Bəyənmədiyimiz  ərəblər….və  BİZ…

Azərbaycanda  5 milyon işçidən, 1,7  milyon  işçi ilə əmək müqaviləsi var…

Neçə yüz milyon  vergidən yayınma var ? 


Deməli,  Allah qoymasa, sabiq  əmək və əhalinin sosial müdafiəsi  naziri, hazırda məhkum  həyatı yaşayan Səlim Müslümova və onun xələfi cənab Sahil Babayevə demək istəyirik  ki, Birləşmiş Ərəb Əmirliyində həftəsonu günləri dəyişdirilib. 
Rəsmi məlumat  belədir.
Dünya mətbuatı xəbər verir:
Birləşmiş Ərəb Əmirliyinin Hökumətinin  qəbul etdiyi qərara əsasən, 2022-ci il yanvarın 1-dən işçilər dörd gün yarım işləyəcəklər.
Yeni dövrdə iş günləri bazar ertəsindən cümə axşamına kimi saat 07.30-da başlayacaq və 15.30-da başa çatacaq. İş saatları cümə günləri yenidən saat 07.30-da başlayacaq, lakin saat 12:00-da bitəcək. 
Hətta DÖVLƏT  MƏMURLARI  cümə günləri evdən işləmək hüququna malik olacaqlar.
Birləşmiş Ərəb Əmirliyi iş gününü 5-dən aşağı endirən dünyada ilk ölkə olacaq.
Məqsəd nədir ?
Məlumata görə, hökumətin bu qərarı işçilərin performansını yaxşılaşdırmağa, iş-həyat balansına və sosial rifaha nail olmağa hesablanıb.  
Cənablar, bəyənmədiyimiz  ərəblər  4 günlük  iş rejiminə keçir. 
Bəs bizdə vəziyyət  necədir ? 
Ölkəmizin əmək ekspertləri deyir ki, Azərbaycanda 5 milyon işçi var. Amma cəmi 1,7 milyon işçi ilə əmək müqaviləsi bağlanılıb. 
Başa düşdünüzmü, söhbət  4,3 milyon işçinin əmək müqaviləsindən kənarda qalmasından gedir. 
Sahil Babayev, başa düşürsən bu nə deməkdir ? 
Cənab Prezident İlham Əliyev dəfələrlə və dönə-dönə xəbərdarlıq edib ki, işçilərin hüquqları qorunmalı, əmək məzuniyyəti,  pensiya məsələsi diqqətdə olmalıdır. 
Amma, məmurlarımız, iş adamları insanları 8-10 saat işlədir…
Bəli, əmək müqaviləsi olmayan insanları  tikinti sahəsində, 10-12 saat işlədirlər.
Hətta əmək müqaviləsi olmayan fəhlələr  tikilən binalardan yıxılaraq ölür…
Kim onların ailəsinə, övladlarına təzminat ödəyəcək,  cənab nazir Sahil  Babayev ? 
Bu gün həbsxana həyatı yaşayan Səlim Müslümovdan soruşan lazımdır ki,  sənin xələfin  Sahil  Babayev  son illər minlərlə insanı pensiya hüququndan məhrum edib. 
O insanların günahı nədir ? 
Hansı yollasa özlərinə təqaüd düzəldiblər. Axı, o təqüdləri  dövlət qurumları  hesablayıb və təyin ediblər. Vətəndaşların nə günahı var ? 
Daha ciddi  bir məqama nəzər salaq. 
Nazirliyin nəzdindəki Əmək Müfəttişliyi  prosesə nəzarət edə bilmir.  Niyə ? 
Çünki yoxlamalara  moratorium qoyulub. 
Yenə niyə  sualı ortaya çıxır. 
Axı, niyə dövlət qurumları yoxlama aparmamalıdır ? 
Bax əsas məsələ budur. 
Niyə dövlət qurumları sahibkarlıq obyektlərində yoxlama apara bilməz ? 
Buyurun bu suala cavab verin.... /Gundelik-baku.com/скачать dle 12.1