General, kontr-admiral Sübhan Bəkirovun ali təhsili varmı, ixtisası nədir ? 

Kontr-admirala niyə “Dəmiryeyən Bəkir”  deyirlər ? 



Bir il öncə Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinə təyin olunan kontr-admiral Sübhan Bəkrovun tərcümeyi-halı diqqətimizi cəlb etdi:
Cənab  Sübhan Bəkirov  1964-cü ildə Qazax rayonunda anadan olub, 1982-1984-cü illərdə ( yəni orta məktəbi bitirən kimi – red ) Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
1993-cü ildən Azərbaycan Ordusunun Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışıb.
1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər Gəmi Təmiri Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub.
1997-2013-cü illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib.
2014-cü ildə Müdafiə Nazirinin əmrinə əsasən Hərbi Gəmi Təmiri Zavodunun baş mühəndisi - zavod rəisinin müavini vəzifəsinə, bir müddət sonra isə zavod rəisi vəzifəsinə təyin olunub.
2016-cı ilin iyun ayında Müdafiə Nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının MTT üzrə müavini vəzifəsinə təyin edilib.
2020-ci il tarixdə Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinə təyin olunub.
2020-ci il iyunun 25-dən Kontr-Admiral ali hərbi rütbəsini daşıyır. 
Birincisi, Sübhan Bəkirovun nəinki ali, heç texnikum təhsilinin olması, ixtisası barədə heç nə yazılmır. Yəqin ki, olsaydı yazılardı. 
İkincisi, Sübhan Bəkirov 10 il harada olub ?
Bu barədə də heç nə yazılmır. 
Və 1993-cü ildə birdən-birə Sübhan Bəkirov  Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər Gəmi Təmiri Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. 
Axı, təhsili olmayan bu adam necə hərbi zavodda baş mühəndis təyin oluna bilərdi ?
Bəli, məhz AXC hakimiyyəti dövründə zavodun özək təşkilatını yaradan  Sübhan Bəkirov  o zamankı müdafiə naziri  Rəhim Qazıyevin  dəstəyi ilə hərbi zavodda baş mühəndis olub. 
Və bu adamın barəsində dəfələrlə  cinayət işi qaldırılıb, hətta Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Gəmi Təmiri Zavodunun rəisi, polkovnik Sübhan Bəkirov yarıtmaz fəaliyyətinə görə,  Hərbi Dəniz Qüvvələrindən qovulub. Ancaq sabiq müdafiə naziri  Səfər Əbiyevin  dəstəyi ilə yenidən vəzifəsinə qayıdıb. 
Sübhan Bəkirov  fəaliyyəti zamanı həmişə qanunsuzluqlara yol verən, büdcə vəsaitlərini dağıdan şəxs kimi tanınıb. Və mənimsədiyi pulların hesabına hərbi karyerasında çox sürətlə irəliləyib. 
Əbəs yerə deyildir ki,  Sübhan Bəkirovun ləqəbi “Dəmiryeyən Sübhan” olub. 
Bu adam gəmiləri doğrayıb “metallom” kimi satıb,  gəmi mühərriklərini-matorlarını  “spisat” edərək külli miqdarda pul qazanıb. Sübhan Bəkirov bu əməllərini o zamankı rəisi, həbsxana həyatı yaşayan Şahin Sultanovla birgə edib.  
Yeri gəlmişkən,  onu da qeyd edək ki,  Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı admiral Şahin Sultanov həbsdə olarkən Gəmi Təmiri Zavodunun rəisi  Sübhan Bəkirov  barəsində  dəhşətli məlumatlar səsləndirsə də Hərbi prokurorluq  “Dəmiryeyən  Sübhan”ın əməllərinə göz yumub. Çünki  Sübhan Bəkirov  general Nəcməddin Sadıqovla  şərik olub. 
Sözün qısası, Sübhan Bəkirov gəmiləri “yeyə-yeyə”  sonda gəlib  general olub, üstəlik Hərbi Dəniz Qüvvələrinin komandanı olub. 
Sübhan  Bəkirov  Hərbi Dəniz Qüvvələrinin Gəmi Təmiri Zavodunun rəisi  işləyərkən, 2 milyonluq mühərrik məsələsi olub...
Bir sözlə,  Sübhan  Bəkirov  qazandığı milyonların hesabına  paytaxt  Bakının müxtəlif  yerlərində  özünə bir neçə ticarət obyekti tikdirdib, bahalı mənzillər alıb və s. 
Hələ üstəlik,  Sübhan Bəkirov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni də alıb. 
Görəsən, həqiqətdə  Sübhan Bəkirov  kimə və hara xidmət edir ? 
Bax, bu çox ciddi məsələdir. 
Bəli, Sübhan Bəkirov köhnə cəbhəçi dostu, hazırda  xarici ölkədə oturub  Azərbaycana böhtan yağdıran  keçmiş dostlarına informasiya ötürməklə məşğuldur.
İndi özünüz deyin, belə bir köhnə cəbhəçiyə Vətənə xidmət  ordeni düşürdümü ?
Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.

P.S  Dostların nəzərinə biz saytdan yazı çıxartmırıq, üz vurmayın. /Gundelik-baku.com/

скачать dle 12.1