Bəli əziz oxucular, bu reportaj 5 il öncə iqtidaryönlü bir internet televiziyası tərəfindən hazırlanıb. Baş vermiş özbaşınalıqları olduğu kimi, nöqtə vergülünə toxunmadan yenidən oxucularımıza təqdim edirik. Məqsədimiz kimisə ləkələmək, kiminsə işinə qərəzli yanaşmaq, kimisə qaralamaq deyil. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində 5il öncədə belə problemlər var idi, indidə var. Fərq yalnız reportajı hazırlayandadır. 5 il öncə bu reportajda demişdilər ki, BDYPİ-də rüşvət, korrupsiya, özbaşınalıqlar hökm sürür. Bu məsələləri Millət vəkillərimiz ən ali tribunadan, Milli Məclisin tribunasından səsləndirdilər. Amma nəticə göz qabağındadır. Döyüşçü yoldaşımız Rəşid Piriyev nə qədər çaba göstərsə də əldə tutarlı nəticə yoxdur. Bir neçə gündən sonra biz yeni reportajı yayımlayacağıq. Vaqif Əsədov onda da var idi, indi də var. Heçnə dəyişməyib. Dəyişən Vaqif Əsədovun yaşıdır. /Gundelik-baku.com/

скачать dle 12.1