Aşıq Qurbanın nəvəsi məktəb direktorlarına niyə hədə-qorxu gəlib..?



Kəlbəcərin bir icra başçısı var idi, Aqil Məmmədov. 
Daha dəqiq desək, 2013-cü ildə  Kəlbəcərə  icra başçısı təyin olunmuşdu. 
Fəaliyyəti  ilə bağlı heç nə yazmadan təkcə onu qeyd edəcəyik ki, Prezident  Administrasiyasının yaydığı rəsmi məlumatlardan bəlli olurdu ki, Kəlbəcər  sakinlərindən PA-a daxil olan şikayət məktublarının  ardı kəsilmir. 
Hətta  şikayət məktublarının  statistikasında Kəlbəcər rayonu ölkə üzrə 1-ci yerdə gedirdi. Buna kimin şübhəsi varsa, buyurub həmin dövrün rəsmi xəbərlərinə baxa bilər. 
Sözün düzü, bu adam Kəlbəcərdən deputat seçiləndə məəttəl qaldıq ki, ay qardaş,  2 ay əvvəl  rəsmi olaraq deyirdiniz ki, Kəlbəcər sakinləri səhər-axşam icra başçısı Aqil Məmmədovdan PA-a şikayət məktubları yazır. 
Bəs, necə oldu, 2 ay sonra 2020-ci ilin fevralında bu adam Kəlbəcərdən Milli Məclisə deputat seçildi? 
Bəs bəh-bəhlə dediyiniz 75 faiz kəlbəcərli (guya 75 faiz səslə seçilib) bu adama necə səs verdi? 
Digər tərəfdən, Aqil Məmmədov icra başçısı ola-ola necə deputatlığa namizəd oldu, deputat seçildi və seçkidən 1 ay sonra mart ayında icra başçısı vəzifəsindən getdi. 
Dünyada hələ belə əndrəbadi hal olmayıb, vallahi. 
Bu adam kresloda oturubsa, necə deputat ola bilərdi?
Gərək  zəhmət  çəkib  seçkidən öncə icra başçısı vəzifəsindən istefa verəydi, seçkiyə qatılaydı və...
Deməli, Kəlbəcərin icra başçısı “tutar qatıq, tutmaz  ayran” yolunu tutub...
Nə isə, Aqil Məmmədov icra başçısı krelosundan düşüb, mindi  deputat kreslosuna. 
Və onun boş qalan icra başçısı kreslosunu kim tutsa yaxşıdır ?
Cənab deputatın əmisi  nəvəsi, ixtisasca mantyor-energetik olan Azər Qocayev. 
Daha konkret desək, Azər Qocayev  2020-ci ilin may ayının  13-dən Kəlbəcərin icra başçısıdır, yəni 2 il olmağa  az qalıb. 
Özü də  Ağdabanlı Aşıq  Qurbanın nəvəsidir. Lap gözəl. 
Görək, Aşıq Qurbanın nəvəsi 2 ildə nə iş görüb, ona etimad göstərən  Prezidentin etimadını doğrulda bilibmi ? 
Öncə onu qeyd edək ki, bizim bir media olaraq  Azər Qocayevə qarşı  nə müsbət, nə də mənfi münasibətimiz yoxdur, ancaq  Kəlbəcər camaatının sosial  şəbəkələrdə  yazdıqlarını  qeyd edəcəyik. 
Kəlbəcər sakinləri yazır ki,  2 il tamam olmağa az qalsa da, hələ bu günə kimi  Ayaz Qocayevin sifətini görməmişik...
Ay Ayaz Qocayev, bu da barama-zad deyil ki, deyəsən, mən hara, barama hara, Kəlbəcər hara...?
Get,  bir bu camaat sənin sifətini görsün dəə...Səndən iş yeri istəmir, çörək istəmir, su istəmir, səni görmək istəyirlər...
Bu da problemdir ? 
Axı, dəfələrlə yazmışıq ki, vətəndaşlarımız  məmurlardan heç nə ummur, sadəcə onu dinləmək, dərdinə şərik olmaq yetər. 
Dəfələrlə yazmışıq ki, məmurun sehrli çubuğu-zadı yoxdur, amma ağzında dili var, vətəndaşı dinləyə bilər...
Axı, bunlar problem deyil, niyə bunları etmirsiniz..?
Necə olur ki, ölkə başçısı bütün bölgələri, hətta ucqar kəndləri gəzib vətəndaşların problemini dinləyir, həll edir...
Siz icra başçıları isə oturmusuz kresloda, kabinetdən bayıra çıxmaq istəmirsiniz...
Cənab Azər Qocayev, kəlbəcərlilər yazır ki, hələ bu günədək 1 şəhid ailəsini ziyarət etməmisən...
Niyə ? 
Axı,  şəhid gedib sənin baban  Aşıq Qurbanın qəbrini erməninin....işğalından azad edib. Sən də hazıra  nazir kimi icra başçısı olmusan. 
Sən hətta Kəlbəcəri  qanunla ziyarət etməyə gedən, əslində əsgərlər üçün çörək bişirən sexin təmiri üçün Kəlbəcərə gedən məmuru işdən qovmusan. 
Kəlbəcərlilər yazır ki, biz icra başçımızı ancaq  kabinetindən çəkdirdiyi şəkilləri paylaşanda görürük...
Ay adam, sən maniken, modelyer-zad  deyilsən ee, icra başçısısan, rayonun rəhbərisən...
Səni qınamalı deyil vallah, sən haradan biləsən ki, rəhbər nədir..? 
Deməli, Azər Qocayevin icra başçısı olaraq ilk işi özünə təzə köməkçi və sürücü və katibə  götürmək olub. 
Guya rəhmətlik  Aşıq Qurbanın nəvəsi işləməkdən qan-tərə batıbmış, buna təcili köməkçi, sürücü, katibə  lazım idi..
Bütün bunlar azmış kimi icra başçısı Azər Qocayev Kəlbəcər məktəblərinin direktorlarını çağırıb danlayıb, hədə-qorxu gəlib ki,  bilirəm məktəblərdə nə qədər  “ölü canlar” var...
Yəqin ki, Azər Qocayev məktəb direktorlarını “aylığa” otuzdurmaq istəyir... Hətta məlumat var ki, məktəb direktorlarından 500 manat yığılır. 
Hətta mediada yayılan  məlumatlara görə, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayevə cinayət işi açılıb. Kəlbəcər rayon Prokurorluğunun icraatında olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci (passiv rüşvətxorluq), eləcə də AR CM-nin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ibtidai araşdırma üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatına qəbul edilib. Hazırda iş üzrə zəruri istintaq və hüquqi tədbirlər davam etdirilir. Və məktəb direktorları  yazılı izahat veriblər. 
Hələ bu harasıdır ?
Mediada yayılan məlumata görə, Azər Qocayev icra başçısının fondunda olan ianə pullarını elə mənimsəyib ki, izi-tozu da qalmayıb. 
Kəlbəcərlilər deyir ki, bu 35 yaşlı oğlan sanki əjdahadır, hər şeyi udur. 
Bunu biz demirik e, Azər Qocayev, sakinlər deyir. 
Ona görə də, nə qədər gec deyil, get mantyorluğunu elə, səndən Kəlbəcərə icra başçısı olmaz. /Gundelik-baku.com/скачать dle 12.1