Ağcabədinin Məleykəsi-TQDK sədri Rafil Hüseynov 

Rayonun icra başçısı Rafil Hüseynov özünə iş axtarır...

Rafil Hüseynov “Azərbaycan” nəşriyyatının direktoru olcağını deyir...

“Gündəlik-Bakı” Rafil Hüseynova korrektor köməkçisi olmağı  təklif edir...

Deməli, cavan vaxtlarında  Rafil Gülgəzli  təxəllüsü ilə tartan-partan şeirlər yazan Rafil Hüseynov  Bərdə rayonunda “Kommunizm yolu”  rayon qəzetinin redaksiyasında korrektor vəzifəsində çalışdığı illərdə xəyallara dalırmış ki, kaş mən də nə vaxtsa müxbir, redaktor vəzifəsində işləyə biləydim. 
Deməli, bütün günü rayon qəzetində HƏRF səhvləri axtaran Rafil Hüeynovun ağlına haradan gələ bilərdi ki, nə vaxtsa icra başçısı olacaq. 
Amma, lətifəsi  Rafil  Hüseynovdan uzaq olsun, atalar deyir ki, köç geri qayıdanda AXSAQ qabağa düşər. 
Bəli, “ASXİ”nin baytarlıq fakültəsini bitirən Rafil Hüseynov rayon qəzetinə vida deyir və Bərdə komsomolunda işə düzəlir. 
Sonra hansı yollasa, Bərdə komsomolunun 1-ci katibi olur. 
Rafil  Hüseynov  həmişə dostlarına deyirmiş ki, elə bil yuxu görürəm, mən hara komsomolun 1-ci katibi hara, mənim ən böyük arzum korrektor, redaktor olmaq idi. 
Nə isə,  KÖÇ BİR DƏ GERİ QAYIDANDA, Rafil  Hüseynov hətta “rayispolkom”da  işləyir, orada “xozotdel”, yəni binada sabun-aftafa məsələsinə, təsərrüfat  işlərinə  baxır. 
Beləcə, Rafil  Hüseynov ucala-ucala gəlir olur Bərdə rayonu Dövlət Vergi İnspeksiyasının rəisi. Sonra olur, Bərdədə icra başçısının 1-ci müavini. 
Sonra Bərdədən gəlir Bakıda Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi olur. 
Daha sonra Rafil Hüseynov Prezident Aparatında sektor müdiri olur. 
Lap sonra, 2012-ci ildə  Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilir. 
Həmin gündən Masallının qara günləri başlayır. 
Nə isə, Rafil Hüseynovun Masallıda ilk işi  “goreşənlik” olur. 
Belə ki, köhnə qəbristanlığı  buldozerə verərək  ərazini metr-metr  satır. 
Sonra nələr olur, bunu Masallı camaatı yaxşı bilir. 
Deməli, Rafil Hüseynov Masallıda məşhur falçının yanına gedərək  cibinə xeyli pul basandan sonra soruşub ki, mənim axırım nə olacaq ?
Məşhir  falçı  xeyli “çorta”  gedir və deyir ki, sən daha varlı rayona, Ağcabədiyə icra başçısı gedəcəksən. 
Falçının köməkçisi danışırmış ki, Rafil müəllim otaqda  xeyli qol götürüb oynadı və cibində bir qom dollar çıxarıb falçıya verdi və soruşdu ki, bəs mənim LAP AXIRIM nə olacaq ?
Falçı xeyli dərin mediasiyadan sonra dedi ki, İrafil müəllim, sən  “Gündəlik Bakı” qəzetində  korrektor köməkçisi olacaqsan...
Həmin vaxtdan bir müddət keçib. 
Rafil Hüseynov xeyli vaxtdır ki, Ağcabədi camaatına zülm edir. 
Bəli, sözün həqiqi mənasında zülm edir. 
Təsəvvür edin ki, Rafil Hüseynov rayondakı uşaq bağçalarında, məktəblərdə öz test sistemini tətbiq edir, özündən sorğu-sual düzəldir, qadın müəllimələri sınağa çəkir, onları işdən qovur, nəyinsə müqabilində onların yerlərinə başqalarını götürür...
Bir sözlə, Rafil Hüseynov rayonda 300 ailəni başsız, çörəksiz qoyub. 
Amma indi koronavirus 15 gündür ki, yapışıb Rafilin xirtdəyindən ki, 300 ailəni, başsız qadınları niyə o günə qoydun? 
Rafil koronavirusa yalvarır ki, yaxamı burax...
Biz hamıya şəfa diləyirik, heç kim xəstəlikdən əziyyət çəkməsin. 
Amma o vaxt  falçı Günədlik Bakı barəsində Rafil Hüseynova  nə deyibsə... 
...O gün Rafil Hüseynov  pul yığanlarına deyib ki, “MERO”nun yanında, “Soyuducular”  deyilən yerə getməyin, ora  Gündəlik-Bakının baş redaktoru Habil Vəliyevin nəzarətindədir...
Ayy Rafil qağa, artıq gecdir, bir ay gecikmisən, biz orada çoxdan olmuşuq, hər şeyi də gözəl bilirik...
Və bir gün dövlət qapını döyərək orada gördüklərimizlə bağlı suallara səndən cavab istəyəcək. Hazır ol. 
Bir də ay Rafil qağa, demisən ki, Azərbaycan Nəşriyyatında  direktor olacaqsan. 
Vallah oranın iyisi  sənin başına düşər.
Həm də kimdir səni Nəşriyyata direktor  qoyan...
Axı, sənə Masallıda falçı demişdi ki, son yerin Gündəlik- Bakı olacaq...
Düzdür, korrektor yeri boş deyil, amma səni ictimai əsaslarla, korrektor köməkçisi götürə bilərik... /Gundelik-baku.com/скачать dle 12.1