BakiSesi.com

Təzə soyadın mübarək, yoldaş Camal-ZADƏ..- ZƏRDABIN ŞƏHİD ATASINA KƏLLƏ ATAN İCRA BAŞÇISI…

Tarix:20-11-2021, 10:28 | Oxunub: 18
Təzə soyadın mübarək, yoldaş Camal-ZADƏ..- ZƏRDABIN ŞƏHİD ATASINA KƏLLƏ ATAN İCRA BAŞÇISI…
Media güzgüdür, hərdən güzgüdə bir özünə yaxşı-yaxşı bax, Mərdan müəllim…

Biz deyil, Zərdab sakini olan şəhid atası sizi AZĞINLAŞMIŞ  adlandırır…

Şəhid  atasına kəllə atırsan, cənab icra başçısı



Cənab Camalzadə Mərdan Talıb oğlu !
Birincisi, təzə soyadın –ZADƏ mübarək olsun deyirik.
Çünki neçə illərdir ki,  sizi  Camal-OV kimi tanımışıq, indi  soyadını milliləşdirməyin xeyirli olsun. 
Amma elə bilmə ki, soyadını  təzələyib CAMALZADƏ olmaqla, arxada qalan illərdəki əməllərinin izini itirə bilərsən. Nə isə, soyad məsələsi şəxsi işinizdir. 
İkincisi, sən xasiyyətinə uyğun olaraq yenə medianı ittiham edirsən, qarğış edirsən, deyirsən ki, Allah başlarına gətirsin-filan....
Camalzadə, sizinlə heç kimin düşmənçiliyi yoxdur və yazılanlar da  şikayətçilərin, vətəndaşların səndən olan narazılığı əsasında yazılır. 
Deyirsən ki, barəmdə yazılanlar şər-böhtandır. 
Yoldaş Camalzadə, səndən dəfələrlə  soruşmuşuq ki, ixtisasca coğrafiyaçısan, zoologiya müəllimisən, nəçisənsə,  düz 3 il, daha dəqiq desək,  1978-1981-ci illərdə  Sabirabad rayonu, Ağacanlı kənd 8 illik məktəbində  zoologiya müəllimi işləmisən. Çox gözəl. 
Və yeni dərs ilində birdən-birə  məktəbi atıb zavoda gəlmisən. Bu barədə icra başçısı olduğun qurumun  saytında yazılıb. Və məktəbdən çıxan günün  səhəri  Əli Bayramlı şəhər Süni dəri zavodunda İstehsal sahəsinin RƏİSİ olmusan. 
Bu şər-böhtan deyil ki ?
İndi sizdən soruşuruq ki, müəllim necə ola bilər ki, zavodda istehsal sahəsinin rəisi olsun ? 
Axı, sənin müəllikdən başqa ixtisasın olmayıb. 
Bir neçə il sonra  “Narxoz”u bitirmisən. 
Sonra “gön-dəridən”  qurtarmısan, keçmisən  “Azneft”in  təchizat idarəsinə rəis. 
Yoldaş Camalzadə, sənə vergi-zad verilmişdi, yoxsa universal kadr idin? Ki, hər sahədə rəis olurdun ? 
Bu suallarda  sənin şəxsiyyətinə, ləyaqətinə toxunan nəsə varmı ? 
Bəs niyə deyirsən ki, mənə şər-böhtan atırlar ?
Cənab Camalzadə şəhid atası deyir ki, qəbulda olanda Mərdan müəllim mənim üstümə  cumdu, şığıyaraq məni vurmaq istədi, oradakılar olmasaydı, icra başçısı məni döyəcəkdi...
Yoldaş Camalzadə, bunu biz media mənsubları demirik ee, şəhid atası deyir. 
Buna görə, niyə bizə qarğış  edirsən, bizi ittiham edirsən..? 
Şəhid atası deyir ki,  oğlum Sərdar Əhədov 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Torpaqlarımızın azadlığı uğrunda oğlu şəhid olan ataya qanunu sənədlə verilmiş 10 hektar torpaq sahəsini Zərdab rayon icra başçısı Mərdan Camalovun sifarişi ilə əlimdən aldılar. Həmin torpaq sahəsində əkdiyim taxili və yoncanı mal-qaraya otardıb tələf etdilər. Mal-qara sahibləri mənə dedilər ki, buna icazəni icra başçısı Mərdan Camalov verib.
Hansı ki, həmin torpaq sahəsini qanunu qaydada bələdiyyədən müqavilə ilə 25 illik icarəyə götürmüşəm. Əlimdə reyestr çıxarışı və icarə müqaviləsi var”. 
