi həkimlərin nə adlarına,nə andlarına yaraşmayan işləri görməsi bizi çaş-baş qoyur.Elə kompyuter qarşısında əyləşmişdim ki,mobil telefonuma bir zəng gəldi.Dünyasını dəyişmiş xəstənin ağzındakı qızıldan olan protezləri  Ağciyər Xəstəxanasında olan həkim Sədiyyə tərəfindən oğurlanıb.Xatırladım ki, bu xəstəxana Qara Qarayevdə yerləşir.İlk məlumat daxil olan kimi, Ağciyər Xəstəxanasından 57 yaşında dünyasını dəyişmiş Fizuli rayon Qacar kənd sakini Əliyeva Səadət Novruz qızı haqqında ətraflı məlumat əldə etmək istəsəm də,bu mümkün olmadı.Məsələ ilə bağlı Oktay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyini,  Ramin Bayramlının rəhbərlik etdiyi TƏBİB-lə də əlaqə qura bilmədim. Acınacaqlı haldır ki, Səhiyyəmizdə baş vermiş bu qorxunc və biabırçı hadisə ilə bağlı heç bir rəsmi qurumla əlaqə yarada bilmədim.Qərara aldım ki,özüm birbaşa mərhumənin qohumlarını,yaxınlarını taparaq məsələyə aydınlıq gətirim.Yaxınları bildirdilər ki, baş verən hadisə onlara ikinci bir ağır zərbə oldu.Və vurğuladılar ki, mərhumənin dişləri həkim Sədiyyə tərəfindən oğurlanıb. Hər zaman xalqının,millətinin yanında olub,acısına şərik olan “Gündəlik Bakı” qəzeti  , Əliyeva Səadət Novruz qızının başına gətirilmiş  bu tükürpədici hadisəni işıqlandırmağı da özünə borc bildi. Mərhumənin qohumlarının  istədikləri, geri qalan tək xatirə hesab etdikləri oğurlanmış qızıl dişlərin, onlara qaytarılmasıdır.Ümid edirik ki,məsələ ilə bağlı lazımi orqanlar dərhal tədbir görəcəklər.Bəlkə o zaman Əliyeva Səadət Novruz qızının da ruhu dinclik tapar.Biz isə öz növbəmizdə bildiririk ki, P.S. Ey bədbəxt insanlar ,biləsiniz ki,qızıl mirasdır,sahibinə qismət olmayan o protez dişlər sənin əzizlərinə necə qismət olacaq?Bunun ilə biz haraya qədər gedə bilərik?скачать dle 12.1