Təhsil sistemindəki problemlər heç kimə sirr deyil. 
Neçə illərdir ki, orta məktəblərimizdəki rüşvət hallarından  yazılır. 
Orta məktəblərdə jurnal pulu, süpürgə pulu, bayram günlərində yığılan pullar və s sözün həqiqi mənasında lətifəyə-anektoda dönüb. 
Bu gün də valideynlər  bayram  günlərində  şagirdlərdən yığılan pullardan şikayət edirlər. Kasıb valideynlər  bu pulları çatdıra bilmir. Belə olan halda müəllimlər  pul verməyən şagirdləri aşağılayır, təhqir edirlər. Bu isə  şagirdlərdə  psixoloji problemlər yaradır. 
Bakıda, Səbayel rayonundakı 162 saylı orta məktəbin 14 yaşlı şagirdi  Elenanın özünü  məktəbin 3-cü mərtəbəsindən ataraq intihar etməsini yada salın. 
Həmin  faciəli  hadisə  zamanı Rayon icra hakimiyyətində təhsilə məsul olan müavin  Xalidə Bayramovanın çıxardığı oyunları  gözünüzün önünə gətirin. Nəticəsi nə oldu ? Heç nə. 
Belə hallar Bakı məktəblərində yüzlərlədir. 
Onu da qeyd edək ki, Təhsil Nazirliyi ilə bərabər Təhsil Nazirliyinin tabeçiliyində Bakı Şəhəri üzrə Təhsil İdarəsi ( BŞTİ ) var. 
Təsəvvür edirsiniz, BŞTİ-nin tabeliyində 310  ümumtəhsil məktəbi, 3 xüsusu orta məktəb,  5 əyani-qiyabi  axşam məktəbi olmaqla, cəmi  318 məktəb, 5 Uşaq –Gənclər   İnkişaf  Mərkəzi fəaliyyət göstərir. 
Həmçinin İdarənin  tabeliyində xidmət və  əməliyyat mərkəzləri  və Təlimə Dəstək  Mərkəzi fəaliyyət göstərir. 
Birincisi, axşam məktəbi harada fəaliyyət göstərir ?
Adı olub özü olmayan axşam məktəblərinə ayrılan  dövlət vəsaiti kimlərin cibinə gedir ? 
İkincisi,  Təhsil Nazirliyi varsa,  BŞTİ-nə nə ehtiyac  var? 
Təsəvvür edirsiniz, BŞTİ müdirinin 4 müavini var. 
Heç nazirlərin 4 müavini olmur, cənablar. 
Bu nə biabırçılıqdır?  Bu adamlar  dövlətin cibindən maaş alır ee ...
Üçüncüsü,  adi bir qurumda  13 sektor ( müdiri )  nəyə lazımdır ? 
Dördüncüsü, BŞTİ müdirinin müavinləri həm də  universitetlərdə  müəllim, kafedra müdiri kimi çalışırlar. 
Bu necə ola bilər ki ?
Axı, bu adam  bu boyda qurumun müavini kimi öz işində olmalıdır. Bu Allah qoymasa, BDU-da kafedra müdiri kimi maaş alır. 
Axı, kafedra müdiri  bütün günü  kafedranın işləri ilə məşğul olmalıdır. 
Bu adam haçan vaxt tapıb BŞTİ-yə gedir ? 
BŞTİ-nin digər bir müdir müavini isə SOCAR-dan gəlib. 
SOCAR hara, təhsil hara ?
Kadr məsələsi  nə qədər biabırçı durumdadırsda, BŞTİ-nin bir  Vəliyevası ( Məhəbbət ) gedir, o biri Vəliyevası ( Mehriban ) gəlib  qurumda müdir olur. 
Sadəcə, ayıbdır, vallah. Başqa bir adam tapa bilmirsiniz ? 
Bəli,  bir neçə il  Məhəbbət Vəliyeva  BŞTİ-nin müdiri oldu. Və onun fəaliyyəti   “çadra-çarşab”la yekunlaşdı. 
Bakıda  xanım məktəb direktorlarının necə təyin olunması hamıya məlumdur. Gəlin, çox dərinə getməyək. 
Məhəbbət Vəliyevanın dövründə  məktəblərdə  rüşvət çiçəklənirdi. Bu gün neçə məktəb direktoru həbsxanadadır ? 
Məktəblərdə nə qədər ölü canlar var ? 
Məktəblərdə  psixoloq müəllimlərin maaşlarını kim alır ? 
Yaxşı  Vəliyeva ( Məhəbbət) getdi, yerinə Vəliyeva ( Mehriban) gəldi. Nə dəyişdi ? 
Əlbəttə, heç nə. 
Məhəbbət Vəliyeva şəhər təhsilində ən məhşur rüşvətxor kimi tanınırdı, nəticədə  nazir müavini oldu. 
Məhəbbət Vəliyeva BŞTİ-nin inspektorlarını məktəblərə  direktor göndərirdi. Və bahalı  zinət əşyalarını hədiyyə kimi alırdı. 
Bu gün də BŞTİ-nin yeni müdiri  Vəliyeva ( Mehriban) sələfi Vəliyevanın ( Məhəbbətin ) əməllərini davam etdirir. 
Mircə Cəlil demişkən, haman göl, haman qurbağa.
P.S Xatırladaq ki, Məhəbbət Vəliyeva ilə Mehriban Vəliyeva doğma bacıdırlar. /Gundelik-baku.com/скачать dle 12.1