BakiSesi.com

Ziraat Bank çirkli pulların yuyulması ilə məşğuldur- Avni Dəmirçinin başının üstündə həmişə FETÖ-nün portreti olur

Tarix:9-09-2021, 10:39 | Oxunub: 27
Ziraat Bank çirkli pulların yuyulması ilə məşğuldur- Avni Dəmirçinin başının üstündə həmişə FETÖ-nün portreti olur
Ziraat bank  Türkiyənin ölkəmizdəki səfirliyinin tədbirlərini “baykot” edir...



Rusların maraqlı bir sözü var: Bir az, yəni yarımçıq  hamiləlik olmur.
Doğrudan da, yarımçıq  hamiləlik kimi, yarımçıq həqiqət də olmur. 
Nə üçün zamanın  sınağından çıxmış bu fikirləri yada saldıq ? 
Söhbət  Ziraat Bankdan düşəndə istər-istəməz adamın gözünün önünə  türk düşməni Fətullah Gülən ( FETÖ ) gəlir. 
FETÖ, yəni Fetullahın Terror  Örgütü ( təşkilatı ) dünyanın bir çox ölkələrində şəbəkə quraraq qardaş Tükiyədə siyasi çevriliş edib  hakimiyyətə gəlmək istəyirdilər. 
Sözün qısası, FETÖ Azərbaycanda da gizli bir şəbəkə yaratmışdı. Bu şəbəkə dövlət qurumlarında, mediada, bank sistemində özünə əməlli-başlı  yer edə bilmişdi. 
Bəli, bank sistemini əbəs yerə demədik. Belə banklardan biri də Ziraat Bankdır.
Bu mövzuya keçməzdən öncə bir vacib məsələni vurğulamaq istəyirik. 
Azərbaycanda FETÖ yanlıları xeyli təmizlənsə də, hələ də fəaliyyət göstərənlər var. Yazının girişində “yarımçıq hamiləlik, yarımçıq həqiqət” sözlərini əbəs yerə demədik. 
Fətullah Gülən məsələsinə tam son qoyulmalı, onların izləri ölkəmizdən silinməlidir. 
Yoxsa, Ziraat Banklar, onun sahibləri  Avni Dəmirçi kimiləri hələ uzun illər ölkəmizdə ziyanlı fəaliyyətlərini davam etdirəcəklər. 
Sözün qısası,  Ziraat Bank kimi təsisatların əsas məqsədi çirkli pulların yuyulması, leqallaşdırılması, ofşor zonalara külli miqdarda  pulların köçürülməsidir. Kim deyə bilər ki, sabah, o birisi gün bu pullar nəyə və hara xərclənəcək?
Ziraatbankın keçmişi və bu günü ilə bağlı  onu deyə bilərik ki, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan  bölməsi 2014-cü ildə  fəaliyyətə başlayıb. 
Bank, Elman  Rüstəmovun  30 dekabr 2014-cü il tarixində verdiyi 255 saylı lisenziya əsasında fəaliyyət  göstərir. 
Bəli, Mərkəzi Bankın  rəhbəri Elman Rüstəmovun  məsuliyyətsizliyi ucbatından Ziraat kimi banklar bildiyini edir. 
Bankda əsasən  radikal dini meyilli əməkdaşlar çalışır. 
Avni Dəmirçi özü  fanatik dərəcədə FETÖ-çudur. Bankın rəhbərliyi hətta Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin rəsmi tədbirlərinə  dəvət olunsalar da, tədbiri “baykot” edirlər. 
Bankın əməkdaşlarını tez-tez  Sumqayıt şəhərində “saqqallılar”ın tədbirlərində  görmək olar. 
Hətta  44 günlük Qarabağ müharibəsindən sonra Avni Dəmirçi  Şuşada bankın filialını da  açmaq eşqinə düşmüşdü. Ancaq ağzından elə vurdular ki…
Düzdür, Avni Dəmirçi  hazırda rotasiya qaydası ilə öz görəvini  başqa şəxsə ötürüb. Amma yenə də gizlinə çəkilərək Ziraat Bank-a “patron”luq edir. 
Ümid edirik ki, müvafiq  dövlət qurumları  Ziraat Bankın və FETÖ-çü  Avni Dəmirçinin  fəaliyyətinə son qoyacaq. /Gundelik-baku.com/скачать dle 12.1