Sən saydığını say, Elman Rüstəmov, gör, FƏLƏK nə sayır…

Biz dəfələrlə yazmışıq ki, Mərkəzi Bankın  rəhbəri  Elman  Rüstəmov ölkədəki bank sistemini bərbad günə qoyub. 
Bəli, ölkəmizdəki bank faizləri  dünyanın heç bir yerində yoxdur. 
Son 20 ildə Elman Rüstəmovun xeyir-duası ilə ölkədə nə qədər bank  fəaliyyətə başlayıb. Əslində bu banklar əhalinin  sanki dərisini soymaqla məşğuldur. 
Bu barədə dəfələrlə Milli Məclisin tribunasından kəskin  fikirlər səsləndirilib. 
Əslində Elman Rüstəmov  ölkədən çıxarılan  külli miqdarda valyutaya görə  vaxtında cavab verməli idi. 
Sonradan ölkədə baş verən devalvasiyaya görə də  Elman Rüstəmov  cəzadan yayına bildi. 
Təsəvvür edirsiniz,  devalvasiyadan sonra ölkədə fəaliyyət göstərən bankların əksəriyyəti  böhran vəziyyətinə düşüb. 
Bankların çoxu vəziyyətdən çıxa  bilmir, müflis olur. Amma...
Əmması odur ki, Elman Rüstəmovun özünə məxsus  banklarının  “kefi  sazdır”. 
Çünki  cənab Rüstəmovun əli o bankların kürəyindədir. 
Belə banklardan biri də “Bank Respublika”dır. 
Qısa məlumat üçün qeyd edək ki, Bank Respublika, 22 may 1992-ci ildə Azərbaycan Respublikası Milli Bankı tərəfindən verilmiş lisenziyaya əsasən yaradılan özəl kommersiya bankıdır. 1 iyun 2011-ci il tarixinə bankın məcmu kapitalı 53,7 milyon Azərbaycan manatı keçib və ümumi aktivlər 294,2 milyon manata çatıb.
Təsəvvür edirsiniz, 300 MİLYONA yaxın…
Bu bank dəfələrlə Qarabağ Dirçəliş Fonduna pul köçürməsi, şəhid ailələrinə kömək etməsi ilə özünü reklam etməyə çalışsa da…
Dəfələrlə  fermerlərə kömək etdiyini, guya təmənnasız fermerlərə təlim  keçdiyini  reklam etsə də..
Əslində belə deyil. 
Onu da qeyd edək ki, bu bank bir başa Elman Rüstəmovun əli altındadır. 
Hələ bir müddət əvvəl Elman Rüstəmov banka əl gəzdirərək  bəzi vəzifəli şəxsləri uzaqlaşdırdı. 
Və özünə daha sadiq adamları İdarə Heyətinə gətirdi. 
Hələ o zaman Xədicə xanımla Elman  Rüstəmov arasında  qalmaqalın olduğu bildirildi. Və Xədicə xanım İdarə Heyətinin  sədri vəzifəsindən uzaqlaşdırıldı. 
Sözün qısası,  son illər  bankların çoxunun üstünü qara buludlar alsa da, Elman Rüstəmovun “Bank Respublika”sı   çiçəklənir. Yəni Elman Rüstəmov öz bankını qoruya bilir. Hələ ki…
Sən saydığını say  Elman Rüstəmov, gör FƏLƏK nə sayır.. /Gundelik-baku.com/скачать dle 12.1