Bütün dünyada  bələdiyyələr yerli idarəetmə orqanı kimi geniş nüfuza  malikdir. Yəni  kənd, qəsəbə, şəhər sakinləri seçdikləri bələdiyyələr vasitəsilə  yerli problemləri həll edirlər. 
Təəssüf ki, bizim bələdiyyələr üzərlərinə düşən  vəzifələri yerinə yetirmirlər. 
Hətta cənab Prezidentin təşəbbüsü ilə bələdiyyələri ayağa qaldırmaq üçün  dəfələrlə bələdiyyələrə xeyli dövlət vəsaiti ayrılıb. 
Yenə təəssüf  ki, bizim bələdiyyələrin adı  cəmiyyət arasında  daha çox torpaq satan qurum kimi hallanır. 
Və buna görə də  sakinlərin bələdiyyələrdən etdikləri şikayətlər bitib-tükənmək bilmir. 
Gundelik-bakıya daxil olan şikayətlərdən biri də Goranboy rayonunun  Qızılhacılı qəsəbə bələdiyyəsi ilə bağlıdır. 
Müraciət  Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən ( əlaqə tel: 0704063576 və 0515581470 ) 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci vitse prezidenti xanım Mehriban Əliyevaya,  Ədliyyə nazirliyinə, Bələdiyyələrlə İş Mərkəzinə,  Hesablama Palatasının sədri cənab Vüqar Gülməmmədova və Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərova, Ədliyyə nazirliyinin Gəncə regional ədliyyə idarəsinə ünvanlanıb. 
Şikayət  xarakterli  müraciəti  olduğu kimi  dərc edirik: 
 Möhtərəm Cənab Prezident! 
Çox hörmətli 1-ci vitse prezident! 
Goranboy rayonu Qızılhacılı qəsəbə bələdiyyəsinin iş fəaliyyəti çox yarıtmazdır, qurumda  vəziyyət  acınacaqlı bir haldadır. 
Qızılhacılı qəsəbə bələdiyyəsinin sabiq sədri Məzahir Allahverdiyevin  “ BAZARKOM missiyasını” 2020-ci ilin dekabr  ayından Səbinə Həsənova davam etdirir. 
Bu xanım bələdiyyə sədrinə sual edən, iş fəaliyyətini yoxlayan, araşdıran yoxdur ki, 1 ilə yaxındır ki, bələdiyyə sədrisiniz, hesabat ver  görək bu müddət ərzində qəsəbə üçün hansı işləri görmüsünüz, qəsəbənin hansı qazisinə, şəhidinin ailəsinə bələdiyyə hesabına yardım etmisiniz? Görəsən  bələdiyyənin hesabına ödənilən pullar  hara və kimlərin cibinə gedir ? 
Havaya sovrulan  bu  pullardan nə səbəbə qəsəbənin problemlərinə sərf olunmur? 
Qəsəbədə iki nəfər şəhidin, bir nəfər Milli qəhrəmanın adını daşıyan üç körpələr evi fəaliyyət göstərir. Bu körpələr evində adicə su krantı yoxdur. Körpələr evinin işçiləri evlərindən “baçok”la su daşıyırlar. Dövlətimiz  sağ olsun ki, körpələr evini  hər bir avadanlıqla təmin edir. 
Məsələn, körpələr evinə təzə paltaryuyan maşınlar verilsə də,  su tapmırlar ki, bu maşından istifadə etsinlər. 
Şəhid Nəsib Məmmədov adına 1 saylı uşaq körpələr evi bu qəsəbənin qəzalı vəziyyətdə olan 1 saylı tam orta məktəbinin qəzalı binasına sığınıb, belə bir qəzalı binada körpələr evi fəaliyyət göstərir. Və burada nə su krantı, nə də hovuzu yoxdur, şəraitsiz bir  yerdir. 

Əslində bu körpələr evinin yeri başqa binada idi, həmin bina  uçurulub, dağıdılıb  və bu günə kimi həmin yerdə yeni  körpələr evi tikmirlər. 
Qəsəbənin 2 saylı körpələr evində də su krantı yoxdur, hovuz olsa da doldurmaq üçün maddi vəsait çatışmır. Qəsəbənin 3 saylı körpələr evində isə  işçilərin öz hesabına az da olsa şərait yaradılıb. 
Bəs görəsən Qızılhacılı qəsəbə bələdiyyəsi hara baxır ? Adicə bir  su krantını körpələr evinə çəkdirmir.
Niyə bələdiyyə yığdığı pullardan bu məqsədlə xərcləmir ? 
Regionların sosial iqtisadi inkişaf proqramına əsasən Möhtərəm Cənab Prezidentin tapşırığı ilə bizim Qızılhacılı qəsəbəsinin yolları asfaltlandı. Çox təəssüflər olsun ki, belə bir qəsəbənin yollarının kənarlarında işıqlar yoxdur, yollar zülmətdir.
Qəsəbə üzrə ərazi icra nümayəndəliyi, bələdiyyə hara baxırlar? 
Möhtərəm Cənab Prezident !
Bu qaranlıq yollara işıqlar çəkilməli, körpələr evinə su krantları çəkilməlidir. 
Cənab Prezident ! 
Sizdən xahiş edirəm yuxarıda qeyd etdiyim məsələləri nəzarətə götürəsiniz. Və Goranboy rayonu Qızılhacılı qəsəbə bələdiyyəsinin  son bir ilə yaxın müddətdəki  iş fəaliyyətinin yoxlanılması, araşdırılması üçün aidiyyatı qurumlara tapşırıqlar verəsiniz. 
QEYD: Dəyərli millət vəkillərimiz Cənab Ağalar Vəliyevə, Cənab Anar Məmmədova goranboylu olaraq öz dərin minnətdarlığımı bildirirəm ki, rayonumuz üzrə şəhid, qazi ailələrinə baş çəkirlər, görüşürlər, əllərindən gələn köməkliyi göstərirlər. Şəhidlərimizin il dönümlərində iştirak edirlər. Çox sağolsunlar.  
P.S Novbəti yazımızda Goranboy Rayon İcra Hakimiyyətindən geniş araşdırma yazımız olacaq. /Gundelik-baku.com/
Əvvəlcədən  təşəkkür edirəm.
Hörmətlə, Eminov Neman Bayram oğlu 17.10.2021
скачать dle 12.1