Razim Məmmədov 15  yaşlı oğluna 300 min dollar dəyərində avtomobil  hədiyyə edibmiş


Deyir qulaq gündə bir təzə söz eşitməsə kar olar. 
Xətainin keçmiş icra başçısı Razim Məmmədov haqqında  nələr yazılmayıb, nələr deyilməyib. Amma...
Əmması odur ki,  son məlumata görə, Azərbaycanda bir neçə  keçmiş nazir və icra başçısı əməlli-başlı briliiyant biznesi ilə məşğul olurlar. 
Mənbənin dediyinə görə, bu vəzifəli şəxslər əvvəl Afrikanın bir neçə ölkəsindən Azərbaycana briliyant zərgərlik məhsullarının gətirilməsi ilə məşğul olublar. 
Sonra həmin şəxslər  qərara gəlib ki, Afrikada  briliyant  xammalı olan ərazi-mədən almaq lazımdır. 
Və bu məqsədlə o zamankı kənd təsərrüfatı naziri İsmət Abasov, Xətainin ozamankı icra başçısı Razim Məmmədov və adı bizə məlum olan bir neçə iri məmur  şərik olaraq briliyant  biznesi ilə məşğul olmağa  qərar veriblər. Hətta keçmiş polis rəsilərindən biri  bu işə nəzarət etmək üçün Dubaya “ezam” olunub. 
Amma ortaya suallar çıxır. Briliyant biznesinə şərik olmaq üçün ən azı milyonlar lazımdır. 
Bəs Xətainin icra başçısı Razim Məmmədovda bu milyonlar haradan idi ? 
Axı, bu adam  1983-cü ildə  Kitab ticarətində  maşınlara  kitab yükləyirdi və arada  4-5 kitab çırpışdırıb çörək pulu qazanırdı. Sonra kurtka satmağa başladı. 
Sonra  hansı yollasa Kooperasiya institutuna  daxil oldu. Və  “tovaraved”-əmtəəşünas   diplomu aldı. 
15 ildən sonra isə “hüquq diplomu”nu ala bildi. 
Bir müddət sonra  Razim Məmmədovun sorağı Sumqayıtda tibb müəssisəsindən gəldi. 
Bəli, Razim Məmmədov  “Real Tibb Mərkəzi”nin   direktoru oldu. 
Bir soruşan olmadı ki, ay Razim, sən “tovaraved” hara, tibb mərkəzi hara ? 
Bir müddət sonra isə Razimin səsi-sədası  inşaat firmasından gəldi. 
Deməli, Razim Məmmədov öz  inşaat şirkəti ilə  Sumqayıtı abadlaşdırmağa başladı. 
Beləcə  Razim Məmmədov sürüşə-sürüşə gəldi çıxdı ocaq başına, yəni Xətainin icra hakimiyyətinə. 
Razim Məmmdov bəlkə də yatsaydı yuxusuna girməzdi, heç xəyalına da gəlməzdi ki, Xətai icra hakimiyyətində otura icra başçısının kreslosunda. 
Çünki  Razim Məmmədovun xəyallarında ancaq  “Səkinə...”  arzusu-istəyi var idi. 
Dana ətindən yeyib kefi yuxarı olanda ancaq “Səkinə..” barədə düşünürdü. Razim hara, icra başçısı vəzifəsi hara ? 
Razim Məmmədov Xətainin icra başçısı olan kimi  rayon ərazisindəki  yaşıllıqlara qənim kəsildi, ağacları məhv edərək,  satacağı  obyektlər üçün  yer  hazırladı...
Təsəvvür edirsiniz, illərlə zəhmət hesabına  becərilmiş ağaclar  Razimin  göstərişi ilə bir gecədə məhv edildi. 
Hər ağac, hər yaşıllıq  Razim Məmmədov  üçün pul demək idi. 
Uzun müddət  Razim Məmmədovla birgə işləmiş doğma əmisi oğlu, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini  Xalid Məmmədovun cinayət işinin  istintaqı zamanı ortaya elə faktlar çıxdı ki, hamı düşündü ki, bu gün-sabah Razim Məmmədov həbs olunacaq. 
Təsəvvür edirsiniz, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi  Razimin əməllərindən bezmişdi, amma gücü çatmırdı, çünki icra başçısının arxasında  “Məhərrəm kimi  monstr “  dayanmışdı.  Bu məqamda “briliyant biznesi”  yada düşür...
Təsəvvür edirsiniz, Razim Məmmədovun dövründə Xətai ərazisində  yüzlərlə qanunsuz  bina, obyekt tikilib. 
Bir daha təsəvvür edirsiniz,  bu kitab satan “tovaraved”in  Bakının  meri olması üçün kimlər minnətçi düşməmişdi..? 
