1992-ci ildə Elçibəyin rektor təyin etdiyi Əhliman Əmiraslanov indi də səhiyyə naziri olmaq istəyir…

Öz  oğlunu tərbiyə edə bilməyən birisi necə nazir ola bilər ? 

Əhliman Əmiraslanov, qayınının oğlunun 1.5 milyonunu niyə qaytarmırsan ? 




Azərbaycan  cəmiyyətinin  səhiyyə sarıdan nəsə bəxti gətirmir. 
Uzun illər müstəqil səhiyyəmizə Əli İnsanov kimi rüşvətxor və korrupsioner nazir rəhbərlik edib. Səhiyyəmizi  viran qoyan  Əli İnsanov  əməllərinin nəticəsi olaraq uzun illər həbsxana həyatı yaşadı.
Əli İnsanovdan sonra Oqtay Şirəliyev səhiyyə naziri təyin olunanda hamı düşünürdü ki, nəhayət səhiyyəmizdə müsbət dəyişikliklər baş verəcək. Təəssüf ki, Oqtay Şirəliyevin başı çox şeyə qarışdığı üçün  səhiyyəyə vaxt tapa bilmədi. Və nəticədə o da  sələfi  Əli İnsanov kimi rüsvaycasına nazir postunu tərk elədi. 
Və bu günədək səhiyyə naziri vəzifəsi boş qalıb. Ona görə də bu vəzifəyə can atanların sayı durmadan artır. 
Səhiyyə naziri olmaq istəyən şəxslərdən biri də hazırda Milli Məclisin üzvü olan yaşlı nəslin, daha yaşlı nümayəndəsi Əhliman Əmiraslanovdur. 
Qısa məlumat üçün qeyd edək ki, heç bir konkret mövqeyi olmayan Əhliman Əmiraslanov  bütün iqtidarların sevimlisi olub. 1990-cı ildə Ayaz  Mütəllibovun dövründə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 
Nəhayət, 1992-ci ildə Əhliman Əmiraslanov uzun müddət çalışdığı  Moskvadakı işindən ayrılaraq Bakıya köçüb və prezident Əbülfəz Elçibəy onu Azərbaycan Tibb Universitetinə rektor təyin edib. 
Adama deyərlər ki, əgər Əmiraslanov həqiqətən də elm adamı idisə, niyə Mosvadakı işini qoyub Bakıya gəlirdi ?
Bəlkə, öz xalqına, millətinə qulluq etmək istəyirdi ?
Əsla, belə deyil. Əhliman Əmiraslanov ATU-nun necə bahalı və yağlı yer olduğunu gözəl bilirdi. Məqsədi Azərbaycan üçün milli kadrlar hazırlamaq deyildi, milyonlara sahib olmaq idi. 
Əmiraslanov ixtisasca onkoloqdur. Bu uzun illər ərzində Əmiraslanov bir nəfər də olsun savadlı onkoloq hazırlaya bilmədi. Çünki onun başı ATU-ya tələbə qəbul etdirməklə sərvətə sahib olmaq idi. 
Ümumiyyətlə, Əmiraslanovun rektor olduğu dönəm ATU-nun tarixində ən rüsvayçı dövrdür. Bəli, Əmiraslanov  Tələbə Qəbul Komissiyası ilə əlbir olub ən aşağı bal toplayanları ATU-ya qəbul etdirməklə sözün həqiqi mənasında milyonçuya çevrildi.  
Əmiraslanov  deputat olduğu uzun illər ərzində bircə dəfə də olsun səhiyyəmizin problemləri barədə danlşmayıb. Ancaq nə deyib:
“ Xarici ölkələrə müalicə almaq üçün gedən Azərbaycan vətəndaşlarının sayının artmasının səbəbi yerli həkimlərin səviyyəsinin aşağı  olması  deyil. Azərbaycan xəstəxanalarının göstərdiyi xidmətlərin səviyyəsi  Avropa səviyyəsinə uyğundur”. 
Adam nə qədər yalançı olar ki, bu sözləri desin. Bəs sizin özəlləşdirdiyiniz poliklinika necə? Bu barədə sonra.
Əmiraslanov, bəs vətəndaşlarımız nə üçün xarici ölkələrin həkimlərinə üz tuturlar ?
İnsan dəlidir ki, buradakı sən deyən “yevropeyski”  həkimləri qoyub xarici ölkələrə üz tutsun ? 
Sən özün öz danışıdıqlarına inanırsan ? 
Əhliman Əmiraslanov, rektor olduğun 23 il ərzində ATU-nu sözün həqiqi mənasında bazara çevirdin. Və milyonlara sahib oldun. Sənin Moskvada, Türkiyədə və digər xarici ölkələrdə olan biznesinin mənbəyi nədir ? 
Özün öz müsahibəndə deyirsən ki, Azərbaycanda alimlərin maaşları çox azdır.
Sən bu az maaşla necə  milyonluq sərvətə sahib oldun ?
Oğlun Azər Əmiraslanov milyonları necə qazanıb ?
Əlbəttə sənin pullarındır. 
Oğlun Azər Əmiraslanovun və digər oğlun, Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanovun  biznes şəbəkəsinə çoxsaylı tikinti şirkətləri, ticarət mərkəzləri, restoran və kafelər, klinikalar  daxildir. 
Buyurun siyahı ilə tanış olun:
1.    Türkiyədə Azər Əmiraslanovun  inşaat və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkəti. Şirkət eyni zamanda yaşayış binalarının tikintisi ilə məşğul olur.
2. Azər Əmiraslanovun Türkiyədə ikinci şirkətinin fəaliyyət sahəsinə restoran və içki məkanları, ərzaq və içki idxalı, ixracı daxildir. 
3. İstanbulda Azər  və Tapdıq  Əmiraslanovların başqa bir şirkəti. Şirkət əsasən tibbi təyinatlı olmaqla, daşınmaz əmlak sektorunda fəaliyyət göstərir.
4. Deputatın oğlunun  Rusiyada  5 şirkəti fəaliyyət göstərir.  Moskvada  “PRIMAVERA" şadlıq evi, “PRONTO” Ticarət mərkəzi və restoranı,  ikimərtəbəli  “Lepyoşka” kafesi, “AnderSon” restoranı və daha nələr. 
Əhliman Əmiraslanov,  ailənizə məxsus sərvət və obyektlər saymaqla bitmir e. 
Bakıda oğlunuz Azər Əmiraslanova məxsus  “Azər-Türk” klinikası, apteklər, restoranlar və mağazalar. 
Əhliman Əmiraslanov, bu boyda sərvəti sən hansı pulla almısan ? 
Əhliman Əmiraslanov, qardaşın  oğlu Emil Əmiraslanov  vətəndaşa  115 min manat ataraq qaytarmır, sənin adından istifadə edərək hədə-qorxu gəlir. 
Əhliman Əmirasalanov, oğlun Azər Əmiraslanov dayısı oğluna, yənin sənin qaynının oğluna  1.5 milyon dollar atıb və qaytarmır. Qohumların dəfələrlə sənin yanında olub, xahiş ediblər ki, pulu qaytarasınız. Amma söz versən də qohumlarının pulunu qaytarmamısan. Və zərəçəkən qohumların kömək üçün dəfələrlə Prezidentə  müraciət edib.
İndi özün de, Əhliman Əmiraslanov, oğluna tərbiyə verə bilməyən, yaxın qohumuna  pul atan adamdan nazir olarmı? /Gundelik-baku.com/скачать dle 12.1