“Azərbaycanda son iki ay ərzində inqilabi addımlar atılıb. Bunlar hamısı xalqın güzəranının yaxşılaşdırılmasına xidmət edir”.

BAKİSESİ.COM
xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.

O qeyd edib ki, bura minimum əməkhaqqının, əmək pensiyasının, müavinətlərin, tələbə təqaüdlərinin artırılması kimi mühüm addımlar daxildir: “Bu islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılsın. Bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur. Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”.

скачать dle 12.1