BakiSesi.com

İlham Əliyevdən Gəncə İcra Hakimiyyəti ilə bağlı SƏRƏNCAM

Tarix:4-03-2019, 12:53 | Oxunub: 27 182
İlham Əliyevdən Gəncə İcra Hakimiyyəti ilə bağlı
Prezident İlham Əliyev “Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında” sərəncam imzalayıb.

BAKISESI.COM xəbər verir ki, sərəncamla Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 11 milyon manat, o cümlədən küçələrin əsaslı təmiri üçün 4 milyon manat, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 milyon manat, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb

скачать dle 12.1