BakiSesi.com

DGKA-da qiymətləndirmə mərhələsi keçirildi - FOTOLAR

Tarix:13-03-2019, 13:16 | Oxunub: 14 949
DGKA-da qiymətləndirmə mərhələsi keçirildi
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün Akademiyada təşkil olunan növbəti hazırlıq təlimləri başa çatıb. Təlimlərin dinləyicilərinin bir ay ərzində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru, texnika elmlər doktoru, professor İqbal Babayev, Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov, Akademiya rəisinin müavinləri, təlimlərdə tədrisi həyata keçirən professor-müəllim heyəti iştirak ediblər.

Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev təlimlər zamanı dinləyicilərin həm nəzəri, həm də təcrübi bilik və bacarıqları əldə etdiklərini bildirib. O, yeni, tam fərqli, gömrük orqanlarına olan bəzi stereotipləri, münasibəti dəyişə bilən əməkdaşların yetişdirilməsinin zəruri olduğunu deyib. Dövlət Gömrük Komitəsi tərəfindən aparılan istlahatlardan, görülən işlərdən danışan sədr müavini gömrük xidməti əməkdaşlarının hərtərəfli biliyə, bacarığa, həmçinin yüksək şəxsi keyfiyyətlərə malik olmasının zəruriliyini qeyd edib. İqbal Babayev dinləyicilərə fəaliyyətlərində uğurlar arzulayaraq, dövlətə, xalqa xidməti düzgün həyata keçirməyin vacibliyini vurğulayıb.  

Akademiyanın rəisi Qulu Novruzov təlimlərin təşkilində verdiyi dəstəyə görə Komitə rəhbərliyinə təşəkkürünü bildirib. O, bu dəfəki təlimlərdə 37 nəfərin iştirak etdiyini və təlimlərin beş həftə ərzində davam etdiyini deyib. Akademiya rəisi dinləyicilərin Akademiyada dörd həftəlik nəzəri dərslərlə yanaşı, DGK-nın strukturlarında və müxtəlif gömrük xidməti orqanlarında bir həftəlik təcrübə kursu keçdiklərini də qeyd edib. Qulu Novruzov təlimlərin dinləyicilərinin gömrük orqanlarının müsbət imicinin formalaşmasında böyük rol oynayacağına əminliyini ifadə edib, onlara uğurlar arzulayıb.

Sonra dinləyicilərin sualları cavablandırılıb, müxtəlif suallar ətrafında müzakirələr aparılıb. Daha sonra  xidmətə hazırlıq təlimlərinin dinləyicilərinin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib. İmtahanda dinləyicilərin nəzəri bilikləri qiymətləndirilib, bununla yanaşı, dinləyicilər hərbi və sıra duruşu nümayiş etdiriblər.
Qeyd edək ki, bu günədək gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş gömrük əməkdaşlarına peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə Akademiyada keçirilən xidmətə hazırlıq təlimlərində 100-dən çox əməkdaş iştirak edib



скачать dle 12.1