Deputat  xanım,  çalış dərinliklərə baş vurma, sənlik deyil…

Sovet dövründə  rayonlardan birinin 1-ci katibi  kolxozun yığıncağını keçirəndə kəndin gözəgəlimli, təhsilli qızlarından birinə deyir ki,  səni kolxoza  sədr qoymaq istəyirəm...atana denən gəlsin görüşək, xeyir-dua versin..
Nə isə qızın atası gəlir, 1-ci katibin  uzun söhbətini dinləyəndən sonra deyir ki, get öz bacını qalxoza  sədr qoy...mənim qızımla işin olmasın..
Katib o kənddən elə qaçır ki, bir də o kəndə gəlmir...
Sonradan  1-ci katibi o kəndə iclasa dəvət edəndə deyirmiş ki....
Yazıya bu girişi  elə-belə, yazını yüngülləşdirmək üçün, oxucunu yormamaq üçün yazdıq. 
Həə, indi isə keçək əsas mətləbə. 
Söhbət hörmətli millət vəkilimiz Könül Nurullayevadan gedir. 
Biz bu yazıya özümüzdən heç nə əlavə etmədən, konkret olaraq  deputatların öz dilindən çıxanları yazmaq istəyirik. 
Məsələn, hörmətli millət vəkilimiz, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyir ki, keçmiş deputat, Hüseyn Abdullayev Naxçıvanda toylarda qlarnet çalırdı...sonra məsləhət  oldu ki, deputat olsun...
Necə yəni klarnet çalırdı ?
Klarnet çalanın Milli Məclisdə nə işi var, ay Fəzail müəllim ? 
Məgər Milli Məclis toyxanadır ? 
Klarnet  çalana 20-30 min  seçici necə  səs verib ? 
Fəzail Ağamalı onu da deyir ki, “Quska”  Milli Məclisdə özünü apara bilmirdi. Vay, vay...
Bir adam özünü apara bilmirsə, bu adam necə deputat olub ? 
Könül xanım, bunların sizə zərrə  qədər dəxli yoxdur haa…
Amma bizim üçün də maraqlıdır ki, siz cavan qız necə deputat oldunuz ?
Ay Könül xanım, 10 minlərlə seçici  sizin  nəyinizə  səs verdi ? 
Bəlkə çatma qaşlarınıza ? 
Bəlkə başınızdakı çarşaba ? 
Həə, təsəvvür edirsiniz, Könül xanım  seçicilərlə görüşə  başı çarşablı gedirmiş…
Hələ bu harasıdır ?
Könül Nurullayeva, şəhid ailəsinin evinə daxil olarkən bahalı tuflisini də çıxartmayıb…
Ev sahibəsi deyib ki, sənə uşaq vaxtı öyrətməyiblər ki, evə daxil olanda adam tuflisini çıxardar ? 
Nə isə, sözün qısası,  5-10 nəfərin tanımadığı Könlül Nurullayeva 2020-ci ildə Milli Məclisə keçirilmiş növbədənkənar parlament seçkilərində Nizami rayonu 24 saylı birinci seçki dairəsindən deputat olub. 
Axı, deputat seçilmək üçün ən azı 10-15  min nəfər sənə səs verməlidir ?
Ay Könül xanım, siz bu səsləri necə qazandınız ? 
Nə isə Könül xanım deputat olur. Və..
Deputat xanım Allah qoymasa, Türkiyədə səfərdə olarkən istəyib ki, bir deputat siftəsi eləsin və forsdana-forsdana deyib ki…
Ermənistan kasıb dövlətdir, ona görə də bizə təzminat verməməlidir…
Könül xanımın bu sözləri  sosial şəbəkədə tozanaq qopardı…təhqirin biri  bir qəpik…
Ay Könül xanım, sənə deyən lazım idi ki, neynirsən təzminat məsələsini…
Əslində Könül Nurullayeva savadsızlığından bu sözləri deyib..
Bu yerdə yadıma  bilirsiniz nə düşür..?
“Axırıncı aşırım”  filmindəki  nökər  Rəşid ( Fazil Salayev )  ağası Kərbəlayi İsmayıla xoş gəlmək üçün deyir ki…
Qurban olum Şura hökumətinə  ki, Kərbəlayinin heyfini Nikolay kopayoğludan aldı…
Kərbəlayi deyir ki, gədə, tikəni qulağın boyda edərəm…
Nə isə Könül Nurullayeva  bu səhvindən yaxşı canını qurtara bildi, ona şiddətli töhmət verildi…
Könül Nurullayeva, bu dəfə şiddətli  töhmətlə canını qurtara bildin, amma , çalış ki, bir də…
Həə, Könül Nurullayeva, atalar deyib ki, qonşunun ümidinə qalan…
Deyirsən  ailə də dövlətdir-filan. Belə dərin mövzulara çalış baş vurma, Könül xanım, çalış dayazda üz…
Girmə dərinlərə… /Gundelik-baku.com/скачать dle 12.1