Gundelik-baku.com-a daxil oıan məlumata görə, Abşeron rayon Mehtiabad qəsəbə poliklinikasında 7 nəfər həkim həbs olunub. Etibarlı mənbənin bildirdiyinə görə, koronavirus dövründə vaksinləşmə ilə bağlı edilən qanunsuzluqlar sübuta yetirilmişdir. Həmin həbslərlə bağlı Abşeron rayon Səhiyyə idarəsinin rəisi Mehriban Qaralova ilə dəfələrlə əlaqə saxlamağımıza baxmayaraq Səhiyyə idarəsində telefonlarımızı cavablandıran olmadı. Araşdırmalarımız davam edir. Məsələni diqqətdə saxlayacağıq.скачать dle 12.1