Ötən il, yəni 2020-ci ilin iyul ayında saytlarda  sensasiya kimi  yayılan  bir xəbər  20 dəqiqə sonra “təmizləndi”. 
Söhbət Kənd təsərrüfatı naziri İnam Kərimovun müşaviri  Elçin Zeynalovun  nazir müavini İlham Quliyevi nazirliyin karidorunda möhkəm döyməsindən gedirdi. 
Müşavirlə  nazir müavini arasında əlbəyaxa davada  İlham Quliyevin gücü çatmadığı üçün  müşavir tərəfindən möhkəm əzişdirilmişdi. Hətta xəbərdə nazir müavini İlham Quliyevin ciddi xəsarət aldığı, burnunun sındığı da  qeyd olunurdu. Davanın səbəbi isə İlham Quliyevin uzun illər subsidiyalardan  qazandığı milyonların məsələsi olub. 
Sözün qısas, xəbər yayılan kimi, kimlər ortaya düşmədi, Baş prokurorluqdan, Daxili İşlər nazirliyindən və daha haralardan zənglər, xahişlər, hətta hədə-qorxular...və  xəbər silindi. 
Sonra İlham Quliyev sağalandan sonra deyirlər ki, məlum olub ki, ortada  “gənc xanım”  söhbəti olub. 
Ümumiyyətlə, İlham Quliyev hara gedirsə, orda mütləq bir iz qoymalıdır. 
Bəli, İlham Quliyev  kresloya o qədər öyrəşib ki, vəzifəsiz  qala bilmir. Və bir müddət əvvəl xəbər yayıldı ki, İlham Quliyev indi də Azərsu-da idarə rəisinin müavinidir.  Və təzə iş yerində də yenə nə iləsə məşğuldur. 
Ümumiyyətlə, İlham Quliyevin məqsədi  Azərsu-da müavin-zad olmaq deyil, onun strateji məqsədi Qorxmaz Hüseynovdan sonra başsız qalan Azərsu-nun rəhbəri olmaqdır. 
O gün bir tanışımız deyir ki, axı  İlham Quliyevin sudan başı çıxmır, texniki su ilə içməli suyu ayıra bilmir-filan, ona görə də ondan “Azərsu”ya şef olmaz. 
Dostlardan biri  o qədər güldü  və dedi...
Guya İlham Quliyevin maliyyədən, təftişdən başı çıxırdı ki...? 
Amma o boyda nazirlikdə uzun illər Nəzarət-Maliyyə-Təftişin rəisi oldu. 
Bəli, sabiq Baş prokuror Zakir Qaralovun yaxın qohumu olan və  1960-cı ildə Gürcüstanda doğulan İlham Quliyev güc-bəla ilə  Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda  “Sənaye və mülki tikinti” ixtisası üzrə təhsil alıb. 
Yəni İlham Quliyev “prorab” olub. 
Bir müddət   Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin direktoru olaraq  milyonları mənimsəyib. 

1994-1999-cu illərdə  Kənd Təsərrüfatı Nazirliyinin Nəzarət-Təftiş idarəsinin rəisi vəzifəsində çalışıb.
1999-2005-ci illərdə  Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi olub. 
2005-ci ildə  Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib və 2020-ci ilin avqust ayında vəzifəsindən azad edilib.
İndi gördünüzmü, maliyyədən anlayışı olmayan İlham Quliyev necə nazir müavini olub, necə təftiş aparıb və s. 
Siz də deyirsiniz ki, İlham Quliyevin sudan başı çıxmır. 
İlham Quliyevin başı çox şeydən çıxır….
Bu adamın keçmişi də çox qaranlıq və dəhşətlidir. 
Bu adam hara gedirsə, birinci işi katibələrlə olur. 
Sözün düzü, beləsini rəhbər vəzifəyə qoymaq özü cinayətdir. 
Həm də nəzərə almaq lazımdır ki, Zakir Qaralov da öz başının hayına qalıb, heç  AKKORD-un pulunu verə bilmir…
Nə isə İlham Quliyevin dostları deyir ki, İlham hər gün güzgünün qabağından çəkilmir, Mustafa müəllim kimi öz-özünə çıxış edir, deyir məni Azərsuya rəhbər təyin edəndə danışmalıyam axı, qoy indidən oyrənim. Biz isə öz növbəmizdə deyirik, ay İlham Quliyev 40-da öyrənən gorunda çalar. /Gundelik-baku.com/

скачать dle 12.1