BakiSesi.com

“Hacıbala Abutalıbov yarmarkalarımızı sökdürdü” – Millət vəkilindən sabiq merə İTTİHAM

Tarix:4-03-2019, 13:02 | Oxunub: 35 487
“Hacıbala Abutalıbov yarmarkalarımızı sökdürdü” –
“Satış yerlərimizi Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov sökdürdüyünə görə yarmarkalar təşkil edə bilmirik”.
BAKISESI.COM report-a istinadən xəbər verir ki, bu sözləri  Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Mərkəzi Koorperativlər İttifaqının (“Azərittifaq”) sədri Eldar Quliyev deyib.
O, “Azərittifaq”-ın fəaliyyəti barədə çıxış edərəkən sabiq meri rəhbərlik etdiyi təşkilatın yarmarkalarını sökdürməkdə ittiham edib:
“Təşkilatın fəaliyyətini davam etdirməsi vacibdir. Burada çoxsaylı payçılarımız işlə təmin olunub. Təklif olunarsa, indi də satış yarmarkalarının təşkilində iştirak edə bilərik. Satış yerlərimizi Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov sökdürdüyünə görə özümüz satış yarmarkası təşkil edə bilmirik”.скачать dle 12.1