Ay Allahın keçisi, bu ehsan deyil  ee...

Dövrümüzün ən acı reallığı odur ki, “paçka-paçka” icra başçıları, nazir və komitə sədrləri,  nazir müavinləri, baş həkimlər, məktəb direktorları həbs olunsa da, vəziyyət  nəinki yaxşıya doğru dəyişmir, əksinə bəzi məmurlar getdikcə daha da harın və quduz olurlar. 
Məmurlar barəsində ilk dəfə  “harınlamış”  ifadəsini cənab Prezident deyib, hətta “.... barı, Allahdan qorxun”  deyərək xəbərdarlıq  edib.  
Türklər demişkən, maaləsəf, məmurlar düzəlmir ki, düzəlmir. 
Atalar deyir ki, qozbeli qəbir düzəldər, amma bu məmurları  həbsxana da düzəltmir. 
Bəzi məmurlar rəhbərlik etdikləri rayonlara “kirayə kimi” baxırlar. 
Hətta bəzən bir rayonun iki “icra başçısı” olur, gedən icra başçısı rayonu gələn icra başçısına sanki “arendaya” verir. 
Adamın yadına  məşhur “ O olmasın, bu olsun”  filmi  düşür. 
Filmdə deyir ki, “Deyəsən qızın 2 adaxlısı var”. 
Bu icra başçıları  rayondakı torpaqları “ehsan”  kimi kimə gəldi  satırlar....
Yenə məşhur filmidəki kişmiş satanın Qoçu  Əsgərin keçisinə dedikləri yada düşür: “  Ay keçi, ay Allahın heyvanı, bu ehsan deyil ee..”. 
Bəli, Xətainin keçmiş icra başçısı Razim Məmmədov rayonun ən bahalı torpaqlarını sataraq özünə ticarət obyektləri, istirahət mərkəzləri və daha nələr  açaraq, gedəndə rayonu öz müavini  Rafiq Quliyevə təhvil verdi.
Razim Məmmədovun “əlindən su içən”  Rafiq Quliyev də  öz sələfi kimi  rayonu sanki “örüş yeri”nə çevirdi.
Sosial şəbəkələrdə paylaşılan  videolardan da görünür ki,  Rafiq Quliyev dədə-baba peşəsinə sadiq qalaraq, özünün qoyun sürülərini rayondakı yaşıllıqlarda otartdırır. 
Bu adam üçün yaşıllıq təmiz hava, oksegen, gözəllik-filan deyil, məhz  örüş yeridir. 
Bütün bunlar azmış  kimi  Rafiq Quliyev  rayondakı  ağaclara, parklara da qənim kəsilib. 
Harada  ağaclar görürsə, kəsdirib yerində ticarət obyekti  tikdirir. 
Xətai sakinləri  Rafiq Quliyevin “moyka”larının səs-küyündən beziblər. İcra başçısı rayonda  “avtoyuma”  obyektləri açaraq  dövlətə  bir manat pul vermədən pul qazanır.  Yenə  Məşədi İbad, bağışlayın Rafiq Quliyevə deyən lazımdır ki, ayə, bu hamam suyu-zad deyil ee, dövlətin vəsaiti hesabına başa gələn sudur...
Rayon ərazisində bu qədər qanunsuz tikililər peyda olur. 
Görəsən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi niyə  ağzına  su alıb susur ?
Bakı şəhər icra hakimiyyəti  niyə səsini çıxartmır ? 
Rayonda nə qədər yaşıllığı məhv edib yerində restoran tikmək olar ?
Görəsən, bu məmurlar Ulu Öndərin “ Bir ağacın budağı kəsiləndə elə bil mənim qolumu kəsirlər...”  fikrini nə tez unutdular. 
Sözün düzü, mat-məəttəl qalmalı məsələdir. 
Yaxşı bəs  Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə bu boyda yaşıl terrora münasibət bildirmir ? 
Öz aramızdır, deyəsən  “adaxlı”nın sayı  2 deyil, heç 3 də, 4 də deyil, yazıq təbiət, yazıq vətən, sənə bu qədər etinasızlıq olur...
Hələ Allah qoymasa, guya  Rafiq  Quliyev  Qarabağ  veteranıdır...
Qarabağ veteranısan deyə, paytaxt Bakını örüş yerinə çevirməlisən, qoyun-quzu, dana saxlamalısan ? 
Rafiq Quliyevin rayondakı çay  evlərini saymaqla qurtaran deyil, hamısında da pullu tualet, müştərilər çay içəndə də pul verir, tualetə gedəndə də...
Bütün bunlar  Rafiq Quliyevin əməllərinin cüzi bir hissəsidir. 
İcra başçısı Rafiq  Quliyevin  “Ağ Şəhər”in sakinlərinin başına açdığı  qara əməllərdən ötən yazımızda geniş bəhs etdiyimiz üçün ehtiyac görmürük. 
Rafiq  Quliyevin əməlləri barədə media nə qədər yazsa da  bilmədiklərimiz  də az deyil. 
Yəqin ki, gələcəkdə  istintaq orqanları  Rafiq Quliyevin əməlləri ilə bağlı daha  ciddi faktları ortaya qoyacaqlar. /Gundelik-baku.com/скачать dle 12.1