Sözün düzü, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev barəsində, Azərbaycan mətbuatında eninə-boyuna o qədər yazılıb ki, bu mövzuda ortaya yeni nəsə qoymaq özü müşkül məsələdir.
Amma Gundelik-bakı olaraq bu adam barəsində hər dəfə ortaya xoruz səsi eşitməyən məlumatlar qoymağı oxuculara vəd edirik.
Cəmiyyət üçün faydalı olacaq deyə, onu xüsusi olaraq qeyd edək ki, dövlətimizə ən böyük təhlükə məmurlarda cəmləşmiş milyardlardan gəlir.
Bəli, birinci onu xüsusi olaraq qeyd edək ki, məmurlarda cəmləşmiş milyardlar Azərbaycanın altına qoyulmuş gec partlayan minadır. Bunu kim necə başa düşür düşsün. Amma haram yolla qazanılmış, xalqdan və dövlətdən oğurlanan milyardların məsələsi sadə məsələ deyil.
Bu milyardlar hər gün dövlətimizin əleyihə yönələn qüvvələrə xidmət edə bilər.
İkincisi, milyardlara sahib olan məmurların çoxu xarici qüvvələrin əlində vasitədir.
Əgər şübhəniz varsa, buyurun diqqətlə oxuyun.
Bəli, kimin ağlına gələr ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyevlə Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli arasında ciddi əməkdaşlıq sazişi var.
Bəli, siyasətdə hər şey olur.
Həm də nəzərə alın ki, bu adamları Prezidentimiz demişkən, pul, sərvət, milyonar harınlaşdırıb. Və...
Bəli, bunların siyasi iddiaları ortaya çıxıb.
Bəli, Zakir Quliyev mənsub olduğu regionda AXCP sədri Əli Kərimli üçün sosial baza yaradır, tərəfdarlar toplayır.
Unutmaq lazım deyil ki, KAPİTAL sakit dayanmır, əldə cəmləşən kimi özünə yer axtarır.
Bu cəmiyyət üçün çox təhlükəlidir.
İndi görək Zakir Quliyev bu boyda sərvəti necə qazanıb ?
İlk öncə Zakir Quliyevin keçmişinə nəzər salaq.
Məlumat üçün qeyd edək ki, 1998-ci ildə Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunan Zakir Quliyev bir müddət sonra Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
O, 2006-cı ildə isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini təyin olunanda yaxın qohumu-xalası oğlu Elman Nuriyevi öz yerinə, yəni Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin etdirməklə bu idarəni də şəxsi nəzarəti altında saxlaya bilib.
Qısaca olaraq onu qeyd edək ki, bu idarə respublikamızın Gürcüstanla sərhədlərindən başlayaraq Xəzər dənizinə kimi 1595 kilometr uzunluqda axan Kür çayı boyunca bəndlərin istismarı, təmiri, möhkəmləndirilməsi, çay yataqlarının lildən təmizlənməsi işlərinə nəzarət edir.
İndi gördünüzmü, Gürcüstandan başlayaraq...1595 kilometr....
İndi gördünüzmü, bu adamın əlində hansı resurslar var...
Söhbət təkcə kilometrdən getmir.
Bu məqsədlə hər il dövlət büdcəsindən külli miqdarda vəsaitlər ayrılır. Bu vəsaitlərin böyük əksəriyyəti idarədə təyinatı üzrə xərclənmir.
Yuxarıda qeyd etdiyimiz kimi Zakir Quliyev xalası oğlu Elman Nuriyevi öz yerinə, yəni Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi edib.
Sabah hansısa qəza baş verərsə, bunun nəticəsini təsəvvür edin.
Müxalifət mediası nələr yazacaq ?
Biz bu yazıda məsələnin iqtisadi tərəfindən çox siyasi tərəfinə toxunmağa çalışdıq.
Çünki Zakir Quliyevlə bağlı mediada kifayət qədər yazılıb. Daha doğrusu, məsələnin iqtisadi tərəfi ilə bağlı.
Onsuz da məsələnin iqtisadi tərəfi hamıya bəllidir.
Belə ki, büdcədən maşın və mexanizmlərin ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsait Zakirin və xalası oğlunun cibinə gedir.
Bütün tenderləri iki xalaoğlu udur.
Təsəvvür edin ki, daş-betonla sahilbərkitmə işləri üçün təkcə bir şirkətə 10 milyondan artıq pul keçirilib.
Bu hələ bir şirkətdir.
Elman Nuriyev idarəyə məxsus texnikanı, avadanlıqları istədiyi şirkətə pulla satır.
Elman Nuriyev daha bir cinayət əməlinə imza atır. Belə ki, idarənin işçilərinə sənədlərdə 800 manat maaş yazılsa da 400 manat verilir. Yəni hər bir işçinin maaşından 400 manat Elman Nuriyevin, daha doğrusu Zakir Quliyevin cibinə gedir.
Bu həm də əhalini iqtidardan narazı salmaqdır.
Bu gün Zakir Quliyevin xaricdə, Bakıda, rayonlarda mülkləri, saysız mənzilləri, fermaları, qoyun sürüləri, balıq vətəgələri, karxanaları və daha nələri ..
Bir sözlə, Zakir Quliyev dövlətimiz üçün hər an təhlükədir.
Çünki əlində yüz milyonlar var.
Bax, bu çox təhlükəlidiir.
Yəqin ki, yaxın zamanda Zakir Quliyevlə bağlı konkret qərarın şahidi olacağıq.
Çünki bu adam daha böyük iddiaya düşüb:
Deyəsən, siyasi iştah diş altındadır.
P.S Zakir Quliyev+Zakir Qaralov=0 /Gundelik-baku.com/