Azərbaycanda “Azərsu” ASC adlı qurum var. Bu qurum vətəndaşlardan hər ay pulunu vaxtlı-vaxtında alsa da su təchizatı bərbad vəziyyətdədir. Təsəvvür edirsiniz istehlakçının ödədiyi pul bitən kimi su avtomatik dayanır, yəni ölsən də bir bardaq su ala bilməzsən. Mütləq gedib borcunu ödəməlisən. Yaxşı bunu başa düşdük, istifadəçi vaxtında pulunu ödəməlidir. Bəs axı məsuliyyət, borc hissi ikitərəfli olmalıdır. İstehlakçının məsuliyyəti olduğu kimi “Azərsu”nun da məsuliyyəti olmalıdır. Tez- tez elan edirlər ki, filan rayonun ərazisində su olmayacaqdır. Bu bir dəfə olar, iki dəfə olar. Yoxsa yayın cırhacırında elan edirsən ki, su olmayacaq. Bəs vətəndaş qarşısında sənin məsuliyyətin yoxdurmu ? Görəsən vətəndaşlar “Azərsu”nu niyə məhkəməyə vermir ? Bütün bunlar azmış kimi “Azərsu”nun əməkdaşları istehlakçılarla danışıq AYLIQ alırlar, bunun üstü açılanda isə vətəndaş qalır ortada, AYLIQ alan məmur isə süddən çıxmış qaşıq kimi uzə cixmağa çalışır. Redaksiyamıza müraciət edən, Xızı rayon sakinləri qeyd edir ki, Xızı Sukanal sahəsi su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə vətəndaşlara elə borc yazır ki, məəttəl qalmamaq olmur. Konkret olaraq qeyd edək ki, Xızı Sukanal sahəsinin mühəndis-qrup rəhbəri Cavid Məmmədov su istifadəçilərini bezdirib. Deməli, Xızı sakinləri “Azərsu”ya yazılı şəkildə müraciət edirlər. “Azərsu” vətəndaşın şikayət dolu məktubuna nə cavab versə yaxşıdır: “Şikayətinizdə qeyd olunan NEQATİV hallar Xızı Sukanal sahəsinin mühəndis-qrup rəhbəri Cavid Məmmədov tərəfindən İNKAR edilmişdir”. Bu qədər absurd, məntiqsiz cavab olar? Bəlkə Cavid Məmmədov əməllərini etiraf etməli idi, deməli idi ki, bəli mən vətəndaşdan aylıq almışam. Əlbəttə Cavid Məmmədov inkar etməlidir dəə.. Ümumiyyətlə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bu biabırçı halları görmür ? Rayonu icra başçısı Xəzər Aslanov haqqında isə…danışmağa dəyməz. "Gündəlik Bakı"-nın araşdırma qrupu (Gündelik-baku.com)скачать dle 12.1