BakiSesi.com

Cəbrayılın icra başçısı sarıdan bəxti gətirmir… - Validənin adamı gedir, Elman Rüstəmovun adamı gəlir…

Tarix:22-11-2021, 16:48 | Oxunub: 17
Cəbrayılın icra başçısı sarıdan bəxti gətirmir… - Validənin adamı gedir, Elman Rüstəmovun adamı gəlir…
Amma  cəbrayıllıların etirazı səngimir…

Cəbrayıl camaatının icra başçısı sarıdan  bəxti heç gətirmir. ( Guya o biri rayonların bəxti fontan vurur ).
Yəqin oxucuların yadında olar. 
Cəbrayıl rayonunun 1993-cü ildə  bir  futbolçu, deputat icra başçısı var idi –Kərəm Əliyev. 
Mərhum Prezident Heydər Əliyevin 1994-cü ildə Biləsuvarda Cəbrayıldan olan məcburi köçkünlərlə görüşü  zamanı Kərəm Əliyevin ünvanına “Ay kişi, vicdanın olsun..”  deyərək onu çox sərt tənqid etməsi çoxlarının yadında olar. 
Futbolçu icra başçıdan sonra  kinomexanik  Mahmud Quliyev 2016-cı ilədək  Cəbrayılın  icra başçısı oldu. 
Onun da adı mətbuatda  rüsvayçı  icra başçısı kimi çox hallandı. 
Təsəvvür edirsiniz  vətəndaşları söyüb təhqir edən icra başçısı Mahmud Quliyev öz açıqlamasında demişdir: “ Mən orada  axmaq köpək oğlu burda nə axtarırsan demişəm. Köpək oğlu bizdə adi söz sayılır”. 
İndi özünüz düşünün,  bu ağılda adam  düz 17 il, yəni 2016-cı ilədək  Cəbrayıl rayonunun icra başçısı olub. 
Onu da qeyd edək ki,  Mahmud Quliyev  Təhsil şöbəsinin müdiri Validə xanımın ən yaxın adamı olub. 
Və vətəndaşların torpaq sahələrini zəbt etməklə yadda qalıb. Mahmud Quliyevin qardaşı uşaqları vətəndaşlara məxsus  1000  hektar  örüş sahələrini zorla əllərinə keçirib pul qazanırdılar. Vətəndaşlar isə mal-qarasını otarmağa yer tapmırdılar. Amma  zavallı camaat  icra başçısının qorxusundan səsini də çıxara bilmirdi. 
Bütün bunlar azmış kimi Mahmud  Quliyev  Biləsuvarda yaşayan 10 min qaçqına dövlət tərəfindən verilən 40 litr yanacağın 10 litirini kəsib satırdı. Və 10 min tonlarla  yanacağı oğurlayırdı. Vətəndaşlar Milli Məclisə, Baş prokurorluğa müraciət etsə də nəticə olmurdu. Çünki Mahmudun arxasında dağ kimi dayananlar var idi, amma indi çoxu içəridədir. Bu başqa bir yazının mövzusudur, söhbət "ELMED" klinikasından gedir.
Mahmud  Quliyev  fəaliyyət göstərən 1 uşaq  bağçasının yerinə 10 uşaq bağçası “oformit” edərək, pulları mənimsəyirdi. 
Mahmud Quliyev  icra başçısı olduğu 17  il ərzində özünə  böyük biznes şəbəkəsi qurdu, Biləsuvarda, paytaxtın Binəqədi rayonunun ərazisində ticarət obyektləri,  şadlıq evləri,  bahalı mülkləri və s. 
İcra başçısının ən məşhur biznes obyekti isə sözsüz ki, Binəqədi rayonunda yerləşən "Elmed" tibb mərkəzidir. Mərkəzin direktoru, Mahmud Quliyevin qardaşı oğlu Ramil Quliyevin  Tibb mərkəzinin 4-cü mərtəbəsində  qəbulxana  açması isə əsl rüsvayçılıqıdr. 
Sözün qısası,  2016-cı ildə Cəbrayıl camaatının canı Validə və Mahmud Quliyev  cütlüyündən qurtardı. 
Camaat fikirləşdi ki, rayona  normal  bir rəhbər gələr və camaatın qayğısına qalar. Gəldi və...
Bu dəfə gələn icra başçısı isə Mərkəzi Bankın  sədri Elman Rüstəmovun  dostu və şəriki  Kamal Həsənov oldu. 
Görək, Kamal Həsənov  kimdir ?
Məlumat üçün qeyd edək ki, Kamal Cəbrayıl “Aqroprom”un keçmiş sədrinin oğludur, “Narxoz”u bitirib, sovet dövründə “komsomol”da çalışıb, sonradan  düz 20 il  Elman Rüstəmovun əlinin altında Mərkəzi Bankda  “revizor”,  şöbə müdiri olub. 
Və   2016- cı il tarixdə  Elman Rüstəmovun dəstəyi və Ramiz Mehdiyevin “xeyir-duası” ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunub. 
Ötən 6 ildə görək, Kamal Həsənov Cəbrayıl camaatı üçün nə iş  görüb ? 

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı Kamal müəllim düşündük ki, nəyisə dəyişəcək, ancaq, artıq 5 ildir ki, ortada heç bir müsbət fəaliyyət yoxdur.
Kamal Həsənov ilk olaraq  icra hakimiyyətinin qarşısından keçən yolu bağlayaraq  vətəndaşların gedib-gəldiyi  yolu kəsib. Yəni icra başçsı da  sələfi kimi yolkəsəndir. 
Buna deyən yoxdur ki, bəlkə sənə ayrıca bir yol çəkək?
Sən özünü  nə hesab edirsən, Kamal Həsənov ? 
Biləsuvarda məskunlaşmış Cəbrayıl köçkünü, 23 yaşlı Novruz Novruzov İkinci Qarabağ Müharibəsi qazisidir. Sentyabrın 28-də Suqovuşan uğrunda döyüşlərdə yaralanıb və ordudan tərxis edilib. Sağ ayağının dizdən aşağı hissəsini itirib. 45 gün M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində müalicə alıb. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bir ayağı dizdən aşağı amputasiya olunub. Bundan başqa, gözündən də əməliyyat olunub. Sağlamlığını itirdiyi üçün indi özünə iş tapa bilmir. Və dəfələrlə müraciət etsə də icra başçısı Kamal Həsənov onu qəbul etmir. 
Kamal Həsənov qazilərin işlə bağlı müraciətini qulaqardına vurur. Bu adam bu günədək bir şəhid, qazi ailəsinə baş çəkməyib. 
Bu adama deyən lazımdır ki, sən  şahoğlu-zad deyilsən ee, Prezidentimizin dediyi kimi xalqın xidmətçisisən. 
Gundəlik-bakıya  daxil olan məlumata görə, bir müddət əvvəl Elman Rüstəmov  icra başçısı Kamal Həsənovu möhkəm danlayaraq, bildirib ki, mən artıq səni qoruya bilmirəm, işində dönüş yarat. 
Bizə  elə gəlir ki, Ramiz Mehdiyev dönəmindən qalma icra başçıları ilə vidalaşmağın vaxtı çoxdan çatıb. /Gundelik-baku.com/скачать dle 12.1