Son bir ildə mətbuatda adı ən çox hallandırılan biznesmenlərdən biri, bəlkə də birincisi Yusif Qədimbəylidir. 
Sədərək Ticarət Mərkəzinin sahibi kimi  tanınan Yusif Qədimbəylinin ölkədən  külli miqdarda xarici valyuta-dollar  çıxartması  ciddi ajiotaj yaratdı. 
Çünki Beynəlxalq Bank qalmaqalından sonra ölkədən dollar çıxarılması  ciddi nəzarətə götürülmüşdür. 
Amma  deyəsən, Sədərək Yusif ölkə qanunlarına o qədər də hörmətlə yanaşmır. 
Bəli, yayılan xəbərlərdə Yusif Qədimbəylinin qazandığı milyonları Çexiyaya köçürməsi qeyd olunurdu. 
Ümumiyyətlə, son illər Qədimbəyli Çexiyanı az qala Naxçıvanın bir rayonuna çevirib. Yusifin təkcə Çexiyada bir şirkətinin aktivləri 40 milyondan çoxdur.  
Qədimbəyli  Çexiyada  xeyli sayda daşınmaz əmlak, mülk əldə edib. Şirkəti isə Çexiyada daşınmaz əmlakın, yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı, icarəyə verilməsi ilə məşğuldur. 
Məlumat üçün onu da qeyd edək ki, “Sədərək Ticarət Mərkəzi” 1995-ci ildə yaranıb və hazırda iş adamları ABŞ, Fransa, İtaliya, Çin, Yunanıstan, Rusiya, Türkiyə, İran, Çexiya, Polşa kimi bir sıra xarici ölkələrdən idxal etdikləri məhsulları bu ticarət şəbəkəsində satırlar. Yəni “Sədərək Ticarət Mərkəzi” Cənubi Qafqazın ən böyük topdansatış mərkəzlərindən biridir.
Pul, sərvət bu adamı o qədər məcrasından çıxarıb ki, ölkə qanunlarını ayaq altına ataraq, Milli parklarda KƏL ovlayır. 
Bəli,  Şahdağ Milli Parkının yaxınlığındakı Şah yaylağında Sədərək Yusifin  möhtəşəm villası var. Və  Yusif  Qədimbəyli  kefi istəyən vaxt  Milli Parka sorğu-sualsız daxil ola bilir və qonaq-qarası ilə ovlanması yasaq olan heyvanları ovlayır.
Onu da qeyd edək ki, Sədərək Ticarət Mərkəzi ilə yanaşı “Cənnət bağı” Şirkətlər Qrupu da Yusif Qədimbəyliyə məxsusdur. 
Bəli, bu boyda sərvət, mal-mülk, milyonlar Yusifi doyurmadığı üçün Qədimbəyli   Quba rayonu Xınalıq kəndində kasıb  sakinlərin dədə-baba torpaqlarını da zəbt edərək  orada istirahət  mərkəzi inşa  etdirib. 
Təsəvvür edirsiniz, həmin ərazi  sakinlərin yüz illərdir ki, dədə-baba torpaqlarıdır, həmin ərazidən örüş yeri kimi istifadə edərək, mal-qara saxlayırlar və ailələrini dolandırırlar. 
Gözü doymayan Yusif Qədimbəyli  imkansız adamların da  torpaq sahələrinə göz dikib. 
Hətta  cənab Prezidentin Xınalığa səfəri zamanı sakinlər bu barədə  cənab İlham Əliyevə məlumat veriblər.  Və cənab Prezident deyib ki, “ Torpaq kəndliyə məxsusdur, heç kimin ixtiyarı yoxdur onu sizdən almağa”. 
Bütün bunlara baxmayaraq Yusif Qədimbəyli, hətta Prezidentin də  göstərişini saymayıb və məhkəmələrin köməyi ilə sakinlərin torpağını ələ keçirib. 
Bax, bu özbaşınalığın son həddidir. 
Yusif Qədimbəylinin Prezident Administrasiyasında işləyən oğlu  Vüqar Qədimbəyli hakimlərə zəng edərək atasının qanunsuz hərəkətlərinə dəstək verir. 
Deməli, PA-da oturan  Vüqar Qədimbəyli cənab Prezidentin haqlı mövqeyini deyil, atasının qanunsuz maraqlarını dəstəkləyir. 
Yeri gəlmişkən, Yusif Qədimbəylinin oğlu az da olsa həbsxana həyatını görüb, amma özünü lap uşaq kimi aparıb. 
Qədimbəylidən soruşan lazımdır ki, ay Yusif, düz əməlli-başlı təhsilin də yoxdur. Qazandıqların sənə azlıqmı edir, indi də Allah qoymasa, səhiyyə-tibb sahəsinə baş vurursan, özəl klinika tikdirməyə hazırlaşırsan. Hətta bunun üçün Qasım Rzayevdən  stomotoloji klinikanın yerini də almısan. 
Bunlar hələ harasıdır ?
Yusif Qədmibəyli, deyirlər insanın nəfsi dibsiz quyudur, dolmaq bilmir. Amma sənin nəfsin nədirsə, quyudan da o yanadır. 
Yadındadır, Qara Qarayev metrosunun düz ağzında, sakinlərin keçdiyi yolun üstündə, uşaqların oynadığı ərazini dəmir turbalarla hasarlamışdın və bünövrə də qazmışdın. Və bunun  üçün 1 milyon da pul vermişdin, Hacıbala Abutalıbova. Bu yazınınn müəllifi olaraq hər gün sənin əməllərini müşahidə edirdik. Ancaq nə bina tikə bildin, nə də 1 milyonu geri ala bildin. 
Sakinlərin  1-ci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciətləri öz nəticəsini verdi.
Xanım Əliyevanın qəti göstərişindən sonra həmin ərazidəki tikinti ləğv olundu. Və sakinlər rahat nəfəs aldı. Sonra həmin məhəllədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə AZAD MƏHƏLLƏ layihəsi tətbiq olundu. 
Deyəcəyimiz odur ki, Yusif Qədimbəyli elə bilir  ki, pulu varsa, hər şeyi edə bilər. Amma ona başa saldılar ki, get Sədərəkdə alverini elə və ayağını yorğanına görə uzat.
Xınalıqda  etdiklərini sənə bağışlamayacaqlar, Sədərək Yusif. /Gundelik-baku.com/


скачать dle 12.1