BakiSesi.com

Azad Rəhimov “Nizami” Kino Mərkəzində prezentasiya keçirməyə hazırlaşır?- Ramiz Mehdiyevin başına gələnlər Rəhimova dərs olmayıb ?

Tarix:9-09-2020, 16:45 | Oxunub: 110
Azad Rəhimov “Nizami” Kino Mərkəzində prezentasiya keçirməyə hazırlaşır?- Ramiz Mehdiyevin başına gələnlər Rəhimova dərs olmayıb ?
1934-cü ildə istifadəyə verilmiş “Nizami” kinoteatrının binası Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildə yenidən qurulub. Və Nizami Kino Mərkəzi kimi istifadəyə verilib. Açılışda İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Yəni artıq əvvəlki kinoteatr deyil, möhtəşəm Kino Mərkəzi yaradılıb. Məlumat üçün qeyd edək ki, Kino Mərkəzinin birinci mərtəbəsində 50 və 80 yerlik 2 zal, ikinci mərtəbədə 500 nəfərlik böyük zal, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kino zalı yaradılıb. Binada Almaniyada, Yaponiyada və İngiltərədə istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılıb. Birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran var. Restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtülür. Yəqin ki, oxucu artıq söhbətin sovet dövründəki sadə kinoteatrdan getmədiyini təsəvvür edə bildi. Gundelik-baku.com saytına daxil olan məlumata görə, idman yarışlarını öz ailə biznesinə çevirən Gənclər və İdman naziri Azad Rəhimov yaxın zamanlarda Nizami Kino Mərkəzində nəyinsə prezentasiyasını keçirməyi planlaşdırır. Görəsən, AMEA prezidenti Ramiz Mehdiyevin başına gələnlər Azad Rəhimova dərs olmayıb ? Məlumat üçün qeyd edək ki, nazirin oğlu idman, avtomobil yarışları vasitəsilə milyonlara sahib olub, hazırda Londonda və başqa şəhərlərdə biznes qurub. Azad Rəhimovun həyat yoldaşı Zülfiyyə Rəhimova isə xeyli sayda MMC-nin təsisçisi və şərikidir. Bütün bunlar ortada olduğu halda görəsən Azad Rəhimov Nizami Kino Mərkəzində nə axtarır ? Məlumata görə, Kino Mərkəzdə kompüter salonları, TOPAZ oyunları və s məsələlər Azad Rəhimovun nəzarətindədir. Və koronovirus, pandemiya dövründə Azad Rəhimov Kino Mərkəzdə təmtəraqlı toplantı keçirməyə hazırlaşır. 
Deyəsən cənab Nazir özü hədəfə gəlir, idman yarışlarında gizlədilən milyonlar və s məsələsi ortaya gələcək. Bizi izləyin.
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)скачать dle 12.1