Azərbaycan Cüdo federasiyası daha iki legioneri milli komandaya gətirib.

Unikal.org-un əldə etdiyi məlumata görə, “milliləşdirilən” idmançılardan biri 70 kq çəki dərəcəsində çıxış edən rumın əsilli Aleksandra Larisa Florian, digəri isə 50 kq-da çıxış edən türkiyəli Rukiyye Özerdemdir.

Millinin heyətinə qatılan monqol cüdoçulardan əlini üzən Rövnəq Abdullayevin Federasiyası yeni legionerlərlə uğur qazanmağı düşünür.
Əldə etdiyimiz məlumata görə, əcnəbilərin millimizə gətirilmə səbəbi 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına qədər idmançıların millimizə adaptasiya olunmasıdır.

Qeyd edək ki, monqol idmançılarımız millini ötən il tərk edib.
скачать dle 12.1