BakiSesi.com

Şəhər QAİ-sinin Nahid Bağırov, Şükür kimi əməkdaşları at oynadır- Vaqif Əsədovun oyunu nədir ?

Tarix:2-10-2021, 14:10 | Oxunub: 18
Şəhər QAİ-sinin Nahid Bağırov, Şükür kimi əməkdaşları at oynadır- Vaqif Əsədovun oyunu nədir ?
BŞDYPİ-nin rəisi Rəşid Piriyev niyə əməkdaşlarının qarşısında gözü kölgəlidir ? 

QAİ-nin Nahid kimi əməkdaşları Donjuanlıq edirlər...

Söhbət Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ( BŞDYPİ) fəaliyyətindən, əslində fəaliyyətsizliyindən düşəndə istər-istəməz düşünməli olursan ki, dünya gör-götür  dünyasıdır. Bizimkilər  bu qədər xarici ölkələrdə olurlar, çox şeyləri müşahidə edirlər. Bəs niyə nəticə çıxartmırlar?
Ağzılarına bir çürük saqqız düşüb:
Əşi, hər yerdə “rüşvət  var, hər yerdə tıxaclar var  dəə..“
Birincisi, gözünüzün içinə kimi yalan danışmayın. Hər yerdə rüşvət yoxdur. Rüşvət bizim Yol QAİ-sində var. Deyirsiniz ki, yoxdur eləmi? Bu günə qədər aldığınızdan heçnə demirik, bəlkə bu gündən sonra kim rüşvət alacaqsa ona ağır söyüş edək. Bax, bu sualı düşünün.
İkincisi, açın dünyadakı statistik materiallara baxın. 
Məsələn, Almaniya kimi nəhəng ölkədə  vətəndaş  1 ayda  40-45  dəqiqə   “probka”ya düşür. 
Biz isə saatlarla “probka”da  qalırıq. Niyə ? 
Çünki ölkənin paytaxtı olan Bakı şəhərində şəhər QAİ-si öz işinin öhdəsindən gəlmir. 
Görəsən adına şəhər QAİ-si dediyimiz qurumun işi nədir?
Xatırlatma üçün qeyd edək ki, Dövlət Avtomobil Müfəttişliyinin əsas vəzifəsi ilk növbədə yol hərəkətində NİZAM-İNTİZAM YARATMAQ, YOL-NƏQLİYYAT HADİSƏLƏRİNİN QARŞISINI ALMAQ-dır.
Bəs bizim QAİ nə işlə məşğul olur ?
Loru dildə desək  sürücüləri pusmaqla. 
Bəli, QAİ-nin əməkdaşları yollarda nizam-intizam yaratmaq, yol-nəqliyyat hadisələrinin qarşısını almaq əvəzinə, ağacın, kolun dalında gizlənib sürücüləri pusurlar. Ki, hadisə baş versin, “probka” yaransın, əsəbiləşən sürücülər istər-istəməz qaydaları pozsun, avtoqəza olsun və...bunlar da çıxıb pullarını qazansınlar. 
Bəzi QAİ əməkdaşlarının işi-gücü ancaq pul qazanmaqdır. 
Təkrarçılıq olsa da, bir daha qeyd etməyə məcburuq ki, hələ mərhum Ulu Öndər  QAİ-də baş verən qanunsuzluqlarla bağlı zamanında çox kəskin və qəzəbli şəkildə mövqeyini bildirmişdir. Sonralar Milli Məclisin tribunasından QAİ-nin ünvanına ən sərt ifadələr səslənib. 
Bəs, onda bu qurumda müsbətə doğru niyə dəyişiklik baş vermir, cənablar ? 
Deməli, bu xəstəlik  sağalan, düzələn deyil. Bəs, nə etməli?
Şəhər QAİ-sini yerli-dibli  kökündən kəsib atmaq lazımdır. Onsuz da ölkədə Respublika QAİ-si deyilən qurum var. Əlavə şəhər QAİ-sinə nə ehtiyac var. Bir halda ki, bu qurum insanları bezdirib  və ən əsası vətəndaşları dövlətdən narazı salır, başqa yol qalmır.  
Başa düşdünüzmü, dövlətdən narazı salır. 
Bəli, dəfələrlə yazmışıq ki, şəhər  QAİ-sinin Nahid Bağırov  ( 99-YP-363 nömrəli, 1676 döş nömrə nişanlı ) kimi əməkdaşları  vətəndaşları  dövlətdən narazı salır. 
İndi təzə “Nahidlər”  peyda olub. 
Şəhər QAİ-sinin  Şükür ( 99 YP 345 nömrəli ) və Rauf kimi əməkdaşları öz əməllərinə görə heç də Nahid Bağırovdan geri qalmırlar. 
Bütün bunlar ortada olduğu halda görəsən, BŞDYPİ-nin rəisi Rəşid Piriyev  niyə susur, niyə tədbir görmür ?
Çünki cənab rəis  gözü kölgəlidir. 
Bəli, şəhər QAİ-sinin əməkdaşlarının dediyinə görə, onlar öz rəsilərinə  “aylıq” verirlər. 
Məhz ona görə də əməkdaşlar  sürücülərə deyir ki, get hara istəyirsən şikayət elə, arxamızda  Rəşid Piriyev dayanıb. 
Ancaq Rəşid Piriyev dəvədən böyük fil məsələsini başa düşmür. Və başa düşmür ki, bir gün  çanaq onun başında çatlayacaq. 
Hələ bu qurumun Allah qoymasa, Vaqif  Əsədov  adlı sözçüsü, mətbuat nümayəndəsi var. Bu adam da ömrü boyu 2 cümlə yazmadığı halda jurnalistlər  üçün nəzərdə tutulmuş binadan özü üçün ev almaq istəyir. 
Məlumdur ki, bütün dünyada  polis işçiləri öz nəzakətli davranışları, mədəni səviyyələri ilə seçilirlər. 
Bizim Bakı QAİ-sinin bəzi əməkdaşları isə Donjuanlıq edirlər. Xanım sürücülərə söz atır, qızlardan telefon nömrəsi istəyib camaatın qız-gəlinini bezdirir, insanlara əlavə problem yaradırlar. 
Bir sözlə,  şəhər QAİ-sinin səlahiyyətlərinin azaldılmasının vaxtı coxdan çatıb.
Növbəti yazılarımızda tükürpədən faktlar dərc olunacaq. Bizi izləyin. /Gundelik-baku.com/скачать dle 12.1