Şirkət  şikayətçilərə  hədə-qorxu gəlir…

"Aqrovest" MMC  ilə bağlı  məlumatları oxuyanda sözün düzü məəttəl qaldıq. Bu barədə bir az sonra...
Qısaca  onu qeyd edək ki, şirkət  Azərbaycan fındığını  Hollandiya, Belçika, Lüksemburq, Rusiya və başqa ölkələrə  ixrac edir. 
Yəni  şirkət  ərzaq sənayesi üzrə təbii və emal olunmuş fındığın istehsalında ixtisaslaşaraq emaldan qablaşdırma və daşınmaya qədər olan bütün xidmətləri həyata keçirir. 
Şirkətin özünə məxsus   yüz  hektarlarla  fındıq bağı var, 49 il müddətinə icarəyə götürülmüş 1000 hektar torpaq  sahəsi,  800-dən artıq işçisi var,  100  hektarlarla yeni fındıq bağları salıb. 
Üstəlik, meyvə bağları var və meyvələr əsasən ixrac olunur, lakin onların bir hissəsi daxili bazarda da satılır.
Şirkətin  Zaqatala rayonunda  böyük strukturu fəaliyyət göstərir, tamamilə avtomatlaşdırılmış dünya səviyyəli fındıq emalı zavodu, soyuducu anbarları, laboratoriyası, qonaq evi,  Qusar rayonunda da fındıq bağları, anbarları var, bir sözlə geniş bir şəbəkə. 
Məlumat üçün onu da qeyd edək ki, şirkət  gündəlik tələbat  məhsullarını ölkəmizə idxalı ilə də məşğul olur. 
İndi isə keçək əsas mətləbə. 
Deməlİ, müstəqil Azərbaycan dövləti şirkətin sahibləri üçün  münbit şərait yaradıb ki, özləri də qazansınlar, həm də  dövlətə vergi ödəsinlər, yeni iş yerləri açsınlar və s...
İndi görək, şirkətin rəhbərliyi  nə ilə məşğul olur ?
Şirkətin aqrovest.az   saytında  baş direktor  Anar Şərifovla bağlı uzun-uzadı bəy tərifinə rast gəldik. 
Guya Anar Şərifov  demokratik dəyərlərə, insan haqlarına bağlıdır, nə bilim dövlətə və dövlətçiliyə sadiqdir-filan...
Bu yerdə rəhmətlik Ulu Öndərin müşavirədə bir məmura dedikləri yada düşdü: “ Ay kişi, işindən danış...”
Anar Şərifova deyən lazımdır ki, ay kişi, fındıqdan danış, vergidən yayınmaqdan danış,  işçiləri 12 saat işlədib pul verməməkdən danış və s...sənin demokratiyaya, dövlətçiliyə nə dəxlin var..? 
Fındıqdan danış ee, fındıqdan neçə milyon qazanırsan..?
Dövlətin büdcəsinə nə qədər ödəyirsən ? 
Bəli, əsas məsələlər qalıb qıraqda, bu da siyasətdən danışır. 
İndi görək, şirkətin işçisi nə deyir ?
Şirkətin işçisi deyir ki, şirkətdə çalışdığım müddətdə əmək hüquqlarım pozulub.
Şikayətçi bütün qurumlara müraciət  etsə də nəticə olmayıb. 
Şirkətin keçmiş əməkdaşı deyir ki, bizə kağız üstündə, yəni rəsmi olaraq  300 manat maaş verilsə də, əslində 1500 manatdan çox pul alırdım. 
Hə, cənab  Anar Şərifov, bundan danış ee...yoxsa demokratiya-zad...
Deməli, cənab Anar Şərifov, hər işçinin 1200 manatını vergidən gizləyib. 
Görün bu adam bu illər ərzində Azərbaycanın dövlət büdcəsinə neçə milyon ziyan vurub. 
Şikayətçi  deyir ki, şirkətin direktoru  rəsmi sənədlərdə 500 manat maaş alır, əslində isə onun maaşı 15 000 manatdır. Bərəkallah. 
Görəsən bu illər ərzində ölkənin müvafiq dövlət qurumları, İqtisadiyyat və Vergilər nazirliyi hara baxıb ? 
Şikayətçi  onu da xüsusi olaraq  qeyd edir ki, şirkətin  mal dövriyyəsi  real  miqdarından ən azı 20 dəfə az göstərilir.  
Deməli,  şirkət işçilərin  hüquqlarını pozaraq işçiləri  12 saat işləməyə məcbur edir, əmək haqları haqsız kəsilir, vaxtında verilmir, ölkənin Əmək Məcəlləsi pozulur. 
Bütün bunlar azmış kimi şirkətdə əmək müqaviləsi çox vaxt olmur. 
Hələ bu harasıdır ? 
Şirkətdən şikayətçi olanlara hədə-qorxu gəlinir, hətta “Bandotdel”lə  şikayət olunur. 
Şirkət rəhbərliyi deyir ki, bizə  kimsə heç nə edə bilməz…
Həə, cənab Anar  Şərifov, şirkətin saytında ümumibəşər  dəyərlərdən danışırsan…fındıqdan danış e… /Gundelik-baku.com/скачать dle 12.1