İcra başçısının qoyun, dana fermaları, üzümlükləri, villaları.. 


Biz  elə bilirik ki, ancaq işğal olunmuş ərazilərimzdəki  məscidləri ermənilər dağıdır, təhqir edirlər. 
Ancaq bəzi məmurlar var ki,  bu məsələdə  heç də ermənilərdən geri qalmırlar. 
Təkcə bir faktın  əsasında  bu məsələyə nəzərə salaq. 
Suraxanı rayonu ərazisində  7 əsrdən çox yaşı olan,  tarix memarlıq abidəsi kimi qorunan qədim məscid var.  Əgər onun  vəziyyətini  görsəniz elə bilərsiniz ki, ermənilər bu məscidi bu günə qoyub. 
Amma ....bu məscidi bu günə qoyan iki məmurdur: 
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev və  Suraxanının icra  başçısı Əziz  Əzizov. 
Birincisi, adını mədəniyyət naziri qoyan Əbülfəs Qarayevin  müavini və tabeçilyində olan şəxslər məhkəmədə açıq bildirdilər ki, yığıdığımız pulları Əbülfəsə verirdik. Hamı bunun şahidi oldu. 
İkincisi, həmin məscidin  təmiri üçün dövlət kifayət qədər  maliyyə vəsaiti ayırmışdı, bəs o pullar hara getdi ?
Əlbəttə, Əbülfəs Qarayevlə  Əziz Əzizov həmin pulun başına daş saldılar. Məscid isə biabırçı durumda qaldı. 
Rüşvəti və  korrupsiyanı  kiminsə, nəyinsə ayağına yazmaq olar. Bəs görəsən Allahın evinin təmirinə ayrılan pulları yeməyi  Əbülfəsə və Əzizə bağışlayan olacaqmı ? 
Görəsən Əziz   Əzizov məscidin  düz yanındakı ərazini villa tikmək üçün neçəyə  satıb ? 
Məscidi elə duruma salan Əziz  Əzizov  görəsən villa sahibindən aldığı puldan  5-10 manat ayırıb heç olmasa məscidi  təmizlədə bilməzdi ? 
Görəsən, Əziz  Əzizov  köhnə neft quyularının  üstünü satıb tikintiyə icazə verirsə, yüz minlər qazanırsa, düşünmür ki,  sabah hansısa  fəlakət baş verəndə onun yaxasından yapışacaqlar ? 
Maraqlıdır ki, SOCAR da  bu məsələyə görə, səsini çıxartmır. 
Qarabağ qazisi olan  kapitan  Prezident İlham Əliyevə yazır ki, icra başçısı Əziz  Əzizov  məktəbin  yanındakı torpaq sahəsini kiməsə ticarət məqsədilə satıb. Hansı ki, həmin ərazi  məktəbə gələn maşınların saxlanması, valideynlərin və şagirlərin rahat keçməsi üçün nəzərdə tutulmuşdu. Dəfələrlə  bu ərazidə şagirdləri maşın vurub...
Bəli, Əziz  Əzizov üçün pul sanki hər şey deməkdir, istəyir uşaq ölsün, istərsə də qazi...
Bəli keçmişi  tramvay şoferi, noxud, arpa satan olan icra başçısı  Əziz  Əzizov  üçün mənəvi dəyər  arxa plana keçir. 
Belə ki, özü  noxud satmaqla məşğul olan icra başçısı  sürücünü icra hakimiyyətinin hüquq şöbəsinə işə götürür. 
12 il Cəlilabadı satan, talayan  Əziz Əzizov indi də 2 ildir ki,  Suraxanını metr-metr satır. 
Bu adamın biznesi az qala ölkənin yarısını əhatə edir. 
Konkret olaraq Neftçalada mal-qara ferması, əkin sahələri, araq sexləri fəaliyyət göstərir.  
Cəlilabadın ən münbit torpaqlarını satan Əziz Əzizov  bu illər ərzində milyonlar qazanıb. Bakıda mənzilləri, Cəlilabadda  fermaları, əkin sahələri, üzümlükləri, ticarət və iaşə obyektləri var. 
Cəlilabaddan sonra Əziz Əzizov bir müddət Yasamalın icra başçısı oldu. Həmən vaxtda Yasamalda xeyli obyektləri oldu. Yasamalda plana düşən evlərə ayrılan pulların azı 20 faizi icra başçısına çatırdı. Evləri sökülən vətəndaşlara verilən kirayə haqqını da Əzizov məmimsəyirdi, tikilən binaların 1-ci mərtəbəsini özününkülərə  verirdi. 
Məsələn, Yasamalda   Əziz Əzizovun qızının “Papanin” körpüsünün yanındakı, STAR MTK-da  BEAUTY adlı gözəllik salonu fəaliyyət göstərir. 
Bu salon kimlərə və hansı xidmət göstərir ? 
Salon sahibi hər ay vergidən necə yayınır ? 
Gecələr  salondan hansı  qandonduran  səslər gəlir ? 
Sözün qısası, Əziz Əzizov satmağında davam edir. 
Satmağı cəhənnəmə, icra başçısı Anım günündə şəhid ailəsinin hasarını  dağıtdırıb. 
Bu adam başa düşümür ki, şəhidin 2 övladını böyüdən ana özü də  qəhrəman anadır…
Hansı ki, həmin gün- 27 sentyabr - Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq  sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Ehh, vallah bəzi icra başçıları üçün nə Anım günü. 
Ancaq  Əziz  Əzizov unudur ki, onun yaxın dostu, Neftçalanın sabiq icra başçısı, hazırda məhbus həyatı yaşayan İsmayıl Vəliyevin aqibəti onu da gözləyir. 
Əziz  Əzizovun  tülkü dərisindən  geydiyi  “modnu”  geyimlər isə cəmiyyətdə ciddi rezonans  doğurdu. 
Və  sosial şəbəkələrdə insanların  qınağına çevrildi. 
Deyəsən, Əziz  Əzizov öz  əli ilə özünə  quyu qazır… /Gundelik-baku.com/скачать dle 12.1