Onu da qeyd edək ki, bu gün də Bakının meri Eldar Əzizov  Xətaidə tikilən qanunsuz tikintilərlə bağlı materialları  hüquq-mühafizə orqanlarına göndərməkdə davam edir.  Yəni Razim Məmmədovun məsələsi hələ də açıq qalıb. Bir də gördün ki, çağırdılar ki, gəl hesabat ver...
Uzun müddət Xətaidə  işləyən şəxsin dediyinə görə, Razim Məmmədov satılan torpaqların nəinki hər kv.m-ni hətta  sm-ni də hesablayırdı, elə bil dədəsinin malı idi..
Razim Məmmədov başını kəsdiyi ağacların hesabına oğluna  300 min dollara avtomobil almışdı. 
Və ən maraqlısı odur ki, bu avtomobil Almaniyada Məmmədov   üçün xüsusi olaraq hazırlanıb. 
Təsəvvür edin ki, dünyada cəmi belə 25 min avtomobil var. 
 “Xetçbek” sinfinə aid olan bu maşınların minimal qiyməti 180 min avrodur. Eksklüziv variantları isə daha bahadır - qiymətlər 270-400 min avro arasında dəyişirdi. O dövrdə icra başçısının oğlunun cəmi 15 yaşı var idi. 
Yəni bu siyahını  kifayət  qədər uzatmaq olar. 
Amma  Razim Məmmədovun yaxın müxalifətçi dostları deyir ki, Razim müəllimin iştahası o qədər böyükdür ki,  bir oturuma bir dananı yesə doymaz. 
Bu iştaha  təkcə dana məsələsi ilə bitmir e,  bu adam torpağı, vəzifəni qamarlamaq istəyir. 
Razim Məmmədov  Xətaidə icra başçısı olarkən bacısı Alidə Həsənovanın əri  Zeynal Həsənovun şirkətinə  onlarla tenderi  “hədiyyə” edib. 
Razim Məmmədovun təkcə Bakıda  75 mənzili var, Novxanıda istirahət mərkəzləri, Sumqayıtda ticarət obyektləri və s. 
Ancaq Razim Məmmədovun ən çox sevdiyi guşə, “Muğan”  otelinin yerində tikilən hündürmərtəbəli binadır. Həmin binada 4 mərtəbəni alan Razim Məmmədov mərtəbələrin arasını açmaqla ağılasığmaz gözəllikdə bir saray yaradıb. Hündürmərtəbəli binadakı bu sarayında hovuz, böyük akvariumlar və s. 
Razim Məmmədovun Mariannası isə başqa aləmdir.
Qapısı, pəncərəsi dənizə baxan möhtəşəm obyekt. 
Şahidlərin dediyinə görə, bu obyektin əsas hissəsi yerin altındadır, aysberqin görünməyən hissəsi kimi. Bəziləri deyir ki, guya dənizin altına burdan yol gedir. Guya gecələr burdan qəribə səslər gəlir, kimsə “tuz məndə”, kimsə “məndə 21” deyib qışqırır. Söhbət təkcə MARİANNA-dan getmir e, Yasamalda nə qədər evləri, obyektləri var Razim Məmmədovun. Bir vaxtlar Ramiz Mehdiyevin şəninə sözlər deyən Razim Məmmədov indi də Əli İnsanovun Haqq Ədalət Partiyasını hər yerdə tərənnüm edir. Hələ Əli doxtur türmədən çıxanda Razim nə qədər muştuluq vermişdi. İndi paçka-paçka adamları partiyasına üzv yazdırır. 
Yəni Razim Məmmədov hələ də Bakının meri olmaq arzusundadır.  Deyir bəlkə Əli doxtur onu bu istəyinə çatdırar..
Bütün bunlar öz yerində. Amma ən maraqlısı odur ki, görəsən, Novxanıdakı dəyəri bir neçə milyonla ölçülən möhtəşəm otel, restoran, istirahət mərkəzi -  “Mariana Trench”, niyə Vergilər Nazirliyinin  diqqətini cəlb etmir ?
Ümumiyyətlə, bu boyda mülkiyyət, obyekt, restoran sahibi olan Razim Məmmədov  dövlətə vergi ödəyirmi?
İndi də deyirlər, Razim Məmmədovun sorağı Prezident Administrasiyasından gəlir. 
Bu məsələni ciddi araşdırıb, növbəti yazıda bəhs edəcəyik.

P.S Razim müəllimin qohumlarından biri olan Mirsaleh müəllim bu yaxınlarda bizə telefon 
açaraq ironiya ilə biz səninlə görüşəcəyik bu yaxınlarda, bilmirəm o, hansı məqsədlə deyirdi bu sözü, amma mən o adama demək istəyirəm ki, Ağabəy Sultanovun yadigarından bərk muğayat ol. Bu yaxınlarda o müvzuya da toxunacam. Belə söhbətlər eləmək sənin nə inşaatçı olan başındadır, nə də razmerində. Hər şey Oktay müəllimin xatirinə belə davam edirdi. /Gundelik-baku.com/скачать dle 12.1