Hikmət Xəlilovun həyat yoldaşı Südabə Xəlilova iddia edir ki, ona məxsus 6 ha torpaq sahəsindəki tikilidən xəbəri omlayıb
Bəs, Südabə Xəliova 2014-cü ildə həmin ərazidə tikilən zavodun açılşında necə iştirak edib ?
“Kanal 24.az” SV şirkəti rəhbərliyinin şikayət ərizəsinə əsasən yazır.
Ki, SV qrup şirkətinin həmtəsisçiləri Vahid Xələfov və Sərvər Məmmədovun sözlərinə görə, onlar NK-nin İşlər İdarəsinin müdiri Hikmət Xəlilov və onun həyat yoldaşı Südabə Xəlilovanın qanunsuz əməllərinin qurbanı olublar.
İlk öncə SV şirkəti ilə bağlı qısa məlumat verək.
1600 nəfərədək işçisi olan bu şirkət dövlət şifarişləri ilə tikinti işlərini həyata keçirib və şirkətin rəhbərliyi 11 dəfə şəxsən ölkə başçısı ilə görüşlərdə iştirak edib. Və bütün dövlət sifarişlərini yüksək səviyyədə yerinə yetirməkləri qiymətləndirilib. Onu da qeyd edək ki, həmin dövrdə dövlət sifarişli tikinti işləri Prezident Asministrasiyasında Hikmət Xəlilovun kuratsiyasında olub. Və həmin dövrdə SV şirkətinin rəhbərliyi Hikmət Xəlilovla tanış olub.
İddialara görə, SV şirkəti tikinti işlərinə cəlb olunduğu 2009-2015-ci illərdə şəxsi əmlakların təmiri, tikintisi işləri üçün 4 milyon 263 min manatlıq sifariş alıblar.
Bu layihələr içərisində Qobu qəsəbəsində tikintisi Hikmət Xəlilov tərəfindən sifariş edilən və dəyəri 1 milyon 450 min manat olan Azdeko panel-tikinti materialları zavodu da olub.
Ərizədə bildirilir ki, Hikmət Xəlilovun göstərişi ilə özünə, oğluna, qardaşı oğluna, yaxın qohumlarına Bakıda məxsus evlərin təmiri sifariş olunub. Bütün sifarişlər vaxtında yerinə yetirilsə də, ancaq ödənilməli məbləğ hesaba köçürülməyib. SV şirkətinin rəhbərliyi ilə Hikmət Xəlilov arasında dəfələrlə görüş olsa da, o verdiyi vədləri yerinə yetirməyib. Nəticədə şirkət müflis olmaq həddinə çatdırılıb. Və şirkətin banklara, şəxslərə, Vergi Xidmətinə borcu yaranıb. Yaranan borcu vermək əvəzinə Hikmət Xəlilov məhkəməyə müraciət edib.
Və 18 mart 2021-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Telman Məmmədovun sədrliyi, Abbasov Şəmsəddin və Məmmədov Zaurdan ibarət tərkibdə iclas keçirib.
İclasda iddiaçı Südabə Xəlilovanın vəkili Kamandar Nəsibov, cavabdeh SV şirkətinin rəhbəri Sərvər Məmmədov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin nümayəndəsi Rövşən Cabbarovun iştirak ediblər.
İclasda Abşeron rayon məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsinə baxılıb.
Məlumat üçün qeyd edək ki, Abşeron raayon məhkəməsində iddiaçı Südabə Xəlilova Qobu qəsəbəsində ona məxsus 6 hektar torpaq sahəsində cavabdeh Sərvər Məmmədov tərəfindən qanunsuz olaraq inşa edilmiş tikilinin onun hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılaraq Südabə Xəlilovaya qaytarılmasını tələb etmişdir. Südabə Xəlilova eyni zamanda qətnamədə cavabdeh Sərvər Məmmədovdan 2013-cü ildə verilmiş 644 min manat, 2014-cü ildə verilmiş 200 min manat və 2015-ci ildə verilmiş 500 min manatın tutularaq Südabə Xəlilovaya verilməsini tələb etmişdir.
Və iddia təmin edilmişdir.
Ən maraqlı məqam odur ki, Südabə Xəlilova iddiada deyir ki, ona məxsus 6 ha ərazidə tikintinin olmasından xəbəri olmayıb. Ona sual olunur ki, Südabə Xəlilova həmin ərazidə tikilən zavodun açılışında necə iştirak edib?
Digər tərəfdən Hikmət Xəlilovun təmir və tikinti işlərini sifariş verməsi ilə bağlı Nərimanov RPİ-də etiraf ərizəsi var. Bu necə olur ?
SV rəhbərliyinin Abşeron məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayəti qismən təmin olunub. Və Hikmət Xəlilov SV şirkətinin rəhbərliyinə söz verib ki, əgər dövlət qurumlarına şikayəti dayandırsanız, pullarınızı verəcəm. Çünki şikayət etsəniz vəzifəmi və karyeramı itirəcəm. Onda pulunuzu verə bilməyəcəm. Hazırda Hikmət Xəliov yenə də sözünə əməl etmədiyi üçün SV şirkətinin rəhbərliyi Kanal.24.az-a müraciət edib.
Biz isə Gundelik-bakı olaraq bu geniş araşdırılası mövzunu öz diqqətimizdə saxlayacağıq və bütün tərəflərin mövqeyini dərc edəcəyik.
/Gundelik-baku.com/