Camalzadə, şəhid atasına kəllə atırsan, bunu yazaq sənin vicdanına. 
Axı, bu vətəndaşın əlində dövlət tərəfindən verilmiş qanuni sənədlər, çıxarış  var, sən kimsən ki, vətəndaşı döyəsən, lap tutaq ki, şəhid atası deyil...
Sən kimsən ki, vətəndaşın əziyyətlə əkib-becərdiyi məhsulu məhv edirsən ? 
Camalzadə, bütün mediada həmin şəhid atasının dövlət qurumlarına müraciəti var, şəhid atası səni AZĞINLAŞMIŞ  adlandırır.
Camalzadə, bunu biz  demirik ee, icra başçısı olduğun rayonun sakini deyir. 
Şəhid atası mətbuat vasitəsilə Prezident cənab İlham Əliyevə müraciət edir, biz də  müraciəti işıqlandırırıq. 
Prezidentimiz də dəfələrlə deyib ki, ictimai nəzarəti gücləndirin, vətəndaşların şikayətlərini bəzi məmurlar gizlədirlər...
Başa düşdünmü, yoldaş Camalzadə..? 
Bu şikayətlərin səbəbi biz deyilik e, media deyil, sən özünsən. 
Mərdan Camalzadə,  Şirvanda Azəriqaza məxsus  3 min metr  iri diametrli borunu doğrayaraq satmağını  bütün ölkə  mediası yazıb və yazır. 
Buna görə, niyə medianı ittiham edirsən ?  
Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun məhkəməsində bəlli oldu ki, siz  Mərdan Camalov Şirvan şəhər telekomunikasiya qovşağından çıxarılan, dəyəri  500 min  manat olan  qiymətli metallara  şərik olmusunuz. 
Buna görə, medianı deyil e, sizi ittiham etmək lazım idi. 
Daha nələri deyək ki, öz əməllərinizi başa düşəsiniz.  
Sizə məxsus mal-mülklərin, avtomobillərin, evlərin  siyahısı  mətbuatda  dəfələrlə dərc olunub. 
Buyur  əksini sübut elə. 
Zərdabın abadlaşdırılması adı ilə keçirdiyin milyonluq tenderlərin  tüstüsü medianı bürüyüb. Buna görə, biz cavab verməliyik, yoxsa, siz Camalzadə ? 
“10 manatlıq”  MMC-lərlə milyonluq işləri necə görürsünüz..? 
Yoldaş Camalzadə, biz media rəhmətlik Sabir demişkən, hələ  gördüklərimizin mində birini yazmışıq ee...
Sənin əməllərin dastana, kinoya-zada sığan deyil. Bizə sağ ol deməlisən. 
Biz yazmırıq ki, Camalzadə adi icra başçısı olduğu halda  dövlət başçısı kimi kortejlə, cangüdənlərlə işə gedib-gəlir. 
Biz yazmırıq ki, Mərdan Camalzadə  mərhum nazir qardaşı  Yavər Camalova məxsus obyektləri yavaş-yavaş  özününküləşdirir...
Biz  Şirvan camaatının, Zərdab sakinlərinin  sizin qara-qura əməllərinizdən etdikləri şikayətləri dərc edirik. 
Bəli qara-qura əməllərinizdən...
Yeri gəlmişkən, yoldaş Camalzadə, camaat soruşur ki, bu qardaşların, qohum-əqrəbələrin, hamısının rəngi-urufu niyə belə qapqaradır ? 
Neqr qarası da  yox ee, neqr sizin yanınızda ağappaq məxluqdur. 
Görünür etdiyiniz əməllərin qarasıdır, üzünüzə çıxıb...
Nə isə, bir güzgüdə özünə yaxşı-yaxşı bax, cənab Camalzadə..
P.S Biz sən düşündüyün kimi aciz adamlar deyilik, yoldaş Camalzadə. O minnətçi düşdüyün dostlarına de ki, bizi bezdirməsinlər, götür son model Samsunq telefonunu redaksiyamıza zəng et münasibətini bildir. Biz qarşı tərəfin münasibətini həmişə dərc etməyə hazırıq. /Gundelik-baku.com/скачать dle 12.1